Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-425/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "Azəri Tikinti Şirkəti” MTK-ya və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("müqavilə öhdəliklərinə əməl edilməsi və pul”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs (eyni zamanda iddiaçının nümayəndəsi) X9, cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi vəkil Nümayəndə1 və Cavabdeh2ın nümayəndəsi vəkil Nümayəndə3 iştirakları ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "Azəri Tikinti Şirkəti” MTK-ya və Cavabdeh2 qarşı "müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "Azəri-Tikinti Şirkəti” MMC ilə İddiaçı və X9 arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada cavabdeh "Azəri-Tikinti Şirkəti” MMC-nin üzərinə qoyulması; İddiaçı mülkiyyətində olan birgə nigah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın əvəzində əmlak sahəsi 170 kv metr olmaqla təmirli qeyri-yaşayış sahəsinin sökülmüş ünvan 1 saylı daşınmaz əmlakın yerində olmaqla "Azəri-Tikinti Şirkəti” MMC tərəfindən tikilərək təxirəsahnmadan iddiaçılara verilməsi; İddiaçı mülkiyyətində olan həmin əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal İddiaçı ödənilmək şərti ilə mənzil təhvil verilən günə kimi aylıq 1200 manat kirayə haqqının cavabdeh tərəfindən İddiaçı ödənilməsi; ünvan 2 mənzilinin altında yerləşən, iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155.7 kv metr olan yarımzirzəminin (qeyri-yaşayış sahəsinin) 85,0 kv metr hissəsinin dəyərinin, yəni 394342 manat pul məbləğinin və bu məbləğin söküntü taixindən olmaqla, xx.xx.2019-cu il tarixdən etibarən hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlər "Azəri- Tikinti” MMC (hazırki adı "Azəri- Tikinti” MTK) və Cavabdeh2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; ünvan 2 mənzilinin altında yerləşən, İddiaçı mülkiyyətində olan reyestr nömrəsi **********20-05101- 083002 olan 85 kv metrlik ümumi sahəsi olan iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155.7 kv metr olan yarımzirzəminin (qeyri- yaşayış sahəsinin) 85 kv metrlik hissəsinin aylıq icarə haqqı 900 manat olduğundan iddiaçıların itirilmiş gəliri (əldən çıxmış fayda) olmaqla xx.xx.2018- ci il tarixdən etibarən hər ay üçün 900 manat olmaqla cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 "müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəri-Tikinti” MMC ilə notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada cavabdeh "Azəri-Tikinti Şirkəti” MMC-nin üzərinə qoyulması; o cümlədən, onun mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakın əvəzində 225.0 kv.metr sahəsi olan 2 ədəd təmirli mənzilin sökülmüş Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakın yerində olmaqla "Azəri-Tikinti” MMC tərəfindən tikilərək təxirəsalınmadan verilməsi; mülkiyyətində olan həmin əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal ona ödənilmək şərtilə (hazırki vaxta 11 ay üzrə 19800 manat təşkil edir) mənzil təhvil verilən günə kimi aylıq 1800 manat kirayə haqqının cavabdeh tərəfindən X6 ödənilməsi; rüsum və vəkil orderi üçün ödənilmiş 200 manat məhkəmə xərcinin cavabdehdən alınaraq X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının qismən təmin edilməsi, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 manat pul vəsaitinin tutularaq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə;Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6, 152, 157.2, 331.1, 390.1, 405.1, 407.2, 425, 426, 427, 441, 442, 449; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizələrində göstərilən həmin tələblər iş materialları ilə sübut olunduğuna görə, iddialar həmin hissədə təmin olunmalıdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh "Azəri Tikinti Şirkəti” MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsini, İddiaçı Məmməsəli qızı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddialarının tamamilə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respubliksası Mülki Məcəllənin 646.1; Mülki Prosessual Məcəllənin 47.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Pilot layihəni həyata keçirən Cavabdeh1 MTK-nın təklifi ilə ünvan 1 ünvanında olan əmlakın altında yerləşən İddiaçı Məmmədəli qızının mülkiyyətində olan, faktiki sahəsi 155 kv metr olan zirzəminin kənar şəxsə, MTK aid olmayan şəxs - Cavabdeh2 328 000 manat dəyərində satılması, İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ünvan 2 əvəzinə həmin yerdə inşa edilmiş yeni binada 170 kv metr qeyri-yaşayış sahəsi, 24 ay müddətinə hər ay 1800 manat kirayə haqqı hesablanmaqla ümumilikdə 43200 manat (24*1800=43200) pul ödənilməsi, X3 mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18 və 20 faktiki sahəsi 188,3 kv metr əvəzinə həmin yerdə inşa ediləçək binada ümumi sahəsi 226 kv metr olan mənzilin verilməsi və kirayə haqqı hər ay 1200 manat olmaqla 24 ay üçün 28800 manat birdəfəlik ödənilməsi razılaşdırılmışdır. 21 dekabr 2018-ci ildə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X9 arasında üç tərəfli 054 saylı Razəlaşma Müqaviləsi bağlanmışdır. X12 yuxarıda sadalanan mənzillərin əvəzinə 170 kv metr qeyri-yaşayış sahəsinin və 226 kv metr yaşayış sahəsinin iddiaçıya və onun ərinə verilməsi və kirayə haqqların müəyyən edilməsi üçün müqavilələrin ayrı-ayrılıqda bağlanması öhdəlikləri müəyyən etmişdir. Həmin razılaşma müqaviləsində müəyyən edilən ümumi öhdəlikləri icra etmək məqsədilə, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X9 ilə ayrıayrılıqda müqavilələr bağlanmışdır.İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ümumi faktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 satılmasına dair xx.xx.2018-ci il tarixdə Beh Müqaviləsi və xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı Məmmədəli qızının iddia tələbinə görə ilk olaraq Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X9 arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada Cavabdeh1 MTK-nin üzərinə qoyulmasını tələb etmişdir. xx.xx.2018-ci il tarixli 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin “a” yarımbəndinə görə Cavabdeh1 MTK-nin öhdəliyi kimi göstərilir: “İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv metr olmaqla qeyri-yaşayış sahəsi kimi İddiaçı Məmmədəli qızına əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək.” Qeyd olunan öhdəlik Cavabdeh1 MTK tərəfindən icra edilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı Məmmədəli qızı ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə görə İddiaçı Məmmədəli qızı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 170 kv metrdən ibarət yaşayış (faktiki qeyri-yaşayış) sahələrini sökülmək üçün Cavabdeh1 MTK-ə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada MTK tərəfindən həmin ərazidə yeni inşa ediləck çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüş, Cavabdeh1 MTK isə inşa etdiyi binada 170 kv metr qeyri-yaşayış sahəsini İddiaçı Məmmədəli qızının mülkiyyətinə verməyi və İddiaçı Məmmədəli qızının əmlakının sökməsini üzərinə götürmüşdir. Eyni zamanda bildiririk ki, xx.xx.2018-ci il tarixdə X9 ilə Cavabdeh1 MTK arasında bağlanmış Müqavilənin 1.2.-ci bəndinə əsasən Cavabdeh1 MTK X6 24 ay üçün hər ay 1200 manat olaraq, 28800 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəmişdir. İddiaçının 2-ci tələbi: “İddiaçı Məmmədəli qızının mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın əvəzində əmlak sahəsi 170 kv metr olmaqla təmirli qeyri-yaşayış sahəsinin sökülmüş ünvan 1 saylı daşınmaz əmlakın yerində olmaqla Cavabdeh1 MTK tərəfindən tikilərək təxirəsalınmadan iddiaçılara verilməsidir.” İddiaçı Məmmədəli qızına 170 kv metr qeyri-yaşayışı sahəsinin verilməsinə dair Cavabdeh1 MTK ilə bağlanan xx.xx.2018-ci il tarixli Müqavilənin 1.1.2-ci bəndi ilə müəyyən edilmiş, Cavabdeh1 MTK iddiaçının sökülmüş mənzilinin yerində inşa edilən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının altında olan yerdən 170 kv metr qeyri-yaşayış sahəsi bina tam inşa edildikdən sonra təqdim ediləcəkdir. Həmin binanın 8-ci mərtəbəsi inşa edilir. İlin sonunadək həmin sahə iddiaçıya təhvil veriləcəkdir. Həmin vaxtadək MTK iddiaçıya hər ay 1800 manat kirayə haqqı ödəyir. İddiaçı Məmmədəli qızının 3-cü iddia tələbi: “İddiaçı Məmmədəli qızının mülkiyyətində olan həmin əmlkala bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal İddiaçı Məmmədəli qızına ödənilmək şərti ilə mənzil təhvil verilən günə kimi aylıq 1200 manat kirayə haqqının cavabdeh tərəfindən İddiaçı Məmmədəli qızına ödənilməsi”dir. İddiaçı Məmmədəli qızı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqavilənin 1.2.-ci bəndinə görə MTK hər ay 1800 manat kirayə haqqını İddiaçı Məmmədəli qızına ödəməlidir. MTK xx.xx.2021-ci il tarixədək 1800 manat kirayə haqqını İddiaçı Məmmədəli qızına ödəmişdir. Ödənişə dair bank çıxarışını mülki iş materiallarına əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdən kirayə haqqının İddiaçı Məmmədəli qızına ödənilməməsinin səbəbi ünvan 1 ünvana dair əmlakın mülkiyyət hüququnun İddiaçı Məmmədəli qızına aid olmasına dair rəsmi sənədin əslini MTK verməməsidir. Lakin xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma Müqaviləsinin 1.1-ci bəndinin a) yarımbəndinə görə İddiaçı Məmmədəli qızı və X9 mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18 və 20 gələcəkdə 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırmalıdırlar. Lakin onlar əmlakları Bankda ipoteka ilə yüklü olmuş, Çıxarışları notariat orqanında saxlanılmışdır. İddiaçı həmin sənədlərin əslini MTK təhvil verməmişdir. Məhkəmədə də həmin səndələrin əsli tələb olunsada iddiaçı rəsmi sənədlərin (Çıxarışın) əslini məhkəməyə təqdim etməmişdir. İddiaçı Məmmədəli qızının 4-cü iddia tələbi: “ünvan 2 mənzilinin altında yerləşən iddiaçıların birgə nikah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155,7 kv metr olan yarımzirzəminin (qeyri-yaşayış sahəsinin) 85 kv metr hissəsinin dəyərinin, yəni 394 342 manat pul məbləğinin və bu məbləğiin söküntü tarixindən olmaqla, xx.xx.2019-cu il tarixdən etibarən hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4.-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı Məmmədəli qızına ödənilməsi”dir Məhkəmə baxışında şahid qismində ifadə verən X7 bildirmişdir ki, İddiaçı Məmmədəli qızının ünvan 1-nin altında olan zirzəminin faktiki sahəsi 155 kv metr olmaqla nümayəndə qismində iştirak etdiyi arvadı Cavabdeh2 adına 328 000 manat dəyərində almış, zirzəminin bir giriş qapısı, ümumumi sahəsi 155 kv metr olmaqla vahid sahədən ibarət olmuş, İddiaçı Məmmədəli qızı və X9 həmin zirzəmini tamamilə faktiki sahəsi olan 155 kv metr tam satmışlar. Buna görə İddiaçı Məmmədəli qızı ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə beh müqaviləsi bağlanmış, həmin zirzəmiyə görə 28800 manat məbləğində beh verilmiş, əmlakın qiyməti 328 min manat müəyyən edilmiş, xx.xx.2019-cu ildə isə həmin tərəflər arasında Daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış zirzəmiyə görə Cavabdeh2 nümayəndəsi R.Əhmədov İddiaçı Məmmədəli qızına zirzəminin qalan dəyəri olan 299200 manat ödəmiş və 3499,65 manat vergi xərclərini İddiaçı Məmmədəli qızının əvəzindən ödəmişdir. Alğı-satqı günü İddiaçı Məmmədəli qızı zirzəmini tam olaraq 155 kv metr faktiki sahəsini Cavabdeh2 nümayəndəsi və əri Rüstəm Əhmədova təhvil vermişdir.xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda olan qeyri-yaşayış sahəsinin (zirzəminin) Cavabdeh2 mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2019-cu il tarxdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən faktiki 155 kv metr zirzəmini sökülmək üçün MTK təhvil vermişdir. Həmin Müqavilənin 1.3.-cü bəndinə görə MTK Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan zirzəminin sökülməsini və həmin ərazidə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 155 kv metr qeyri-yaşayış sahəsini (zirzəmini) Cavabdeh2 mülkiyyətinə verir. Həmin tərtib edilmiş Əmlakın təhvil-təslim Aktı ilə Cavabdeh2 nümayəndəsi Rüstəm Əhmədov Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən 155 kv metr zirzəmini Cavabdeh1 MTK-ə sökülmək üçün təhvil vermişdir. İddiaçı Məmmədəli qızı zirzəminin üstündəki mənzillərini xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Təhvil aktı ilə MTK-ya təhvil vermişdir. Əgər İddiaçı mənzilinin altında olan zirzəmini tamamilə Cavabdeh2 satmasa idi, zirzəminin üstündə olan 170 kv metr mənzilini qapı pəncərəsini özü sükdükdən sonra tikinti şirkətinə təhvil verməzdir. Bundan bir gün qabaq, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 təhvil aktı ilə aldığı 155 kv metr zirzəmi sahəsini söküntü üçün MTK təhvil vermişdir.Həmin vaxt İddiaçı özü və nümayəndəsi zirzəminin üstündə olan mənzilinin qapı və pəncərələrini sökürdülər. Zirzəminin söküntüyə təhvil verilməsinə etiraz etmək imkanları olmuşdur. Əmlak 2019-cu ilin fevral ayından sonra sökülmüşdür. Bu hadisədən 3 il keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 kv metr zirzəminin 85 kv metr hissəsinin Çıxarışını bankdan alaraq məhkəməyə təqdim edərək 394342 manat məbləğində pul tələb edir. İddiaçı Məmmədəli qızı qəsdən zirzəminin 85 kv metr sahəsinin mülkiyyət sənədini gizlətməklə Cavabdeh2 zirzəminin faktiki sahəsinin 155 kv metr üçün 328000 manat almış, 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək əəlavə 394342 manat pul tələbini təkrar almağını tələb edir. Bu ədalətsizlikdir. Cavabdeh2 əri və nümayəndəsi Rüstəm Əhmədov iddiaçıdan 328000 manat əmlakın dəyərini və 3500 manat ödədiyi verginin İddiaçı Məmmədəli qızı tərəfindən qaytarıldığı təqdirdə MTK-n əvəzləşdirdiyi 155 kv metr zirzəminin İddiaçı Məmmədəli qızına verməsi təklifini məhkəmədə səsləndirmişdir. İddiaçının sonuncu iddia tələbi: “ünvan 2 mənzilin altında yerləşən, İddiaçı Məmmədəli qızının mülkiyyətində olan reyestr nömrəsi **********20-083002 olan 85 kv metrlik ümumi sahəsi olan iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiytəində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155,7 kv metr olan yarızirzəminin (qeyri-yaşayış sahəsinin) 85 kv metrlik hissəsinin aylıq icarə haqqı 900 manat olduğundan iddiaçıların itirilmiş gəliri (əldən çıxmış fayda) olmaqla xx.xx.2018-ci il tarixdən etibarən hər ay 900 manat olmaqla cavabdeh tərəfindən İddiaçı Məmmədəli qızına ödənilməsi”dir. Məmmədhəsənova X2 Könül Cabbar qızına faktiki 155 kv metr sahəsi olan zirzəmini satmışdır. İddiaçı Məmmədəli qızı ünvan 1 MTK sökülməyə təqdim etmiş, mənzillərin altında olan 155 kv metr zirzəmini Cavabdeh2 sataraq təhvil verməklə Bakı şəhəri, Azadlıq prospekti 42 binanı tam tərk etmişdir. 3 il müddətində zirzəminin guya satmadığı 85 kv metr sahəsini heç vaxt yoxlamadan, baş çəkmədən sonra məhkəmədə tələb etməkdə haqsızdır. Buna görə əldən çıxmış fayda tələb etməsi qanunsuzdur. İddiaçı Məmmədəli qızı qəsdən zirzəminin 85 kv metr sahəsinin mülkiyyət sənədini gizlətməklə Cavabdeh2 zirzəminin faktiki sahəsinin 155 kv metr üçün 328000 manat almış, 3il keçdikdən sonra məhkəməyə müraciət edərək əəlavə 394342 manat pul tələbini təkrar almağını tələb edir. Bu ədalətsizlikdir. Cavabdeh2 əri və nümayəndəsi Rüstəm Əhmədov iddiaçıdan 328000 manat əmlakın dəyərini və 3500 manat ödədiyi verginin İddiaçı Məmmədəli qızı tərəfindən qaytarıldığı təqdirdə MTK-n əvəzləşdirdiyi 155 kv metr zirzəminin İddiaçı Məmmədəli qızına verməsi təklifini məhkəmədə səsləndirmişdir. Məhkəməyə görə yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair sənədləşdirilməsi mümkün olmamış və sonradan cavabdeh iddiaçıya heç bir məlumat vermədən ərazidə söküntü işləri aparmışdır. Məhkəmə zirzəminin 85 kv metr olan hissəsinin nədən sənədləşdirilməsinin mümkün olmamasına dair halları araşdırmamışdır. MTK ərazidə söküntü işlərini zirzəminin 155 kv metrinin söküntüyə təhvil verilməsinə dair Cavabdeh2 nümayəndəsi R.Əhmədovun xx.xx.2019-cu il tarixli Akt və xx.xx.2019-cu il tarixli F. Məmmədhəsənovanın nümayəndəsinin MTK ilə təsdiq etdiyi Akt əsasən zirzəminin üstündə olan 170 kv metr mənzilin söküntüyə təhvil verməsi olmuşdur. Yəni zirzəmi tam olaraq MTK-ə Cavabdeh2 tərəfindən təhvil verilmiş, iddiaçı isə buna etirazını etməmişdir. İddiaçı Cavabdeh2 MTK-dan aldığı 155 kv metr sahəsinin 85 kv metr sahəsini tələb etməlidir. Məhkəmə isə bu halları araşdırmadan 394 min manatın MTK tərəfindən iddiaçıya ödənilməsi halı sübut olunmur. Qətnamdə göstərilmişdir ki, daha sonra girovdan azad edilmiş, lakin Cavabdeh1 MTK ofisin ünvanı dəyişdirildiyindən, 85 kv.m. qeyri-yaşayış sahəsinin sənədləri MTK-ya təqdim etmək mümkün olmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, MTK-nin ofisi iddiaçının əmlakından 10 metr mesafədə yeni tikilmiş binanın birinci mertebesindedir. Naiq Məmmədhəsənov hər zaman gəlmiş icarə haqlarının ödənilməsini tələb etmişdir. İddiaçının 3 il müddətində 85 kv metr sahəsi olan zirzəminin tələb etməməsi səbəbi zirzəmini tamamilə faktiki olaraq 155 kv metr sahəsi 328 000 manat dəyərində Cavabdeh2 satması olmuşdur. Qətnamədə göstərilir: “İş materiallarında olan 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 70.7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilədə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh1 MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş əmlakı qəbul etməyi öhdəsinə götürür, Cavabdeh1 MMC əmlak mülkiyyətçisini qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 550 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir.” Qeyd olunan müqavilədə Cavabdeh2 MTK-ə təhvil verdiyi zirzəminin sahəsi 155 kv metr göstərilmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli Müqavilənin müddəalarını qəsdən 70,7 kv metr azaldaraq göstərməklə təhrif etmişdir. Məhkəmə qətnaməsində göstərir: “İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmlakın Təhvil-Təslim aktından görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 70.7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil vermişdir.” Qeyd olunan təhvil təslim aktında Cavabdeh2 MTK təhvil verdiyi zirzəminin sahəsi 155 kv metr göstərilmişdir. Məhkəmə qəsdən həmin halları təhrif edərək zirzəminin sahəsini 70.7 kv metr göstərmişdir. Qətnamədə göstərilmişdir ki, Cavabdeh1 MTK öz etirazında İddiaçı Məmmədəli qızından faktiki olaraq 155 kv.m. sahəsinin 328000 manat manat dəyərində alınmasını qeyd etsədə, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Lakin həmin alğı-satqının şahidi və alıcının nümayəndəsi kimi çıxış edən şahid Rüstəm Əhmədov məhkəməyə verdiyi izahatında təsdiq etmiş və tələb etmişdir ki, əgər zirzəminin 155 kv metr sahəsini 328000 manata satılmayıbsa İddiaçı pulu geri qaytarsın, MTKnın Könülün adına yazıdığı 155 kv metr yeni zirzəmi sahəsini Fəridəyə qaytarır. Məhkəmə şahidin qeyd olunan izahatına hüquqi qiymət verməmiş, nədən sübut kimi qəbul etməməsini əsaslandırmamışdır.
5. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 332/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tamamilə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki,(Azərbaycan Respubliksası Mülki Məcəllənin 646.1; Mülki Prosessual Məcəllənin 47.2-ci maddələrinə istinadən) məhkəmə hesab etmişdir ki, 155 kv metr zirzəminin dəyəri 722 000 manat təşkil edir. Yəni zirzəminin bir kvadrat metrinin dəyəri 4658 manatdır. Bakı şəhərində həmin qiymətə zirzəmi sahəsi yoxdur. Məhkəmə xüsusi biliyə malik şəxsi (eksperti) cəlb etmədən, ekspert rəyi almadan yanlış nəticəyə gəlmiş, 155 kv metr sahənin 85 kv metr hissəsinin dəyərini 394000 manat olmasını əsassız olaraq təsdiq etmişdir. Məhkəmə qətnamədə göstərir: “İş materiallarında olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri xx.xx.2007-ci il vəziyyətinə 334.000 manat məbləğində müəyyən olunmuşdur.” Məhkəmə zirzəminin 70,7 kv metr hissəsinin bazar dəyərinin 15 il qabaq vəziyyətinə 334 000 manat olmasına dair sübut kimi istinad edə bilməzdir. Məhkəmə məhkəmə texniki tikinti ekspertizası təyin etməklə, obyektiv ekspert rəyində göstərilən bazar qiymətini müəyyən etməklə araşdırmalı idi. Məhkəməyə görə hazırda İddiaçı həmin 85.0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat tələb edir və öz tələbini onunla əsaslandırır ki, həmin 85 kv.m. qeyri-yaşayış «Bank Standart» KB ilə mübahisə olan zaman bankda qirovdaolmuş, həmin vaxtı həmin sahə qiymətləndirilmişdir. Məhkəmə məhkəmə texniki tikinti ekspertizası təyin etməli, zirzəminin dəyərini müəyyən etməli idi. Məhkəmə bu halı araşdırmamışdır. Qətnamədə qeyd edilmişdir ki, guya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin sahənin Cavabdeh1 MTK -yə satılmasına razılığa gəlmişdir. Bu hal sübuta yetirilməmişdir. İddiaçı zirzəmini Cavabdeh2 satmışdır. Axırıncı şəxsin MTK-a heç bir aidiyyəti yox, işçisi və ya nümayəndəsi deyildir. Cavabdeh2 əri Rüstəm Əhmədov qeyd olunan ərazinin ətrafında istismar müddətini keçmiş əmlakları alaraq MTK ilə əvəzləşdirərək yeni daşınmaz əmlaklar ilə əvəzləşdirməni həyata keçirir. Buna görə İddiaçı zirzəmisini Rüstəm arvadı Cavabdeh2 adına almışdır. Məhkəməyə görə yarımzirzəmi iki hissədən ibarət olmuşdur: 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. İddiaçı zirzəmisi bir qapıdan ibarət olaraq bir vahid 155 kv metr sahə olmuşdur. Satıcı bütöv əmlakı alıcıya göstərməklə bir sənədi rəsmiləşdirsə də, əmlakın 155 kv metr sahəsinin dəyəri olan 328000 manat almışdır. Alıcı zirzəmini MTK 155 kv metr olmaqla təhvil verdikdən 3 il sonra 85 kv metr zirzəmi hissəsinin sənədini məhkəməyə təqdim etməklə zirzəminin ikiqat qiymətinin guya qalan hissəsini tələb etmişdir. Məhkəməyə görə yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair sənədləşdirilməsi mümkün olmamış və sonradan cavabdeh iddiaçıya heç bir məlumat vermədən ərazidə söküntü işləri aparmışdır. Məhkəmə zirzəminin 85 kv metr olan hissəsinin nədən sənədləşdirilməsinin mümkün olmamasına dair halları araşdırmamışdır. MTK ərazidə söküntü işlərini zirzəminin 155 kv metrinin söküntüyə təhvil verilməsinə dair Cavabdeh2 nümayəndəsi R.Əhmədovun xx.xx.2019-cu il tarixli Akt və xx.xx.2019-cu il tarixli İddiaçı nümayəndəsinin MTK ilə təsdiq etdiyi Akt əsasən zirzəminin üstündə olan 170 kv metr mənzilin söküntüyə təhvil verməsi olmuşdur. Yəni zirzəmi tam olaraq MTK-ə Cavabdeh2 tərəfindən təhvil verilmiş, iddiaçı isə buna etirazını etməmişdir. Məhkəmə isə bu halları araşdırmadan 394 min manatın MTK tərəfindən iddiaçıya ödənilməsi halı sübut olunmur. Qətnamdə göstərilmişdir ki, daha sonra girovdan azad edilmiş, lakin Cavabdeh1 MTK ofisin ünvanı dəyişdirildiyindən, 85 kv.m. qeyri-yaşayış sahəsinin sənədləri MTK-ya təqdim etmək mümkün olmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, MTK-nin ofisi iddiaçının əmlakından 10 metr mesafədə yeni tikilmiş binanın birinci mərtəbəsindədir. Naiq Məmmədhəsənov hər zaman gəlmiş icarə haqlarının ödənilməsini tələb etmişdir. İddiaçının 3 il müddətində 85 kv metr sahəsi olan zirzəminin tələb etməməsi səbəbi zirzəmini tamamilə faktiki olaraq 155 kv metr sahəsi 328 000 manat dəyərində Cavabdeh2 satması olmuşdur.
6. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətləri barədə mülahizə təqdim edərək( Mülki Məcəllənin 21.1, 21.2, 152.1-ci maddələrinə istinadən) qeyd etmişdir ki, cavabdehlər tərəfindən verilmiş şikayətlər təmamilə əsassızdır və təmin edilməməlidir.Belə ki, İddiaçı mülkiyyətində olan 85.0 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı hazırkı iş üzrə cavabdehlərdən heç biri ilə hər hansı müqavilə bağlamamış və hər hansı razılığa gəlməmişdir. Cavabdeh1 MTK hazırkı iş üzrə digər Cavabdeh2 ilə qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanmasına istinad etsə də, iş materiallarında olan sənədlərdən də görünür ki, hər iki cavabdeh arasında olan alğı-satqı müqaviləsi sözügedən sahənin yalnız 70.7 kv.m sahəsinə aid olan hissəsini əhatə edir və həmin sahənin digər, yəni F. Məmmədhəsənovanın mülkiyyətində olan 85.0 kv.m hissəsinə münasibətdə hər hansı əqd mövcud deyil.Eyni zamanda iş materiallarında olan F. Məmmədhəsənova və K. Əhmədova arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilədən də görünür ki, tərəflər həmin müqavilə ilə yalnız mübahisəli sahənin 70.7 kv.m hissəsinin alğı-satqısına dair razılığa gəliblər, digər 85.0 kv.m hissəsinə isə iddiaçı F. Məmmədhəsənova tərəfindən heç bir sərəncam verilməmişdir. Qeyd edilən yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən sökülərkən həmin sahə F. Məmmədhəsənovanın mülkiyyətində olmuş və cavabdeh müəssisə buna heç bir əhəmiyyət verməyərək F. Məmmədhəsənovanın mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla ona maddi ziyan vurmuşdur. Həmin qeyri-yaşayış sahəsinin dəyəri “Bank Standart” KB ilə F. Məmmədhəsənovanın əvvəlki mübahisəsi zamanı qiymətləndirilmiş və iddiaçı həmin sahənin dəyərinin sübut etmə vasitəsi olaraq həmin sənədi məhkəməyə təqdim etmiş və həmin məbləğin mübahisələndirilməməsi ilə bağlı hər iki cavabdeh birinci instansiya məhkəməsində həmin məbləği mübahisələndirməmiş və onların bu məbləği mübahisələndirməməsi artıq həmin məbləğin onlar tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 MTK iddiaçı F. Məmmədhəsənovadan faktiki olaraq 155 kv.m sahəsinin 328000 manat dəyərində alınmasını qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.Cavabdeh1 MTK tərəfindən iddiaçı F. Məmmədhəsənovanın mülkiyyətində olan 85.0 kv.m qeyri-yaşayış sahəsinin özbaşına sökülməsi mülkiyyət hüquqlarına müdaxilədir və hüquqa ziddir. İş materiallarında olan sənədlərdən də görünür ki, Cavabdeh1 MTK tərəfindən ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14000 manat məbləğində kirayə haqqı da iddiaçı F. Məmmədhəsənovaya ödənilməlidir və həmin hallar birinci instansiya məhkəməsinə təqdim edilən sübutlarda öz əksini tapır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Məhkəmə icraatları zamanı müəyyən edilmişdir ki: - 06 dekabr 2018-ci il tarixli beh müqaviləsinə əsasən, Cavabdeh2 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdirilərək alğı-satqı müqaviləsi ilə bağlı verəcəyi 328000 manat hissəsini beh olaraq, notariusun depozit hesabı vasitəsilə İddiaçı vermiş, qalan 299200 manat hissəsini isə alğısatqı müqaviləsinin rəsmiləşdirildiyi gün ödəcəyini öz üzərinə götürmüşdür. İddiaçı isə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdirməkdən imtina edərsə və alğı-satqı müqaviləsi üçün lazımi sənədləri vaxtında təqdim edə bilməzsə, Cavabdeh2 behin iki misli məbləğini, yəni 57.600 manat pul məbləğini ödəyəcəkdir. Müqavilə üzrə vəzifə və öhdəliklər Cavabdeh2 təqsiri səbəbindən bağlanmazsa, 28800 manat beh məbləği İddiaçı qalacaqdır; - ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, RX seriyalı çıxarışın dublikatına (kseronüsxəsinə) əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən (85 m2 ölçülü) qeyriyaşayış sahəsi İddiaçı xx.xx.2008-ci il tarixdə tam xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; - ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, MH seriyalı çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.016287 ha torpaq sahəsində yerləşən 42 nömrəli binanın yarımzirzəmisində 70.7 kv.m ümumi, 59.9 kv.m əsas, 10.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1855 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır; - xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən bu müqaviləyə əsasən "xxxx" MTK İddiaçı qarşısında onların mülkiyyətində olan ünvan 5 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər: İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi İddiaçı əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; İddiaçı mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətin vəsaitini ona 43200 manat birdəfəlik ödəmək; X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili X9 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; X3 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 olmaqla 24 ay müddətin vəsaitini ona 28800 manatı birdəfəlik ödəmək; - xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən X1 mülkiyyətində olan ünvan 6 ünvanında olan əmlakını tam boşaldaraq "xxxx" MTK tikinti şirkətinə təvil vermiş, əmlakın sökülməsinə etiraz etməmişdir ; - xx.xx.2019-cu il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən ümumi sahəsi 70.7 kv.m olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir, alıcı Cavabdeh2 satıcı İddiaçı satdığı hissəni (70.7 kv/m) ondan 328000 manat qiymətinə almış, alğı-satqı məbləğindən 28800.00 manat xx.xx.2018-ci il tarixində Bakı şəhəri 13 saylı DNO tərəfindən təsdiq edilmiş 3-M-597 reyestr nömrəli beh müqaviləsi əsasında alıcı tərəfindən satıcıya notariusun depozit hesabı vasitəsilə ödənilib. Qalan 299200 manat isə hazırki müqavilə əsasında ödənilmişdir; "Azəri-Tikinti Şirkəti” MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli bildiriş və xx.xx.2021-ci il tarixli xəbərdarlığa əsasən Azadlıq prospekti 40, mənzil 6-7 üçün hər ayın icarə haqqının bundan sonrakı ayları üçün 1800 manat deyil, 3600 manat hesabı ilə hesablanmasını, Azadlıq prospekti 40, mənzil 18-20 ünvanları üçün bundan sonrakı icrarə haqqının artırılaraq birdəfəlik ödəməklə 1200 manat deyil, hər ay üçün 2400 manat hesablanılmasını və işgüzar nüfuzuna dəymiş 174374 manat maddi-mənəvi ziyanın da əlavə ödənilməsi xahiş olunmuşdur; - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(103)-7619/2014 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 11-də yerləşən 77 №-li mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 12-də yerləşən 44 №-li mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 12-də yerləşən mənzilin 42 №-li mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 №-li binanın yarı zirzəmisində yerləşən, ümümi sahəsi 70,7 kv.m olan qeyri-yaşayış sahəsinin, Bakı şəhəri Azadlıq prospekti, 42 № -li binanın zirzəmisində yerləşən, ümümi sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə tətbiq edilmiş iddianın təmin tədbiri ləğv edilmişdir; - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X3 "ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların dövlət reyestrində yüklülüyünə dair dövlət qeydiyyatının ləğvi” tələbinə dair mülki iş üzrə icra vərəqəsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(006)-7612/2017 saylı qətnaməsinə ********** KM saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən QSC “Bank Standard” KB-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 saylı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi - ********** KM saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən QSC “Bank Standard” KB-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 saylı binanın zirzəmisində 85 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi kimi izah verilmişdir; - Nəsimi rayon Məhkəməsinin 2(006)-7612/2017 saylı işi üzrə 27 sentyabr 2017-ci il tarixli icra vərəqəsi 13 noyabr 2017-ci il tarixində icraya yönəlmişdir; - "xxxx" MTK və Cavabdeh2 arasında bağlanmış 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 70.7 kv.metrdən (faktiki 155 m2) ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "Azəri Tikinti Şirkəti” MMC-yə təhvil verməyi, bu müqavilədə ilə şərtləndirilmiş müddətdə və qaydada "Azəri Tikinti Şirkəti” MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş əmlakı qəbul etməyi öhdəsinə götürür, "Azəri Tikinti Şirkəti” MMC əmlak mülkiyyətçisini qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 550 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir, “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 155,0 kv.m qeyri-yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür;- xx.xx.2019-cu il tarixli əmlakın təhvil-təslim aktına əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 70.7 kv.metrdən (faktiki 155 m2) ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "Azəri Tikinti Şirkəti” MMC-yə təhvil vermişdir; - Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, sözügedən zirzəmi Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşir. Alğı-satqı müqaviləsi ilə bağlı 2018-ci ilin noyabr tarixində obyekti almağa getmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X9 da orda olmuşdur. Müqavilə notarial şəkildə bağlanmış, bağlandığı zaman onun etibarnaməsi olmuşdur. Naiq öz işçisi ilə onu aşağı mərtəbəyə göndərmiş, onlar 55000 manata razılaşmış, ərazini ölçüsü 155 m2 olmuşdur. Həmin zirzəminin 70 m2 sahəsinin rəsmi sənədləri olmuşdur, 85 m2 sahəsinin isə sənədi yox idi. 155 m2 sahəyə 328000 manata razılaşmış, əvvəlcə 28800 manat beh vermiş, qalan pulu 10-15 gün ərzində ödəmişlər. Alğı-satqıdan sonra 70 m2-in çıxarışını almış, daha sonra "Azəri-Tikinti Şirkəti” MMC ilə 155 m2 sahə ilə alğısatqı müqaviləsi bağlamışlar. 85 m2 sahə ilə bağlı X3 hər hansı bir etirazı olmamışdır. Onunla "Azəri-Tikinti Şirkəti” MMC arasında təhvil-təslim aktı vardır. Zirzəmi ilə bağlı söküntü işləri 2019-cu ilin fevral ayında baş tutmuşdur ; - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ******* qeydiyyat nömrəli RX seriyalı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən (70.7 m2 ölçülü) qeyri-yaşayış sahəsi Cavabdeh2 adına xx.xx.2019-cü il tarixdə tam xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; - "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatına əsasən, ünvan 3 ünvanında yerləşən 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri xx.xx.2007-ci il vəziyyətinə 334000 manat məbləğində müəyyən olunmuşdur; - Əmlak Ekspert Mərkəzinin 04 iyul 2016-cı il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 70.7 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə ilkin satış qiyməti 305000 manat, ünvan 3 ünvanında yerləşən 85.0 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə ilkin satış qiyməti 360000 manat təşkil edir; İddiaçı Cavabdeh2 tərəfindən onunla İddiaçı arasında bağlanan beh müqaviləsi və Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, ödədiyi 328000 manat zirzəminin dəyərinin və 3499,65 manat verginin İddiaçı tərəfindən ona qaytarılması, “Azəri Tikinti Şirkəti“ MTK inşa etdiyi binanın zirzəmisində 155 kv.m sahəni İddiaçı təhvil verməsi barədə təklif vermişdir;- “X14“ MMC tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli arayışa əsasən ünvan 3 ünvanında və yaxın ətrafda zirzəmi sahələrinin 2018-2019-cu illər dövründə 1kv.m üzrə bazar dəyəri 1650,0-1700,0 manat intervalında təşkil edir; - “İnternational Account Service“ tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli arayışa əsasən ünvan 3 ünvanında və yaxın ətrafda zirzəmi sahələrinin 2018-2019-cu illər dövründə 1kv.m üzrə bazar qiyməti 1500.0- 1600,0 manat təşkil edir; - “Əmlak Ekspertiza Mərkəzi“ MMC-nin 12 oktyabr 2022-ci il tarixli arayışına əsasən ünvan 3 ünvanında və yaxın ətrafda zirzəmi sahələrinin 2018-2019-cu illər dövründə 1kv.m üzrə bazar dəyəri 12 oktyabr 2022-ci il tarixə 1700.0-1800.0 manat təşkil edir; - Bakı Apellyasiya Məkhəməsinin 2(103)- 3776/2016 saylı işi üzrə 21 iyul 2016-ci il tarixli qətnaməsində qeyd edilmiş "xxxx" MMC-nin 01 oktyabr 2014-cü il tarixli arayışına əsasən ünvan 3 ünvanında yerləşən 84.0 kv.m yaşayış sahəsinin bazar qiyməti 450000-500000 manat təşkil etmişdir (1-ci cild səh.8, 9, 10, 19-20, 21- 22, 24-30, 66-68, 83-86,193, 195-198, 240; 2-ci cild səh. 136; 3-cü cild səh. 91, 92, 95, 99).
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təmirsiz 1 kv.metrinin təqribən 1500,0 manat və təmirlinin 1 kv.metrinin təqribən 1800,0 məbləğində müəyyən edildiyi(internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir), eyni zamanda xx.xx.2018-ci il tarixə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən təmirsiz və ya təmirli qeyri-yaşayış sahəsinin (zirzəmidə) müqavilə imzalanan tarixdə olan bazar qiymətinə uyğun, yəni 2018-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olan qiymətini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, şikayətlərini 394342 manat məbləğində pul vəsaitinin tutulması hissəsində müdafiə etdiklərini və kirayə haqqının tutulmasına etirazlarının olmadığını bildirmiş və yazılı mülahizə təqdim etmişdir. Mülahizədə qeyd edilmişdir ki, İddiaçı Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri Azadlıq prospekti 42 ünvanda yerləşən ümumi taktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 satılmasına dair xx.xx.2018-ci il tarixdə Beh Müqaviləsi və xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi bağlanmış, alıcı Cavabdeh2 satıçı İddiaçı ümumilikdə 328000 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X7 bildirmişdir ki, İddiaçı Məmmədəli qızının Bakı şəhəri. Azadlıq prospekti 42. mənzil 6/7-nin altında olan zirzəminin faktiki sahəsi 155 kv metr olmaqla nümayəndə qismində iştirak etdiyi arvadı Cavabdeh2 adına 328 000 manat dəyərində almış, zirzəminin bir giriş qapısı, ümumumi sahəsi 155 kv metr olmaqla vahid sahədən ibarət olmuş. İddiaçı Məmmədəli qızı və X9 həmin zirzəmini tamamilə faktiki sahəsi olan 155 kv metr tam satmışlar. Buna görə İddiaçı Məmmədəli qızı ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə beh müqaviləsi bağlanmış, həmin zirzəmiyə görə 28800 manat məbləğində beh verilmiş, əmlakın qiyməti 328000 manat müəyyən edilmiş, xx.xx.2019-cu ildə isə həmin tərəflər arasında Daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış zirzəmiyə görə Cavabdeh2 nümayəndəsi R.Əhmədov İddiaçı Məmmədəli qızına zirzəminin qalan dəyəri olan 299200 manat ödəmiş və 3499.65 manat vergi xərclərini İddiaçı Məmmədəli qızının əvəzindən ödəmişdir. Alğı-satqı günü İddiaçı Məmmədəli qızı zirzəmini tam olaraq 155 kv metr faktiki sahəsini Cavabdeh2 nümayəndəsi və əri Rüstəm Əhmədova təhvil vermişdir. Bakı Apellyasiya Məhkəməsində izah verən Fəridə Məmədhəsənovanın nümayəndəsi və əri X8 müliiyyətində olan zirzəmi vahid sahədən ibarət olmaqla 155 kv.metr olmuş, Cavabdeh2 nümayəndəsi Rüstəm Əhmədova həmin 155 kv.metr sahəni göstərmişdir.xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda olan qeyri-yaşayış sahəsinin (zirzəminin) X5 mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.xx.xx.2019-cu il tarxdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri. Azadlıq prospekti 42 ünvanda yerləşən faktiki 155 kv.metr zirzəmini sökülmək üçün MTK təhvil vermişdir. Həmin Müqavilənin 1.3.-cü bəndinə görə MTK Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan zirzəminin sökülməsini və həmin ərazidə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 155 kv.metr qeyri-yaşayış sahəsini (zirzəmini) Cavabdeh2 mülkiyyətinə verir. Həmin tərtib edilmiş Əmlakın təhvil-təslim Aktı ilə Cavabdeh2 nümayəndəsi Rüstəm Əhmədov Bakı şəhəri. Azadlıq prospekti 42 ünvanda yerləşən 155 kv.metr zirzəmini Cavabdeh1 MTK-ə sökülmək üçün təhvil vermişdir. İddiaçı Məmmədəli qızı zirzəminin üstündəki mənzillərini xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Təhvil aktı ilə MTK-ya təhvil vermişdir. Əgər İddiaçı mənzilinin altında olan zirzəmini tamamilə Cavabdeh2 satmasa idi,zirzəminin üstündə olan 170 kv.metr mənzilini qapı pəncərəsini özü sükdükdən sonra tikinti şirkətinə təhvil verməzdir. Bundan bir gün qabaq, yəni xx.xx.2019-cu il tarixdə Könül Əhmdəova təhvil aktı ilə aldığı 155 kv metr zirzəmi sahəsini söküntü üçün MTK təhvil vermişdir. Həmin vaxt İddiaçı özü və nümayəndəsi zirzəminin üstündə olan mənzilinin qapı və pəncərələrini sökürdülər. Zirzəminin söküntüyə təhvil verilməsinə etiraz etmək imkanları olmuşdur. Əmlak 2019-cu ilin fevral ayından sonra sökülmüşdür. Bu hadisədən 3 il keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 kv.metr zirzəminin 85 kv.metr hissəsini məhkəmə qaydasında tələb edir. Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 165.2,-ci maddəsinə görə qadağan edilmiş özbaşınalıq iizrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. İddiaçı Məmmədəli qızı qəsdən zirzəminin 85 kv.metr sahəsinin mülkiyyət sənədini gizlətməklə Cavabdeh2 zirzəminin faktiki sahəsinin 155 kv.metr üçün 328000 manat almış, 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək əlavə 394342 manat pul tələbini təkrar almağını tələb edir.İddiaçı 155 kv.metr sahəsinin olan zirzəminin üstündə olan 170 kv.metr sahəsi olan mənzillər Fəridəyə məxsus olmuş, xx.xx.2019-cu il tarixdə həmin mənzili sökülmək üçün MTK-ə təhvil vermişdir. Fəridə bilirdi ki. MTK həmin mənzili sökərkən zirzəminində tavan hissəsi söküləcəkdir Yəni Fəridə artıq xx.xx.2019-cu il tərixdə təsdiq etdiyi aktda zirzəminin 85 kv metr hissəsinin sökülməməsinə dair qeyd yaza bilərdi, lakin bunu etməmiş, bina tamamilə söküldükden 3 il sonra məhkəməyə iddia ərizəsini vermək hüququ olmamışdır. Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən İddiaçı həmin zirzəminin 85 kv metr hissəsinə dair iddia qaldırmaq hüququ bir il olmuşdur. Buna görə məhkəmə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarxili, 10/7949 nömrəli rəyinə görə Bakı şəhəri, Nəsimi rayonu. Azadlıq prospekti 42 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin hazırda mövcüd olan orta bazar qiyməti təmirsizin 1 kv metr təqribən 1500 manat, təmirlisinin İ kv metr 1800 manat müəyyən edilmişdir.İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu. Azadlıq prospekti 42 ünvanında olan zirzəmini 328000 manat dəyərində Cavabdeh2 satmışdır. Həmin zirzəminin 155 kv metr sahəsi 328000 manat dəyərinə nisbətində 1 kv metr sahəsinin dəyəri 2116 manat müəyyən edilir. Yəni ekspert rəyi ilə təsdiq edilən qiymətləri müqayisə etdikdə məlum olur ki. İddiaçı Cavabdeh2 zirzəmini tam yəni 155 kv metr sahəsini satmışdır. Suallara cavab olaraq nümayəndə iddia müddətinin keçməsini ümumi olaraq qeyd etdiklərini, Cavabdeh2 tərəfindən 155 kv.m sahənin pulunun tam ödənildiyini, iddiaçı ilə zirzəmi ilə əlaqədar münasibətlərinin olmadığını, zirzəmi ilə əlaqədar münasibətlərinin Cavabdeh2 ilə olduğunu, iddiaçı tərəfin sənədlərin əslin təqdim etmədiyini, əmlakın girovda olduğunu dediklərini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2ın nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək və yazılı mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri Azadlıq prospekti 42 ünvanda yerləşən ümumi faktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 qızma satılmasına dair 06 dekabr 2018-ci il tarixdə Beh Müqaviləsi və 24 yanvar 2019-cu il tarixdə Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi bağlanmış, alıcı Cavabdeh2 satıçı İddiaçı qeyd olunana faktiki sahəsi 155 kv metr olan zirzəmiyə görə ümumilikdə 328000 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X7 bildirmişdir ki, İddiaçı Məmmədəli qızından ünvan 1-nin altında olan zirzəminin faktiki sahəsi 155 kv.metr olmaqla nümayəndə qismində iştirak etdiyi arvadı Cavabdeh2 adına 328000 manat dəyərində almış, zirzəmi bir giriş qapısı, ümumi sahəsi 155 kv.metr olmaqla vahid sahədən ibarət olmuş, İddiaçı Məmmədəli qızı və X9 həmin zirzəmini tamamilə, yəni faktiki sahəsi 155 kv.metr olmaqla tam satmışlar. Buna görə İddiaçı ilə arvadı Cavabdeh2 arasında 06 dekabr 2018-ci il tarixdə beh müqaviləsi bağlanmış və həmin zirzəmiyə görə 28800 manat məbləğində beh verilmiş, əmlakın qiyməti 328 000 manat müəyyən edilmiş, 24 yanvar 2019-cu ildə isə həmin tərəflər arasında Daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, zirzəmiyə görə Cavabdeh2 nümayəndəsi Rüstəm Əhmədov İddiaçı zirzəminin qalan dəyəri olan 299200 manat ödəmiş və 3499,65 manat vergi xərclərini İddiaçı əvəzindən ödəmişdir.Alğı-satqı günü İddiaçı zirzəmini tam olaraq, yəni zirzəminin 155 kv.metr faktiki sahəsini Cavabdeh2 nümayəndəsi və əri R.Əhmədova təhvil vermişdir. Bakı Apellyasiya Məhkəməsində izah verən İddiaçı nümayəndəsi və əri Naiq Məmmədhəsənov bildirmişdir ki, İddiaçı mülkiyyətində olan zirzəmi vahid sahədən ibarət olmaqla 155 kv.metr olmuş və Cavabdeh2 nümayəndəsi R.Əhmədova həmin 155 kv.metr sahəni satmışdır.xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda olan qeyri-yaşayış sahəsinin (zirzəminin) Cavabdeh2 mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2019- cu il tarxdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən faktiki sahəsi 155 kv.metr olan zirzəmini sökülmək üçün MTK-ya təhvil vermişdir. Həmin Müqavilənin 1.3-cü bəndinə görə MTK Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan zirzəminin sökülməsini və həmin ərazidə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 155 kv.metr qeyri-yaşayış sahəsini (zirzəmini) Cavabdeh2 mülkiyyətinə verir. Tərtib edilmiş Əmlakın təhvil-təslim Aktı ilə Cavabdeh2 nümayəndəsi R.Əhmədov Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən faktiki sahəsi 155 kv. metr olan zirzəmini Cavabdeh1 MTK-ya sökülmək üçün təhvil vermişdir. İddiaçı zirzəminin üstündəki mənzillərini xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Təhvil aktı ilə MTK-ya təhvil vermişdir. Əgər İddiaçı mənzilinin altında olan zirzəmini tamamilə Cavabdeh2 satmasa idi, zirzəminin üstündə olan 170 kv.metr mənzilini qapı pəncərəsini özü sökdükdən sonra tikinti şirkətinə təhvil verməz idi. Bundan bir gün qabaq,yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 İddiaçı aldığı 155 kv metr zirzəmi sahəsini təhvil aktı söküntü üçün MTK- ya təhvil vermişdir. Həmin vaxt İddiaçınm özü və nümayəndəsi zirzəminin üstündə olan mənzilinin qapı və pəncərələrini sökürdülər. Onların zirzəminin söküntüyə təhvil verilməsinə etiraz etmək imkanları olmuşdur. Lakin onlar bununla bağlı nə zirzəmini MTK-ya təhvil verən Cavabdeh2, nə də ki zirzəmini Cavabdeh2 təhvil alan MTK-ya heç bir etirazlarını bildirməmişdirlər. Ümumiyyətlə həmin vaxt İddiaçı özü və nümayəndəsi N.Məmmədhəsənov zirzəminin üstündəki mənzilini MTK-ya sökülmək üçün təhvil verərkən həmin mənzilin altındakı zirzəminin 85 kv metr hissəsinin onların mülkiyyətində olması barədə heç nə bildirməmişlər. Bu xüsusatdan aydın olur ki İddiaçı zirzəminin üstündəki mənzilini MTK-ya sökülmək üçün təhvil verməmişdən qabaq zirzəmini faktiki sahəsi 155 kv metr olmaqla Cavabdeh2 satmışdır.Əmlak 2019-cu ilin fevral ayından sonra MTK tərəfindən sökülmüşdür. Bu hadisədən 3 il keçdikdən sonra İddiaçı 155 kv metr zirzəminin 85 kv metr hissəsini məhkəmə qaydasında tələb edir.Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qaymağı tələb edə bilər.Həmin Məcəllənin 165.2-ci maddəsinə görə isə qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.İddiaçı zirzəminin 85 kv metr sahəsinin mülkiyyət sənədini qəsdən gizlətməklə Cavabdeh2 zirzəminin həmin hissəsinin sənədi olmadığını demiş və zirzəmini faktiki sahəsi ilə, yəni 155 kv metr olmaqla satdığını bildirmiş, Cavabdeh2 zirzəminin 155 kv metr faktiki sahəsi üçün 328000 manat almış, bundan 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək əlavə 394342 manat pulu təkrar almağını tələb etməklə əsassız varlanmaq və fayda əldə etmək istəyir.İddiaçı Cavabdeh2 faktiki sahəsini 155 kv metr göstərməklə satdığı zirzəminin üstündə yerləşən 170 kv metr sahəsi olan mənzillər İddiaçı məxsus olmuş, sonuncu xx.xx.2019-cu il tarixdə həmin mənzili sökülmək üçün MTK-ya təhvil vermişdir. İddiaçı bilirdi ki, MTK həmin mənzili sökərkən mənzilin altında olan zirzəminin də tavan hissəsi söküləcəkdir. Yəni Fəridə xx.xx.2019-cu il tərixdə təsdiq etdiyi təhvil aktında zirzəminin 85 kv metr hissəsinin ona məxsus olması və həmin hissənin sökülməməsinə dair qeyd yaza bilərdi, lakin o bunu etməmişdir. Ümumiyyətlə bu barədə şifahi olsa belə MTK-ya heç nə bildirməmişdir. Əmlak 2019-cu ilin fevral ayından sonra MTK tərəfindən sökülərkən də İddiaçı və nümayəndəsi Naiq Məmmədhəsənov zirzəminin 85 kv metr hissəsinin onlara məxsus olması barədə heçnə bildirməmiş və həmin hissənin sökülməsinə etiraz etməmişdirlər. Əgər İddiaçı Cavabdeh2 zirzəmini faktiki sahəsi 155 kv metr göstərməklə satmamışdırsa zirzəminin üstündə yerləşən 170 kv metr sahəsi olan mənzili sökülmək üçün MTK-ya təhvil verərkən zirzəminin 85 kv metr hissəsininin də ona məxsus olmasını MTK-ya bildirərdi və zirzəminin həmin 85 kv metr hissəsini də sökülmək üçün MTK-ya təhvil verərdi. Buna görə də bina tamamilə söküldükden 3 il sonra onun məhkəməyə iddia ərizəsini vermək hüququ olmamışdır.Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən İddiaçı həmin zirzəminin 85 kv metr hissəsinə dair iddia qaldırmaq hüququ bir il olmuşdur. Buna görə məhkəmə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarxili, 10/7949 nömrəli rəyinə görə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təmirsizin 1 kv metri təqribən 1500 manat, təmirlisinin 1 kv metri isə 1800 manat müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında olan zirzəmini 328000 manat dəyərində Cavabdeh2 satmışdır. Həmin zirzəminin 155 kv metr sahəsi 328000 manat dəyərinə nisbətində 1 kv metr sahəsinin dəyəri 2116 manat müəyyən edilir. Yəni ekspert rəyi ilə təsdiq edilən qiymətləri müqayisə etdikdə məlum olur ki, İddiaçı Cavabdeh2 zirzəmini tam olaraq, yəni 155 kv metr sahəsini satmışdır. Suallara cavab olaraq nümayəndə alğı-satqı zamanı iddiaçı tərəfin mübahisəli sahəni 155 kv.m-dən ibarət vahid sahə kimi göstərdiyini, yarı hissəsinin sənədinin olduğunu, yarı hissəsinin isə sənədinin olmadığını bildirdiklərini, Cavabdeh2 zirzəmini orta təmirli vəziyyətdə obyekt kimi işlətmək məqsədi ilə aldığını bildirmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Cavabdeh2 qarşı tələblərinin olmadığını, Cavabdeh2 70.7 kv.m sahənin satdıqlarını, cavabdeh MTK-nın isə qanunsuz olaraq 85 kv.m ibarət sahəni özbaşına olaraq sökdüyünü, bununla iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu, hüquqlarının pozulması ilə əlaqədar ötən illər ərzində müxtəlif orqanlara müraciət etdiklərini, zirzəmi ilə əlaqədar cavabdeh MTK ilə hər hansı mülki münasibətlərinin olmadığını, MTK-nın alğı-satqı həyata keçirilmədən həmin sahə ilə əlaqədar sərəncam verməməli olduğunu, müqavilə ilə iddiaçının Cavabdeh2 yalnız 70.7 kv.m sahədən ibarət zirzəmini satdığını, hər iki sahənin təyinatının bir olduğunu, lakin aralarında qapı olduğunu, sahənin texniki pasportunda bunun göstərildiyini bildirmiş, nə qədər ki, ekspert rəyində 2018-ci il üzrə qiymətlər müəyyən edilmədiyindən rəyi əsaslı hesab etmədiklərini, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyət hüquqları ilə əlaqədar iddialara iddia müddətinin tətbiq edilmədiyini, Bakı Apellyasiya Məkhəməsinin 2(103)-3776/2016 saylı işi üzrə 21 iyul 2016-ci il tarixli qətnaməsinin preyudisiyal əhəmiyyət kəsb etmədiyini və yalnız sübut kimi təqdim etdiklərini, cavabdehlərdən müştərək qaydada tələb etməklərinə baxmayaraq, MTK tərəfindən mülkiyyət hüquqlarının pozulması səbəbindən yalnız ondan 394.342 manat məbləğin tutulmasında məhkəmə qətnaməsi ilə razılaşdıqlarını qeyd etmişdir.
12. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs(eyni zamanda iddiaçının nümayəndəsi) X9 hər iki sahənin təyinatının bir olduğunu, bir təyinat üzrə fəaliyyət göstərdiyini, lakin iki çıxarışının, üç qapısının olduğunu, bunun tekxiniki pasportda qeyd edildiyini, hər iki sahənin bankda girovda olduğunu, borcu bağlamaq üçün satmağa razılaşdığını, əvvəl hər iki sahənin satılması ilə bağlı danışıqlarının olduğunu qeyd etmiş, 70.7 kv.m-dən ibarət sahəni satdığını,Cavabdeh2 tərəfindən 85 kv.m-dən ibarət sahənin çıxarışını təqdim etdikdən sonra sahəni təhvil alıb pulu ödəyəcəklərinin deyildiyini, lakin 2019-cu ildə cavabdeh MTK-nın qeyriqanuni həmin sahəni sökdüyünü, hüquqlarının pozulması ilə əlaqədar ötən illər ərzində müxtəlif orqanlara müraciət etdiklərini bildirmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 139-166, 178, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-88, 106, 119, 217.4, 372, 384-386-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla əhatə edilərək, müəyyən edilmiş faktlardan və tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticə hasil olunmuşdur. Belə ki, Cavabdeh1 MTKnın təklifi ilə İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ünvan 2 əvəzinə inşa edilmiş yeni binada 170 m2 qeyri-yaşayış sahəsi verilməsi razılaşdırılmış və buna dair xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı ilə müqavilə bağlanmışdır. İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ünvan 1 ünvanında olan əmlakının altında yerləşən ona mənsub mülkiyyət hüququ əsasında iki qeydiyyatı (vahid əmlak kimi faktiki sahəsi 155 m2) olan zirzəminin 70,7m2 olan bir qeydiyyat sənədi əsasında rəsmi olaraq Cavabdeh2 328000 manat dəyərində satılması barədə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Mübahisə edilən Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən zirzəminin 85.0 m2 qeyri-yaşayış sahəsi hissəsini isə Cavabdeh2 vahid əmlak kimi digər 70,7m2 hissə ilə birgə MTK-ya təhvil vermişdir. Zirzəmi ilə əlaqədar iddiaçı ilə Cavabdeh1 MTK arasında mülki münasibətlər, əqdin bağlanması və ya ondan imtina barədə mübahisə olmamışdır. MTK-nın nümayəndəsinin deməsinə görə buna səbəb zirzəmiyə dair sənədlərin olmaması və əmlakın girovda olması olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən də əmlakın girovda olduğu qeyd edilmişdir. İş materiallarında da, mübahisə edilən hissəyə dair sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti aşkar edilməmişdir(təqdim edilməsi sübuta yetirilməmişdir). İddiaçı Məmmədəli qızının ünvan 1-nin altında vahid sahədən ibarət olmuş zirzəminin faktiki sahəsi 155 m2 olmaqla Cavabdeh2 328000 manat dəyərində satılaraq ona təhvil verilməsini hər iki cavabdeh israr edir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmış və müqaviləyə əsasən faktiki 155 m2 zirzəmini sökülmək üçün MTK xx.xx.2019-cu il tarixdə təhvil-təslim Aktı ilə təhvil vermiş, əvəzində inşa etdiyi binada 155 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) mülkiyyətinə verilməsinə dair razılığa gəlmişlər. Ondan sonra bina sökülmüşdür. Bundan 3 ilə yaxın müddət keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 m2 zirzəminin 85 m2 hissəsinin Çıxarışın dublikatının kseronüsxəsini məhkəməyə təqdim edərək, 394342 manat məbləğində pul tələb etmiş və bu müddətdə hər hansı tələb irəli sürməsi iş materiallarından müəyyən edilməmişdir.
15. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə bağlayaraq MTK-ya təhvil verdiyi və sökülməsindən xəbərdar olduğu mənzilinin altında yerləşən zirzəmisinin sökülməsindən məlumatlı olmalı olmasına və kifayət qədər uzun müddət ərzində susaraq heç bir tələb irəli sürməməsinə, sənədin əslinin deyil dublikatın nüsxəsinin verilməsinə, əmlakın hazırda yüklü olub-olmamasına dair sübutların (və ya buna yönəlik vəsatətlərin) olmamasına, habelə cavabdehlərin təqdim etdiyi sübutlara, onlar arasında mübahisə edilən zirzəmiyə (qeyriyaşayış sahəsinə) aid hissədə tam olaraq 155 m2 ölçüsünə dair razılığa gəlməsinə, nümayəndələrin və şahidin izahatlarına hüquqi qiymət verməmiş, sübutların tamlığına, aidiyyətinə və mötəbərliyinə müvafiq siyahıya daxil edilib-edilməməsini əsaslandırmamışdır.
16. Apellyasiya icraatında müzakirə zamanı əmlakın qiymətinə müvafiq onun dəyərinin 155 m2 qeyri-yaşayış sahəsinə uyğun ölçüdə tam ödənilməməsi (birinci instansiya məhkəməsinin istinad etdiyi) əsasın yoxlanılması üçün ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təmirsizin 1 m2 təqribən 1500,0 və təmirlinin 1 m2 təqribən 1800,0 manat təşkil edir.
17. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məkhəməsinin 2(103)- 3776/2016 saylı işi üzrə 21 iyul 2016-ci il tarixli qətnaməsində tələb “əmlakın qiymətləndirilməsi və hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” olmuşdur və həmin mülki iş üzrə əmlakın qiymətləndirilməsi tələbi olmamış, habelə orada hazırki icraatın subyektiv tərkibi (cavabdehlər) iştirak etməmişdir (cəlb edilməmişlər). Ona görə, qeyri-yaşayış sahəsinin qiymətinin müəyyən edilməsində qeyd edilən mülki iş üzrə sübut qismində təqdim edilən qiymətləndirmə rəyləri hazırki mülki işin müəyyən edilmiş halları kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
18. Qeyd edilməlidir ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyəri üzrə olan tələbi hər iki cavabdehə yönəlsə də, yalnız birinə - MTK-ya münasibətdə təmin edilmiş və idddiaçı bundan şikayət verməmişdir. İddiaçı iddia verilən zaman qeyd edilən tələb üzrə hər bir cavabdehə qarşı yönəlik əsasları prosessual cəhətdən əsaslandırmasa da, məhkəmə qətnaməsi ilə razı olmalarını və bunu onların mülkiyyət hüquqlarının MTK tərəfindən pozulması ilə izah etmişdir. Hüquqlarının pozulması ilə əlaqədar ötən illər ərzində müxtəlif orqanlara müraciət etdiklərini bildirsə də, işdə belə sübutlar müəyyən edilməmişdir. İddia və qətnamə mübahisələndirilən hissədə maddi hüquqi normalarına uyğun təfsir edilməsə də, kollegiya mülki münasibətlərə, habelə apellyasiya və etirazların (mülahizələrin) dəlillərinə müvafiq aşağıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinin nəzərə alınmasını vacib bilir:
19. Azərbaycan Respublikası Konstitusiyası : - 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. - 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolu: - 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələbləri (maddələri) nəzərə alınmalıdır : - 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; - 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər; 163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir; - 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; - 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; - 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. - 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. - 526. Əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. - 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. - 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. - 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. - 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin . 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. - 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 577.2. Əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. - 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. - 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. - 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. - 654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır. 654.2. Əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir. - 658.4. Alıcı sınama və ya yoxlama üçün aldığı predmet barəsində razılığını yalnız müəyyənləşdirilmiş müddət ərzində, bu müddət müəyyənləşdirilmədikdə isə yalnız satıcının alıcı üçün müəyyənləşdirdiyi ağlabatan müddət bitənədək bildirə bilər. Əgər əşya sınama və ya gözdən keçirmə üçün artıq alıcıya verilmişdirsə, onun susması razılıq kimi qiymətləndirilir. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir;1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
22. Beləliklə, qeyd edilən hüquqi və faktoloji əsaslara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – “cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi” – hissədə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Belə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmiş alğı-satqı zamanı iddiaçı məhz zirzəminin bir hissəsinin satıcıya təhvil verməsini, daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması sübuta yetirilməmiş, əksinə əmlakın vahid əmlak olması və qiymətlərin də nisbətindən məhz vahid əmlak kimi satılaraq əmlakın satıcının sahibliyinə verməsi öz təsdiqini tapmışdır. Digər ona mənsub olan əmlakın sökülməsindən xəbərdar olması və tikinti təşkilatına təhvil verməsi, onun zirzəmisində (altında) yerləşən əmlakın da sökülməsindən xəbərdar olmasını sübut edir. Ümumiyyətlə, vahid əmlak kimi alıcıya zirzəmini təhvil vermək iradə ifadəsi olmadığı halda belə satıcının nə alıcıya, nə də ki, söküntü-tikinti aparan təşkilata qarşı qanunla müəyyən edilmiş müddətlərdə pretenziyası olmamış və müddətləri ötürmüşdür. Halbuki ehtimalən istinad edilənlər cinayət qanunvericiliyi ilə mülkiyyət əleyhinə olan cinayətlərə aid əməllər kimi təfsir edilən müddəalarla cinayət məsuliyyətini müəyyən edir. Qeyd edilən müstəvidə və iddiaçının tikinti təşkilatı olan cavabdeh "Azəri Tikinti Şirkəti” MTK ilə (2018-ci ildən başqa –zirzəminin biləvasitə üzərində olan əmlakla əlaqədar mülki münasibətlərdə olmasına baxmayaraq) zirzəmi ilə əlaqədar olan hissədə mülki münasibətlərdə olmaması isə iddianın müzakirə edilən hissəsini və onun təmin edilməsini (digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olaraq) mülki hüquqlardan suiistifadəyə (eyni əmlaka görə təkrar faydalanmağa) şərait yaradan hal kimi qiymətləndirməlidir. Mülki qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir və bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığın müəyyən etmişdir.
23. Diqqətə çatdırılmalıdır ki, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK qətnaməni tam mübahisələndirsə də, kirayə haqqının tutulması hissəsində şikayəti müdafiə etməmiş və o hissədə razılaşmışdır.
24. Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına aid məhkəmə xərci cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-ya və tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq onu ödəyən cavabdehlərə aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdehlər "Azəri Tikinti Şirkəti” MTK-nin apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi qismən – “cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.