Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-427/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, Birinci iş üzrə İddiaçı və birinci iş üzrə Cavabdeh iştirakları ilə, Birinci iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(010)-2470/2019 nömrəli qətnaməsindən və birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6299/2019 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq Cavabdeh 2 il müddətinə 10.000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz öhdəliyini yerinə yetirməyərək aldığı borc pulu qaytarmamışdır. Hazırda iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, o aldığı borc pulu qaytarmır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(010)- 2470/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 10.000 (on min) manat məbləğində borc pulun və 30(otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Suraxanı rayon məhkəməsi tərəfindən işə baxarkən qətnamə maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən edilməməsi, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələr isə işin hallarına uyğun olmadığına görə qətnamə ləğv edilməli və iddiaçının iddiasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.Belə ki, xx xxxx 2016-cı il tarixli, 14 saylı Notariat Kontorunda təsdiq edilmiş və İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüsynov cənablarına ünvanlanmış “Mənim Cavabdeh qarşı heç bir şikayətim, iddia və tələbim yoxdur və gələcəkdə də olmayacaq” məzmunlu ərizədən də görünür ki, borc ödənilmişdir. Həmçinin, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri 14 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6299/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət olunmuşdur. Həmin Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq Cavabdeh 2 il müddətinə 10.000 manat məbləğində borc pul vermişdir. Lakın iddiaçı həmin müqavilənin mövcudluğunu məhkəmə baxışında bilmişdir. Müqavilə şəxsin ağır vəziyyətindən istifadə edərək aldatma yolu ilə bağlanmışıdır. Qeyd edilən iddia ərizəsində cavabdeh ona hansı məqsədlə borc verdiyini bildirməmişdir və ümumiyyətlə ona borc verməsi absurddur. Əksinə iddiaçı Cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixdə 50000 manat ondan şikayət etməməsinə dair ərizəni verərkən isə 30000 manat pul vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri 14 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki işin (Hakim Xəyalə Cəmilova) İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 manat pulun alınaraq ona qaytarılması barədə mülki işlə (Hakim Şərafət Məmmədova) bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehapelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, hər iki qətnamədən verilmiş apelyasiya şikayəti təmin olunmamalı və qətnamələr dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Kollegiya ilk növbədə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri 14 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbə qiymət verməklə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı notariusun 3M-563 saylı notariat işində olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarılması şərti ilə Cavabdeh 10.000 manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 337.1-ci və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər və əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Qanunvericiliyə əsasən əqd tərəflərin iradə ifadəsidir. Bu halda iddiaçı mübahisələndirilən müqaviləni imza etməklə borc götürməsinə və həmin borcu müqavilə ilə müəyyənləşdirilmiş müddətə geri qaytarılmasına razılığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əqd təsdiq olunarkən qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Ona görə də mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığına heç bir hüquqi əsas yoxdur. Həmçinin iddiaçı əqdin bağlanmasında onun iradə ifadəsinin ziddinə olan halları sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərlə yanaşı iş materiallarında müəyyən olunur ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddəti ötdüyündən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin əsaslı hesab edilməsinə dair mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdehin buna dair ərizəsi olduğundan iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi”nə dair tələbi rədd olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Həmçinin, Kollegiya birinci iş üzrə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarılması şərti ilə Cavabdeh 10.000 manat məbləğindəborc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu məcəllənin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prossesual qanunvericiliyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələri). Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2019-cu il tarixində “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Qərar (bundan sonra: Qərar) qəbul etmişdir. Qərarda məhkəmənin işə hansı çərçivədə baxması, ələxüsus işə baxılarkən məhkəmə tərəfindən obyektiv, yoxsa formal həqiqətin müəyyən edilməli olduğu məsələsinə aydınlıq gətirilmişdir. Konstitusiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ədalət mühakiməsi zamanı, çəkişmə prinsipi ilə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi prinsipi qarşılıqlı tətbiq edilməlidir. Qərara əsasən, hakimlər məhkəmə mübahisələrinə baxarkən çəkişmə prinsipini təmin etməli, yalnız tərəflərin topladığı sübutlar və faktiki hallar çərçivəsində işə baxmalı və həmin sübutlara müvafiq olaraq nəticəyə gəlməlidir. Beləliklə, mülki və iqtisadi işlər üzrə məhkəmə icraatı zamanı məhkəmə tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həqiqəti müəyyən etməlidir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cəfərov X1 Gülağa Bağır oğluna xx.xx.2018-ci il tarixədək qaytarılması şərti ilə 10.000 manatməbləğində borc pul vermişdir. Borc müqaviləsi üzrə öhdəlik lazımi qaydada yerinə yetirilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən və tərəflər arasında imzalanmış kredit müqaviləsini sübut kimi təqdim etdiyindən, həmin müqavilənin etibarsız hesab olunmasına əsaslar müəyyən edilmədiyindən və ya pulun qaytarılması ilə bağlı mötəbər sübutlar təqdim olunmadığından iddia tələbi təmin olunmalıdır. Kollegiya qeyd edir ki, Cavabdehapellyasiya şikayətində borcunun ödənildiyinin təsdiqi kimi iş materiallarında olan xx xxxx 2016-cı il tarixli, 14 saylı Notariat Kontorunda təsdiq edilmiş və İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüsynov cənablarına ünvanlanmış “Mənim Cavabdeh qarşı heç bir şikayətim, iddia və tələbim yoxdur və gələcəkdə də olmayacaq” məzmunlu ərizəsinə istinad etsə də, həmin ərizənin məzmunundan və tarixindən, habelə aidiyyəti üzrə ünvanlanmasından müəyyən olunur ki, bu ərizə cinayət işi ilə bağlı ziyan ödənilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı heç bir şikayəti, iddia və tələbinin olmadığı və gələcəkdə də olmayacağı üçün verilmişdir və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı borcun ödənildiyini sübut etmir. Beləliklə, Kollegiya hesab edir ki, birinci iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(010)-2470/2019 nömrəli qətnaməsi və birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6299/2019 nömrəli qətnaməsifaktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunmasın. Birinci iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(010)-2470/2019 nömrəli qətnaməsi və birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6299/2019 nömrəli qətnaməsiapellyator Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-427/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-427/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver