Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4260/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh Tapdıq qızına qarşı “dəymiş zəzərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-699/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5830.37 manat məbləğində borcun, hüquqi yardım göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh Tapdıq qızından tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı: abonent kodu **********00091 sayla qeydiyyata alınmış ünvanda qaz sayğacına müdaxilə edilməsi əsası ilə tərtib edilmiş akt əsasında 2043 manat + 3713.17 manat dəymiş ziyan hesablanması haqqında haqqında itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surəti və abonent saldosu (səh.9-81) sübut qismində təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-699/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Tapdıq qızından İddiaçı xeyrinə 144.20 manat məbləğində borc və hüquqi yardımın göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş pul vəsaitinin 7 manatı, dövlət rüsumunun ödənilmiş 0.70 manat məbləğində pul vəsaiti tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1; «Qazdan istifadə Qaydaları»nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7; «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 443.1, 443.2, 448.1, 448.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlər sonuncu dəfə 09.06.2017-ci il tarixdə ödəniş etmiş, həmin tarixdən müqavilə üzrə öhdəliklərini pozmuşlar.Beləliklə, işin hallarına və qeyd edilən maddənin tələbinə əsasən, məhkəmə cavabdehə tərtib edilmiş 19.12.2016-cı il tarixli ******* saylı; 17.01.2017-ci il tarixli ******* saylı; 08.02.2017-ci il tarixli ******* saylı və 28.03.2017-ci il tarixli ******* saylı aktlar üzrə borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir.Bununla belə, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdirBununla belə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Tapdıq qızı təbii qazdan istifadə etməsi ilə əlaqədar yaranan 144.20 manat borcunu ödəməmişdir və iddiaçı məhkəməyə müraciət edərək həmin borc məbləğinin cavabdehdən tutulmasını tələb edir iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən istifadə etdiyi təbii qaza görə yaranmış 144.20 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb, iddiaçıya verilməlidir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 9.1, 217.3, 385.1.2, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən sayğaca müdaxilə edilmiş və sayğacdan kənar qaz istifadəsi baş versə də, məhkəmə bu faktı ümumiyyətlə araşdırmamışdır. Bu faktı sübut edən aktlar məhkəməyə təqdim edilsə qiymət verməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 378-382, 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-699/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4260/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4260/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver