Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4287/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1114/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərə görə Cavabdeh1 1.539.000 (bir milyon beş yüz otuz doqquz min) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Salam oğluna ödənilməsi, vurulmuş maddi zərərə görə Cavabdeh2 330.000 (üç yüz otuz min) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Salam oğluna ödənilməsi, iddia qaldırılması üçün ödənilmiş 1.724,50 (min yeddi yüz iyirmi dörd manat 50 qəpik) manat dövlət rüsumunun məhkəmə xərci kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara qarşı qaldırılmış iddia tələblərinin həcminə mütənasib surətdə tutulub İddiaçı Salam oğluna ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1114/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya icraatı zamanı İddiaçı nümayəndəsi və vəkili vəsatətlə müraciət edərək hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsində hakim Vahid Sadıqovun icraatında eyni tərəflər arasında olan mülki işə birləşdirilməsini xahiş etdi. Belə ki, Bakı Apellyasiya Məhkəməsində hakim Vahid Sadıqovun icraatında iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Vəkil1 Xeybər oğluna qarşı avtomobillərin və bağ evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi tələbinə dair 2(103)-3289/2024 saylı mülki iş vardır. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə tərkibi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4287/2024 saylı hazırki mülki işlə və 2(103)-3289/2024 saylı mülki iş bir-biri ilə əlaqələdir və bir-birindən asılıdır. Buna görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və yekun məhkəmə aktı çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 43 və 169.3-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4287/2024 saylı və 2(103)- 3289/2024 saylı mülki işlər bir icraatda birləşdirilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4287/2024 saylı mülki işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4287/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4287/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver