Məhkəmə qərarları › İş №2(103)-4286/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4286/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4286/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı X7 nümayəndəsi X8, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı kredit və girov müqaviləsinin ləğv edilməsi və borcun girova yönəldilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-177/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1-03/17 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh bankın xeyrinə kredit müqaviləsinə əsasən 24187,44 manat əsas borc, 4553,16 manat faiz borcu, cəmi 28740,60 manat borcun və bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1-03/17 saylı kredit və girov müqaviləsinə əsasən bağ evinin əsaslı təmiri məqsədi ilə Cavabdeh illik 10 faiz, vaxtı keçmiş borca görə isə illik 15 faizlə 140000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən X3 məxsus ******************** saylı hesabda olan 170000 manat məbləğində əmanət Cavabdeh öhdəliyinin təminatı olaraq girov qoyulmuşdur. Sonradan X5 xx.xx.2018-ci il tarixli ərizə ilə banka müraciət edərək Cavabdeh kredit öhdəliyinin təminatı olaraq müəyyən edilmiş 170000 manat məbləğində əmanətin kitabçasız vaxtından əvvəl məxaric edilməsini xahiş etmişdir. Müqavilə üzrə ödənişlər Cavabdeh tərəfindən vaxtlıvaxtında ödənildiyindən, həmçinin müştərilərinə etimad göstərdiyindən həmin ərizə əsasında xx.xx.2018-ci il tarixində müvafiq əmanət məbləği X3 qaytarılmışdır. Keçən müddət ərzində borcalan-Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə 24187,44 manat əsas borcu, 4553,16 manat faiz borcu yaranmışdır. Yaranmış borc məbləğini ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün hər hansı təşəbbüs göstərməmişdir. Məhkəmə baxışının gedişində Cavabdeh İddiaçı ASC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1-03/17 saylı kredit müqaviləsi üzrə qalıq qalmış 24187,44 manat əsas borcun və 4553,16 manat faiz borcunun həmin müqavilə üzrə X3 məxsus olmuş ******************** saylı hesabda olan 170000 manat məbləğində əmanətə yönəldilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1-03/17 saylı kredit və girov müqaviləsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxx 2017-ci il tarixli 1-03/17 saylı kredit və girov müqaviləsi üç tərəf arasında bağlanmışdır. Müqavilənin tərəfləri İddiaçı ASC, Cavabdeh və X5 olmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini 2018-ci ilin yayına qədər vaxtlı-vaxtında yerinə yetirərək hər ay banka 12308 manat pul ödəmişdir. 2018-ci ilin yayında ona məlum olmuşdur ki, Bank onunla razılaşdırmadan Şahin Rəcəbovun 170000 manat məbləğində əmanətini geri qaytarmışdır. Halbuki, həmin əmanət kredit öhdəliyinin qaytarılmasının təminatı kimi girov qoyulmuşdu və kredit öhdəliyi tam icra olunmamışdı. Buna görə də hesab edir ki, onun ödənilməmiş qalan kredit borcu həmin əmanətə yönəldilməklə xx xxxx 2017-ci il tarixli 1-03/17 saylı kredit və girov müqaviləsi ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)- 177/2020 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhmiyyəti olan hallar sübut edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, xx xxxx 2017-ci il tarixli 1-03/17 saylı kredit və girov müqaviləsi üçtərəfli müqavilə olmaqla tərəflər öz üzərlərinə müxtəlif öhdəliklər götürmüşlər. Həmin müqavilə borcalan tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək hüquqi qüvvəsini saxladığı və müqavilənin yalnız tərəflərin razılığı ilə ləğv edilə bildiyi halda, bank müqavilənin şərtlərini pozaraq girov qoyulmuş əmanəti Cavabdeh razılığı olmadan girov qoyana geri qaytarmışdır. Bu zaman bank kredit öhdəliklərinin tam şəkildə yerinə yetirilməməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Ayxan Rüstəmzadə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Əsəd Əliyev isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Maliyyə X4 ləğv olunduğundan, prosesdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalana bağ evinin əsaslı təmiri məqsədi ilə illiyi 10 faiz, vaxtı keçmiş borca görə isə illiyi 15 faizlə 140000 manat məbləğində kredit verilmiş, borcalan tərəfindən girov olaraq X3 məxsus **********103000000 saylı hesabında olan 170000 manat məbləğində əmanət təqdim edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcunu ödəməyə xx.xx.2017-ci il tarixdə başlamalı, hər ay 12308,22 manat ödəməklə, xx.xx.2018-ci il tarixdə ödənişi bitirməli idi. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32363 nömrəli rəyindən görünür ki, hesabdan çıxarışlar və İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixli, 1-03/17 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit müqaviləsinin bitdiyi müddətə, yəni xx.xx.2018-ci il tarixə Cavabdeh banka olan əsas borcu 36184,11 manat, faiz borcu isə 7915,15 manat müəyyən edilmişdir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, müqavilə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən banka 12309 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin puldan 12007 manatı əsas borcdan, 301 manatı isə faiz borcundan silinmişdir. İlk iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh, X5 və İddiaçı X13 arasında xx.xx.2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 10 faiz, vaxtı keçmiş borca görə isə illiyi 15 faizlə 140000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri bir müddət icra etsə də, sonradan iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçı bank qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddia ərizəsində bank tərəfindən Cavabdeh 24187,44 manat əsas borc və 4553,16 manat məbləğində faiz borcunun ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, kredit müqaviləsinin bitdiyi müddətə, yəni xx.xx.2018-ci il tarixə Cavabdeh banka olan əsas borcu 36184,11 manat, faiz borcu isə 7915,15 manat müəyyən edilmişdir. Həmin rəydən həmçinin görünür ki, müqavilə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən banka 12309 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin puldan 12007 manatı əsas borcdan, 301 manatı isə faiz borcundan silinmişdir. Ekspert rəyinə əsasən Cavabdeh iddiaçı banka faiz borcu 7915,15 manat müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehdən 4553,16 manat məbləğində faiz borcunun ödənilməsi tələb olunduğundan, birinci instansiya məhkəməsi iddia tələbi həcmində iddianı təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Cavabdeh qarşılıqlı iddia ərizəsində ödənilməmiş kredit borcunun girov qoyulmuş əmanətə yönəldilməsini və xx.xx.2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi girov saxlayanın hüququdur və cavabdeh tərəfindən iddiaçının bu hüquqdan istifadə etməsinə məcbur edilməsi yolverilməzdir. İddiaçının borcu birbaşa borcalandan tələb etməsi və yaxud da borcun girov qoyulmuş əşyaya yönəldilməsi iddiaçının subyektiv hüququdur. İddiaçı bank isə bu hüququndan qanuni şəkildə istifadə edərək müqavilə üzrə öhdəliklərin icrasını Cavabdeh tələb etmişdir. Qeyd etmək lazımdır ki, girov borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov müqaviləsinin bağlanmasında əsas məqsəd məhz girov saxlayanın pul və ya başqa öhdəlikdən irəli gələn hüquqlarının təminat altına alınmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qarşılıqlı iddiasını girov qoyulmuş əmanətin qaytarılmasının qanunsuz olması ilə əsaslandırsa da, iddia ərizəsində xx.xx.2017-ci il tarixli, 1-03/17 saylı kredit və girov müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Yəni iddia tələbinin əsaslandığı hallarla iddia tələbi arasında uyğunsuzluq vardır. Həmçinin qeyd olunmalıdır ki, qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, İddiaçı ASC girov qoyulmuş əmanəti girov qoyanın ərizəsi əsasında geri qaytarmaqla faktiki olaraq müqavilənin girovla bağlı hissəsinə xitam verilmişdir. Yəni girov predmeti girov qoyanla girov saxlayanın qarşılıqlı razılığı əsasında geri qaytarılmaqla girov qoyanın girov saxlayan qarşısında öhdəliklərinə xitam verilmişdir. Buna görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)- 177/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar