Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4249/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, “X3 Edilməsi Agentliyi”nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2010 saylı, 13.11.2020-ci il tarixli qərardadından X3 Edilməsi Agentliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 Qəmər oğluna, Cavabdeh3, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Cavabdeh2 «xxxx» ASC-nin xeyrinə 1 585 000 manat məbləğində əsas kredit, 278 218,33 manat məbləğində faiz, 83 828,89 manat dəbbə, cəmi 1 947 047,22 manat məbləğində borcun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 28, 29 və 121 saylı, “D” korpusunda yerləşən 53 saylı, “E” korpusunda yerləşən 59 və 68 saylı ofislərə - qeyri- yaşayış sahələrinə yönəldilməsini, qeyri-yaşayış sahələrinin boşaldılaraq açıq hərracda satılmasını və Bankın kredit satılmış qeyri-yaşayış sahəsinin dəyərindən ödənilməsini, Cavabdeh3 iddiaçı “xxxx” ASC- nin xeyrinə 1 837 984 manat məbləğində əsas kredit, 316 159,29 manat məbləğində faiz, 103 743,99 manat dəbbə pulunun, cəmi 2 257 887,28 manat məbləğində borcun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 27, 31, 33 və 36 saylı, “E” korpusunda yerləşən 56 və 66 saylı ofislərə - qeyri-yaşayış sahələrinə yönəldilməsini, qeyri-yaşayış sahələrinin boşaldılaraq açıq hərracda satılmasını və Bankın kredit satılmış qeyri-yaşayış sahəsinin dəyərindən ödənilməsini, Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 1 800 000 manat məbləğində əsas kredit, 306 200 manat məbləğində faiz, 101 600 manat dəbbə pulunun, cəmi 2 207 800 mana məbləğində borcun tutulmasını, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 28, 29 və 121 saylı, “D” korpusunda yerləşən 53 saylı, «E» korpusunda yerləşən 59 və 68 saylı ofislərə - qeyri-yaşayış sahələrinə yönəldilməsini, qeyri-yaşayış sahələrinin boşaldılaraq açıq hərracda satılmasını və Bankın kredit satılmış qeyri-yaşayış sahəsinin dəyərindən ödənilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 26.07.2010-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 əsas kredit borcuna görə 1 585 000 manat, faiz görə 278 218,33 manat, dəbbə puluna görə 83 828,89 manat cəmi 1 947 047,22 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 28, 29 və 121 saylı, “D” korpusunda yerləşən 53 saylı, “E” korpusunda yerləşən 59 və 68 saylı qeyri yaşayış sahələrinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrinin boşaldılaraq açıq hərracda satılması və əldə edilən vəsait hesabına borcun ödənilməsi, Cavabdeh3 əsas kreditə görə 1 837 984 manat, faizə görə 316 159,29 manat, dəbbə puluna görə 103 743,99 manat, cəmi 2 257 887,28 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 27, 31, 33 və 36 saylı, “E” korpusunda yerləşən 56 və 66 saylı qeyri yaşayış sahələrinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrinin boşaldılaraq açıq hərracda satılması və əldə edilən vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 əsas kredit borcuna görə 1 800 000 manat, faizə görə 306 200 manat, dəbbə puluna görə 101 600 manat, cəmi 2 207 800 manat pulun “xxxx” ASC- nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 28, 29 və 121 saylı, “D” korpusunda yerləşən 53 saylı, «E» korpusunda yerləşən 59 və 68 saylı qeyri yaşayış sahələrinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrinin boşaldılaraq açıq hərracda satılması və əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. «X3 edilməsi agentliyi» MMC ərizəylə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 26.07.2010-cu il tarixli qətnaməsində düzəliş edilməsi və həmin düzəlişə əsasən: borclu Cavabdeh2 əsas kredit borcuna görə 1 585 000 manat, faiz borcuna görə 278 218,33 manat, dəbbə puluna görə 83 828,89 manat, cəmi 1 947 047,22 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, tələb Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “E” korpusunda yerləşən 57 saylı, “D” korpusunda yerləşən 51 və 52 saylı, “C” korpusunda yerləşən 30, 32, 34, 35 saylı qeyri-yaşayış sahələrinə yönəldilməsinə; borclu Cavabdeh3 əsas kredit borcuna görə 1 837 984 manat, faiz borcuna görə 316 159,29 manat, dəbbə puluna görə 103 743,99 manat, cəmi 2 257 887,28 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, tələb Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 27, 31, 33 və 36 saylı, “E” korpusunda yerləşən 56 və 66 saylı qeyri yaşayış sahələrinə yönəldilməsinə; borclu Cavabdeh1 əsas kredit borcuna görə 1 800 000 manat, faiz borcuna görə 306 200 manat, dəbbə puluna görə 101 600 manat, cəmi 2 207 800 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, tələb Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 28, 29 və 121 saylı, “D” korpusunda yerləşən 53 saylı, «E» korpusunda yerləşən 59 və 68 saylı qeyri-yaşayış sahələrinə yönəldilməsinə dair yeni icra vərəqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Fərmanı ilə “xxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən edilməsi, həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Sabunçu rayon məhkəməsinin 2(008)-2213/10 saylı 26.07.2010-cu il tarixli qətnaməsində düzəliş edilməsi (hakim Tahir Qubadov), həmçinin, Sabunçu rayon məhkəməsinin 2(008)-2213/10 saylı 26.07.2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsində düzəliş edilməsi zərurəti yaranmışdır. Belə ki, borclu Cavabdeh2 qarşı “ipotekaya qoyulmuş qeyri- yaşayış sahəsinin boşaldılması və açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə dair” iddia ərizəsində, ona əlavə edilmiş ipoteka müqaviləsində, o cümlədən Sabunçu rayon məhkəməsinin 2(008)-2213/10 saylı 26.07.2010-cu il tarixli qətnaməsinin təsviri hissəsində borclu Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 24.04.2008-ci il tarixli 2644 saylı kredit müqaviləsinə əsasən verilmiş Kreditin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “E” korpusunda yerləşən 57 saylı, “D” korpusunda yerləşən 51 və 52 saylı, "C” korpusunda yerləşən 30, 32, 34, 35 saylı qeyri yaşayış sahələri ipoteka ilə yüklü edilmiş qeyd edilsədə, Sabunçu rayon məhkəməsinin 2(008)-2213/10 saylı 26.07.2010- cu il tarixli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasında səhvən “Tələb Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2-ci mərtəbəsinin “C” korpusunda yerləşən 28,29 və 121 saylı, “D” korpusunda yerləşən 53 saylı, “E” korpusunda yerləşən 59 və 68 saylı qeyri yaşayış sahələrinə yönəldilsin” kimi yazılmışdır. İddia tələbinin dövlət əhəmiyyətliliyini nəzərə alaraq, Sabunçu rayon məhkəməsinin 2(008)-2213/10 saylı 26.07.2010-cu il tarixli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasında düzəliş edilməsi “Tələb Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 2- ci mərtəbəsinin “E” korpusunda yerləşən 57 saylı, “D” korpusunda yerləşən 51 və 52 saylı, “C” korpusunda yerləşən 30, 32, 34, 35 saylı qeyri yaşayış sahələrinə yönəldilsin” kimi qeyd olunmasına dair qərardad verilməsi zəruridir. Bundan başqa, Sabunçu rayon məhkəməsinin 2(008)-2213/10 saylı 26.07.2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsində digər iki borcluların adları onların borcları və verilmiş kredit üzrə təminat olan ipoteka predmetlərinə tutma yönəldilməsi qeyd edilməmişdir, həmin icra vərəqəsində səhvən yalnız borclu Cavabdeh2 borc məbləğinin tutulması və tutmanın ona verilmiş kreditin təminatı olan ipoteka predmetlərinə deyil digər borclu Cavabdeh1 verilmiş kreditin təminatı olan ipoteka predmetlərinə yönəldilməsi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2010 saylı, 13.11.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. X3 Edilməsi Agentliyi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2010 saylı, 22.02.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən “X3 Edilməsi Agentliyi”nin nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehlər kollegiya iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar kollegiya iclasında iştirak edə bilməyəcəyini bildirmiş və kollegiya iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qeyd edilən hüquq normasına əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda «X3 edilməsi agentliyi» ərizəsində və şikayətində göstərdiyi əmlaklar iddia tələbinə daxil edilmədiyindən, ərizə və şikayətdə qeyd edilənlər qətnamədə düzəliş edilməsi üçün deyil, yeni iddianın verilməsi üçün əsasdır. Odur ki, ərizənin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2010 saylı, 13.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: «X3 edilməsi Agentliyi» tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2010 saylı, 13.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4249/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4249/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver