Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4288/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçılar İddiaçı və X1 nümayəndəsi (vəkili) X10, Cavabdehin nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» barədə qarşılıqlı iddiaya dair, həmçinin iddiaçı X1 Cavabdeh2 və Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4291/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında 80000 ABŞ dolları (136000 manat) məbləğində pula dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında 80000 ABŞ dolları (136000 manat) məbləğində pulu almasına dair bağlanılmış və 9 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 3M-1008 nömrəli reyestrdə təsdiq olunmuş kredit (borc) müqaviləsi aldatma nəticəsində bağlanılmış bir müqavilədir. Belə ki, cavabdehin oğlu Elvinin dostu Təhmasiblə alverləri olmuş, Təhmasiblə aralarında pul ilə bağlı mübahisə yaranmış, Cavabdeh2 da oğlu Elvinin dostu Təhmasibin anası ilə və onunla yuxarıda qeyd olunan məbləğdə pulun ona və Təhmasibin anasına borca verilməsinə dair həmin müqavilələri məcburiyyət qarşısında qalaraq, onları notariusa apararaq təsdiq etdirmişdir. Eyni gündə, eyni notariusda, eyni məzmunlu kredit (borc) müqavilələrinin bağlanması, həmin müqavilələrin uydurma, yalançı bir əqd olmasını təsdiq edir. Həmin müqavilələr təsdiq olunarkən müqavilədə göstərilən pul məbləğləri də notariusun depozit hesabına qoyulmamışdır. Necə da bilər ki, bir gündə, eyni saatda Cavabdeh2 80000 ABŞ dolları (136000 manat) məbləğində olan pulu tanımadıqları iki qadına borc verir, bu xüsusat da bağlanmış müqavilənin saxta, yalançı və uydurma olmasını bir daha təsdiq edir. Əslində nə müqavilə bağlanmazdan öncə, nə də müqavilə bağlanan zaman və ondan sonra Cavabdeh2 ona kredit müqaviləsində göstərilmiş pul məbləğini verməmişdir. Müqavilədə pulun alınmasına dair etdiyi qeyd notariusun təkidi ilə yazılmışdır. Mübahisələndirilən kredit müqaviləs digər müqaviləni (niyyətləri) pərdələmək məqsədi ilə bağlanmışdır. Kredit müqaviləsinin mülki qanunvericilinin tələblərinə uyğun olması üçün, predmeti olan pul məbləği mütləq şəkildə və əsas şərtolaraq qarşı tərəfə verilməlidir. Lakin, Cavabdeh2 müqavilədə göstərilmiş pul məbləğini əslində ona verməmişdir və bununla da kredit müqaviləsi mülki qanunvericiliyin tələbləri ilə müəyyənləşdirilmiş qaydada bağlanmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» barədə qarşılıqlı iddia verərək (iddianın dəyişdirilmiş formasında), cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməli olan 80000 ABŞ dolları məbləğində vəsaitin və həmin vəsaitin vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi faiz uçot dərəcəsinə uyğun olaraq 8 faiz üzrə 6400 ABŞ dollarının, cəmi 86400 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan görə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında Bakı şəhəri 9 saylı notariat kontorunda xx xxxxxx 2017-ci il tarixdə 3M-1008 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 80000 ABŞ dolları (136000 manat) məbləğində vəsait notariusun hüzurunda İddiaçı verilmişdir. Bildirmək istəyir ki, o, İddiaçı əvvəllər aralarında işgüzar münasibətlər olan Təhmasib Məmmədovun anası kimi tanımışdır. Belə ki, Təhmasib Məmmədov əvvəllər dəfələrlə ondan borc pul götürüb X8 şəhərində meyvə tərəvəz işi ilə məşğul olurdu. Sonuncu dəfə də 100000 ABŞ dolları məbləğində ondan borc almışdır. Lakin həmin məbləği qaytarmaqda çətinlik çəkirdi. Əlavə olaraq da ondan 160000 ABŞ dolları borc istəyirdi. O, bildirmişdi ki, Moskva şəhərində böyük bir Market şəbəkəsi ilə müqavilə bağlayıb və oranın bütün meyvə-tərəvəzlə təchizatı ona verilib. Əgər ona istədiyi məbləği versə, 1 il ərzində bütün borclarını artıqlaması ilə ona qaytaracaq. Lakin ona istədiyi məbləği verə bilməyəcəyini bildirmişdir. Bir müddət sonra Təhmasib Məmmədov ona növbəti dəfə zəng edərək görüşə çağırmışdır. Onunla görüşəndə yanında bir xanım da var idi. Sonradan bilmişdir ki, bu xanım Təhmasibin anası İddiaçıdır. Rəna xanım orda ondan xahiş etdi ki, oğlunun külli miqdarda borcları var, istədiyi pulu anası kimi ona borc olaraq versin. Əgər lazımdırsa notariat kontorunda onunla bir müqavilə də bağlaya bilərlər. O, söhbətdən sonra bu barədə fikirləşəcəyini demişdir. Bir həftə sonra Təhmasib Məmmədov yenə ona zəng vuraraq israrla bildirmişdir ki, o pulu borc olaraq ona versin. Həmçinin bildirmişdir ki, o pulları anası ilə və bibisi ilə bağlanacaq müqavilə əsasında versin. Onların adlarında daşınmaz əmlak var, lazımdırsa onları da girov qoyacaqlar. Bir müddətdən sonra o, Təhmasib Məmmədovla razılaşmış və xx xxxxxx 2017-ci il tarixdə 9 saylı notariat kontorunda görüşmüşlər. Həmin vaxt Təhmasib Məmmədovun yanında anası İddiaçı və xalası kimi təqdim etdiyi X4 var imiş. Onunla ayrı- ayrılıqda İddiaçı və Minayə Məmmədova arasında kredit müqaviləsi bağlandı və o, notarisun hüzurunda ayrı-ayrılıqda İddiaçı və Minayə Məmmədovaya ayrı-ayrılıqda 80000 ABŞ dollarını, ümumilikdə 160000 ABŞ dolları məbləğində pulu vermişdir. Həmin müqavilələr üzrə İddiaçı və Minayə Məmmədova alınan pulu xx.xx.2017-ci il tarixədək qaytarılması öhdəliyini öz üzərilərinə götürdülər. Lakin xx.xx.2017-ci il tarixdə o, borcun qaytarılması ilə bağlı Təhmasib Məmmədovla əlaqə saxlasa da o, Moskva şəhərində olduğunu bildirdi və tez bir zamanda borcu qaytaracağını bildirdi. Lakin hazırki günədək sözügedən borc məbləği ona qaytarılmır. Qeyd edilənlərə əsasən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı, iddiaçı X4 Cavabdeh2 və Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında 80000 ABŞ dolları (136000 manat) məbləğində pulu almasına dair 3M-1007 nömrəli reyestrdə təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında bağlanılmış və Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 80000 ABŞ dolları (136000 manat) məbləğində pulu almasına dair 3M-1007 nömrəli reyestrdə təsdiq olunmuş kredit (borc) müqaviləsi aldatma nəticəsində bağlanılmış bir müqavilədir. Belə ki, Cavabdeh2 oğlu Təhmasiblə alverləri olmuş, Təhmasiblə aralarında pul ilə bağlı mübahisə yaranmış, Cavabdeh2 da oğlu Təhmasiblə deyil, onunla yuxarıda qeyd olunan məbləğdə pulun ona borca verilməsinə dair həmin müqaviləni zorla onu notariusa apararaq təsdiq etdirmişdir. Bundan başqa, Cavabdeh2 eyni gündə, eyni notariusda ondan savayı digər şəxs İddiaçı ilə də eyni məzmunlu kredit (borc) müqaviləsi bağlamışdır, həmin müqavilə də yalançı, uydurma əqddir. Həmin müqavilələr təsdiq olunarkən müqavilədə göstərilən pul məbləğləri də notariusun depozit hesabına qoyulmamışdır. Bir gündə, eyni saatda Cavabdeh2 80000 ABŞ dolları (136000 manat) məbləğində olan pulu tanımadıqları iki qadına borc verir, bu xüsusat da bağlanmış müqavilənin saxta, yalançı və uydurma olmasını bir daha təsdiq edir. Əslində nə müqavilə bağlanmazdan öncə, nə də müqavilə bağlanan zaman və ondan sonra Cavabdeh2 ona kredit müqaviləsində göstərilmiş pul məbləğini verməmişdir. Müqavilədə pulun alınmasına dair etdiyi qeyd notariusun təkidi ilə yazılmışdır. Mübahisələndirilən kredit müqaviləs digər müqaviləni (niyyətləri) pərdələmək məqsədi ilə bağlanmışdır. Kredit müqaviləsinin mülki qanunvericilinin tələblərinə uyğun olması üçün, predmeti olan pul məbləği mütləq şəkildə və əsas şər olaraq qarşı tərəfə verilməlidir. Lakin Cavabdeh2 müqavilədə göstərilmiş pul məbləğini əslində ona verməmişdir və bununla da kredit müqaviləsi mülki qanunvericiliyin tələbləri ilə müəyyənləşdirilmiş qaydada bağlanmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4292/2019 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh2 və Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair 2(005)-4292/2019 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair 2(005)- 4291/2019 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4291/2019 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev)İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair, həmçinin iddiaçı X1 Cavabdeh2 və Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddialar təmin olunmamış, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 80000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət olunmuşdur. İddiaçılar birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini iddia ərizələrində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, əqdlərin etibarsız olması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisələndirilən borc müqaviləsi üzrə 80000 ABŞ dolları məbləğində pulu tutmaqda da haqlı olmamışdır. Çünki, həmin borc müqaviləsi üzrə notarius tərəfindən icra qeydi verilmiş və hazırda icra sənədi icradadır. Belə olan halda isə, 80000 ABŞ dolları pulun tutulması barədə iddia qaldırılması yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını,birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki,Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29iyul 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən,yəni qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv olunaraq,iş üzrə icraata həmin hissədə xitam verildiyindən hazırda apellyasiya şikayətinə qətnamənin qalan hissələri üzrə (İddiaçı və iddiaçı X1 iddia tələbləri üzrə)hüquqi qiymət verilir. Belə ki, işdə olan Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-1008 nömrə ilə qeyd edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 80000 ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 136000 (bir yüz otuz altı min) manat məbləğində pul borc verir. Borc alan xx.xx.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-1007 nömrə ilə qeyd edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh2 borc alan X2 80000 (səksən min) ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 136000 (bir yüz otuz altı min) manat məbləğində pul borc verir. Borc alan xx.xx.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçılar qeyd edlən əqdlərin etibarsızlığının əsasları kimi – borc müqaviləsinin zor gücünə və aldatma nəticəsində bağlanmasını, iddiaçıya borclarının olmamasını göstərmişlər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallara əsasən Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-1008 nömrə ilə qeyd edilmiş xx xxxxxx 2017-ci il tarixli və reyestrdə 3M-1007 nömrə ilə qeyd edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqavilələrinə əsasən borc verən Cavabdeh2 müvafiq olaraq hər birinə ayrı-ayırılıqda 80.000 (səksən min) ABŞ dolları olmaqla İddiaçı və X2 borc pul vermişdir. Qeyd olunan kredit müqavilələrinin şərtlərinə əsasən borc alanlar İddiaçı və X4 borc məbləğini xx.xx.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 X16 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 2764 və 2765 nömrəli cavab məktublarına əsasən müvafiq kredit müqavilələri üzrə borc depozit hesabı vasitəsilə deyil, borc verənlə borc alanlar arasında hesablaşma vasitəsilə rəsmiləşmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, əqdlərin etibarsızlığına səbəb ola biləcək halların müəyyən olunmamasına, iddiaçıların bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməməsinə, eyni zamanda iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM)390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən)pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan)isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci mad.) MM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki,əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşdə olan sübutlardan aydın olur ki,kredit (borc)müqavilələri notariat qaydasında təsdiq olunmaqla,əqdin iştirakçıları tərəfindən imzalanmışdır. Əqdin etibarsızlığı dedikdə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan,yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcbur etmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcbur etmə əqdin etibarsızlığına səbəb olur. Məcbur etmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcbur etmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcbur etmə sayılmır. İddiaçı əqdin məcburetmə (zorakılıq) nəticəsində bağlanmasını iddia etsə də,bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda,əqdin almatma yolu ilə bağlanması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Belə ki,MM-in 339.1-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər.Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.Əgər tərəflərdən biri,aşkar edilsəydi,digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa,aldadılmış tərəf əqdi mübahisələndirə bilər.Barəsində suslan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki,digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi,aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Beləliklə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Lakin, bu istiqamətdə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, bu halın mövcudluğunu yalnız izahatla əsaslandırmağa çalışmışlar. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı tərəf sübutetmə yükünü həyata keçirə bilməmiş, bunu formal mülahizələri ilə əsaslandırmağa çalışmışlar. Belə olan halda isə, həmin iddialar tam əsassızdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə də yərləndirilməlidir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırması zamanı sübut edə bilməmiş,tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Bununla yanaşı,məhkəmə kollegiyası hesab edir ki,iddiaçılar əqdin mübahisələndirilməsi üçün iddia müddətini də ötürmüşlər. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşdən göründüyü kimi,borc müqavilələri 24avqust 2017-ciiltarixdəbağlanmışdır və iddiaçılar iddia etdikləri məcburetmə və ya aldatma hərəkətləri ilə bağlı öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün də məhz həmin tarix hesab olunmalıdır (iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir).İddiaçılar isə hazırki tələblərlə məhkəməyə2019-cu ilin sentyabr ayında,yəni02il 01ay sonra müraciətetmiş,bununla da iddiamüddətiötürülmüşdür.Bu halın özü də (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddiaların rədd olunması üçün qanuni əsas təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tən-zimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xü-su-silə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məh-kəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrəx xxxx 2009-cu il tarixli qəra-rın-da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkə-mə-ləri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslan-maq-la qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsi «Novakovic Xorvatiyaya qarşı» iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqan-la-rına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Kon-ven-siyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təd-qim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi pro-sessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkə-məsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələ-binin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxı-mından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılar hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» tələbinə dair qarşılıqlı iddiaya dair, həmçinin iddiaçı X1 Cavabdeh2 və Bakı şəhəri 9 X16nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4291/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4291/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4288/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4288/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver