Məhkəmə qərarları › İş №2(103)-428/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-428/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-428/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(011)-4/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kreditorun xeyrinə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli NQİ54-53 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25 faizdən 3500 manat kredit verilmişdir. Borclu, kredit öhtəliyinin şərtlərini pozaraq 24 ay ərzində hər ay 186,80 manat ödəniş hesabından cəmi 4483,21 manat əvəzinə 562 manat ödəniş etmişdir. Borclu Cavabdeh kredit borcunun qaytarılması barədə xx.xx.2016-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.Borclu Cavabdeh xx.xx.2017-cı il tarixə borcu 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(011)-3441/2017 saylı əmri ilə borclu Cavabdeh kreditor "xxxx" MMC-nin xeyrinə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat borcun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(011)-4/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 18 manat cərimə olmaqla, cəmi 3943,77 (üç min doqquz yüz qırx üç manat 77 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4/2021 saylı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam və obyektiv araşdırma aparmamış, ödənişlərini nəzərə almayaraq borc məbləği ilə bağlı iddiaçının təqdim etdiyi sənədlərdəki yalnışlıqları aydınlaşdırmamış, ümumiyyətlə qalan borcu düzgün hesablamamışdır. İddiaçı ilə aralarındakı müqavilə 10 iyun 2014-cü il tarixdə bağlanmasına baxmayaraq ödəniş qrafiki 10 iyun 2012-ci ildə tərtib edildiyi məlum olur. Bu məsələ isə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İş materiallarında olan qəbzlərə əsasən tərəfindən müxtəlif məbləğlərdə aylıq ödənişlər 2014-2015-ci illərdə edilməsinə baxmayaraq, məhkəmə ödədiyi aylıq kredit məbləğlərini ödəniş qrafiki ilə müqayisəli şəkildə araşdırmamış, bu səbədən düzgün rəqəmlər göstərilməyən xx.xx.2017-ci il tarixli maliyyə arayışı əsasında qətnamənin nəticəsində şişirdilmiş borc məbləği qət edərək yalnız ümumi qayda olaraq cərimə məbləğində cüzi güzəşt etmişdir. Halbuki, məhkəmə yalnız iş üzrə mühasibatlıq ekspertizasını təyin etməklə veriləcək rəy əsasında kreditə görə ödənilən məbləğin və qalan borcun hesablanması ilə bağlı dəqiq nəticəyə gələ bilərdi və hər nası bir şübhə yaranmazdı. Bundan başqa bildirir ki, kreditlə bağlı məhkəmə əmr qaydasında olan iş icraya verildikdən sonra, yəni 2020-ci ildə pensiyasından bir neçə dəfə olaaraq ayda 80 manat tutulmuşdur. Sonra isə məhkəmə əmri ləğv edilibişə iddia icraatı qaydasında baxılarkən tutulmalar dayandırılmışdır. Özündə olan hesablamaya görə onun iddiaçıya borcu qalmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmayaraq qətnamə qəbul edildiyindən bu iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Çəsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli NQİ54-53 saylı nağd pul krediti müqaviləsindən görünür ki, borc alana 24 ay müddətinə illik 25% hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə olan borcu xx.xx.2017-ci il tarixə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi "xxxx" MMC-nin hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 24 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 24 may 2022-ci il tarixli, 9/2644 saylı Ekspertiza Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 10 iyun 2014-cü il tarixli, 154-53 saylı kredit müqaviləsinə əsasən X2 xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" MMC-nə olan borcu 4.657,54 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 3.434,53 AZN, faiz borcu üzrə 1.223,01 AZN 2 və 3-cü suallar üzrə həmçinin iş materiallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixdən sonra DSMF-nin Xətai Rayon Şöbəsi tərəfindən "xxxx" MMC-nin hesabına 27 yanvar 2020-ci il tarixə 100 AZN, xx.xx.2020-ci il tarixdə 100 AZN məbləğində pul köçürülmüş və 10 iyun 2014-cü il tarixli, 154-53 saylı kredit müqaviləsi üzrə faiz borcuna silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2014-cü il tarixli NQİ54-53 saylı kredit müqaviləsi üzrə 3437,51 manat əvəzinə 3.434,53 manat əsas borc, 488,26 manat əvəzinə 188,26 manat faiz borcunun qalması iş materialları ilə təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə tələb edilən dəbbə pulunun məbləğləri azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, 398 manat dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı və 18 manat məbləğinədək azaldılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı "xxxx" MMC və Cavabdeh müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(011)-4/2021 nömrəli qətnaməsi əsas və faiz məbləği hissəsində dəyişdirilsin. Əsas borc məbləği 3.434,53 (üç min dörd yüz otuz dörd manat əlli üç qəpik) manat müəyyən olunsun. Faiz məbləği 188,26 (bir yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat müəyyən olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı "xxxx" MMC və Cavabdeh müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar