Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4273/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(002)-443/2021 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2235.39 AZN, faiz borcu üzrə 184.00 AZN, cərimə borcuna görə 24.94 AZN olmaqla cəmi 2444.33 (iki min dörd yüz qırx dörd manat, otuz üç qəpik) AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı “xxxx” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 29.04.2015-ci il tarixli, **********4766 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 8000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 774 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, 29.04.2015-ci il tarixli, **********4766 saylı kredit müqaviləsi 22.07.2016-cı il tarixli **********2101 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2235.39 AZN ,faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 12.11,2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği əsas borc üzrə 2235.39 AZN, faiz borcu üzrə 184.00 AZN, cərimə borcuna görə 24.94 AZN olmaqla cəmi 2444.33 (iki min dörd yüz qırx dörd manat, otuz üç qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 26.01.2021-ci il tarixdə iddia müddətinin tətbiqi barədə məhkəmənin ünvanına ərizə göndərərək, iddiaçı ilə bağladığı kredit müqaviləsinin bitmə tarixinin 17 yanvar 2017-ci olmasına baxmayaraq, kreditorun 08 dekabr 2020-ci ildə, yəni müqavilənin bitmə tarixindən 3 il sonra məhkəməyə müraciət etdiyini əsas gətirərək, iddiaçı «xxxx» MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tutulması» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(002)- 443/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 29.04.2015-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2235.39 manat məbləğində əsas borcu, 184,00 manat məbləğində faiz borcu, 24.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2444,33 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MM QBKT-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-443/2021 saylı iş üzrə 03.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qeyd olunan məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini xahiş edir. Belə ki, o, “xxxx” X4-Bank Kredit Təşkilatından 29.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 28 faizlə 8000 manat məbləğində kredit götürmüş, Cavabdeh1 ilə borcun təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Götürülmüş kreditin müddəti 29.04.2016-cı il tarixdə başa çatmalı idi. 22 iyul 2016-cı il tarixdə həmin kredit müqaviləsi restrukturiziya olunmuş və 29.04.2015-ci il tarixli müqaviləyə dəyişiklik edilmiş və kreditin son ödəmə müddəti 17 yanvar 2017-ci il müəyyən edilmişdir. Bu müddət ərizndə o, heç bir ödəniş etməmişdir. Belə ki, kredit götürdüyü filial bağlandığına görə o, ödənişləri edə bilməmişdir. Kredit müqaviləsinin ödəmə müddəti 17 yanvar 2017-ci il tarixdə bitsə də iddiaçı təşkilat nədənsə indiyə kimi bu barədə məhkəmədə iddia qaldırmamış və mənə heç bir xəbərdarlıq edilməmişdir. Bu barədə iddia müddətinin ötməsinə görə məhkəmə ərizə ilə müraciət etsə də guya 12.11.2020-ci il tarixdə elektron qaydada o, banka 10 manat ödədiyini göstərərək iddia müddətini əsassız olaraq tətbiq edilməmişdir. O, bu müddət ərzində iddiaçı təşkilata kredit borcundan ödəmədiyini bildirsə də məhkəmə iddiaçı təşkilatın təqdim etdiyi saxta sənədə əsasən onun tələbini təmin etməmişdir. Müqavilə 2015-ci i tarixdə bağlansa da indiyə kimi iddiaçı təşkilat məhkəməyə müraciət etməmiş, sonradan özləri ödəniş etməklə iddia müddətin ötürülməməsini göstərmişlər. Göründüyü kimi bank məhkəməyə müraciət edərkən artıq iddia müddəti keçmişdir. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasım və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını təmzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir.Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 29 aprel 2015-ci il tarixli, **********4766 saylı kredit və zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 28% faiz dərəcəsi ilə 12 ay müddətinə 8.000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materaillarına əlavə edilmiş kassa-məxaric orderinə əsasən, Cavabdeh2 8000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş **********4766 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh2 aylıq 774 manat olmaqla, cəmi 9.287.00 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materialalrında olan 22.07.2016-ci il tarixli Kredit müqaviləsinin restrukzisayisaına dair Sazişin məzmunundan aydın olur ki, Cavabdeh2 ilə “xxxx” MMC arasında 23.11.2015ci il tarixli kredit müqaviləsinin restrukzisaya olunması barədə razılıq əldə olunmuş və buna dair Saziş imzalanmışdır. İş materialalrında olan 12.11.2020-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh2 cəmi qalıq borcu 2444,33 manat, cəmi ödənilən məbləğ 218,50 manat təşkil edir. İş materialalrında olan hesabdan çıxarışın məzmunundan aydın olur ki, Cavabdeh2 aid hesab nömrəsi **********8566 üzrə 03.05.2018-ci il tarixdə 100 manat, 02.07.2018-ci il tarixdə 99 manat, 03.12.2018-ci il üzrə 19,5 manat, 12.11.2020-ci il tarixdə 10 manat olmaqla, cəmi 228,5 manat ödəniş edilib. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 29.04.2015-ci il tarixli **********4766 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 8000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə 29.04.2015-ci il tarixli **********4766 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müvafiq kredit müqaviləsinin restrukzisayisanıa dair 22.07.2016-ci il tarixdə Saziş imzalanmışdır. Həmçinin, məhkəmə iclasında cavabdehin verdiyi izhatından aydın olur ki, o iddiaçı qarşısında borc öhdəliyinin olduğunu qəbul etmiş, lakin həmin müqavilə üzrə xeyli müddət keçidyindən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 29.04.2015-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, 29.04.2015-ci il tarixli **********4766 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə 29.04.2015-ci il tarixli **********4766 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 12 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir bu səbəbdən Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən, müvafiq ərizə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış müvafiq kredit müqaviləsi üzrə (hesab nömrəsi **********8566) 03.05.2018-ci il tarixdə 100 manat, 02.07.2018-ci il tarixdə 99 manat, 03.12.2018-ci il üzrə 19,5 manat, 12.11.2020-ci il tarixdə 10 manat olmaqla, cəmi 228,5 manat ödəniş edilmişdir.Göründüyü kimi, cavabdeh tərəfindən öz borcunun etiraf olunmasına dair hərəkətlər edilərək, müvafiq kredit müqaviləsi üzrə ödənişlər edilmiş, həmin ödənişlərin həyata keçirildiyi vaxtdan isə mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti keçməmişdir. ona görə də məhkəmə mülki qanunvericiliyin qeyd olunan normalarının tələini rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc, faiz borcu və cərimə borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh2 29.04.2015-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2235.39 manat məbləğində əsas borcu, 184,00 manat məbləğində faiz borcu, 24.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2444,33 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MM QBKT-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(002)-443/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4273/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4273/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver