Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4277/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (atası) Cavanşir Qasımovun, Cavabdeh və cavabdehin nümayəndəsi (anası) Sevda Talıbovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 3 uşağın – xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı (hər uşaq üçün 175 manat) artırılsın və hər uşaq üçün 220 manat aliment cavabdehdən (uşaqların atasından) tutularaq iddiaçıya (uşaqların anasına) verilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Cavanşir Qasımov apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh və cavabdehin nümayəndəsi (anası) Sevda Talıbova isə apellysiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşğıdakıları qeyd edir. Daha əvvəl başqa mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2(007)-2286/2022 nömrəli qətnamə ilə qət olunub ki, uşaqlar üçün tutulan alimentin miqdarı hər ay 175 manat, 3 uşaq üçün cəmi 525 manat müəyyən edilsin. Hazırkı iddia ərizəsi bu qətnamənin qəbulundan 4 ay sonra – xx.xx.2023-cü il tarixdə verilib. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarı o halda artırıla bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Lakin alimentin miqdarının müəyyən edilməsindən sonra ötən 4 ay ərzində alimentin miqdarının artırılmasına səbəb ola biləcək dəyişiklik olmayıb. Bundan başqa, müəyyən olunur ki, 3 uşaqdan biri - xx.xx.2007-ci il təvəllüdlü X3 nənəsi (atasının anası) Sevda Talıbovanın yanında yaşayır, onun maddi ehtiyacları nənəsi tərəfindən ödənilir. İşin bu halını hər iki tərəf təsdiq edir. Bundan başqa, cavabdeh (uşaqların atası) ikinci dəfə nikaha daxil olub. Belə ki, o, xx.xx.2018-ci ildə Jalə Rzayeva ilə nikah bağlayıb, həmin nikahda bir uşağı – xx.xx.2019-cu il təvəllüdlü Dilarə Rzazadə doğulub. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4277/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4277/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver