Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4291/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş hər iki iş üzrə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nаmаzоv İftiхаr Bаyrаm оğlu və оnun еtibаrnаmə üzrə nümаyəndəsi və vəkili Nurəliyеv Rəcəb Rzа оğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsindən birləşdirilmiş hər iki iş üzrə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığourtalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birləşdirilmiş birinci iş üzrə Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh2 MMC arasında bağlanmış 12.06.2012ci il tarixli 171/00/15/12 saylı kredit müqaviləsi üzrə 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində əsas borcun, 98 055,78 (doxsan səkkiz min əlli beş yetmiş səkkiz) manat məbləğində faiz borcunun, ümumilikdə isə 2398055,78 (iki milyon üç yüz doxsan səkkiz min əlli beş manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun; 27.06.2013-cü il tarixli 171/00/21/13 saylı kredit müqaviləsi üzrə 600 000 (altı yüz min) manat məbləğində əsas borcun, 21 956,04 (iyirmi bir min doqquz yüz əlli altı manat dörd qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 621 956,04 (altı yüz min iyirmi bir min doqquz yüz əlli altı sıfır dörd) manat məbləğində borcun; 02.04.2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqaviləsi üzrə 243 686,61 (iki yüz qırx üç min altı yüz səkkən altı manat, altmış bir qəpik) manat məbləğində əsas borcun, 5 901,94 (beş min doqquz yüz bir manat, doxsan dörd qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 249 588,55 (iki yüz qırx doqquz min beş yüz səkkən səkkiz manat əlli beş qəpik) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh4 və Cavabdeh3 tutulması; tutmanın bank qarşısında girovla yüklü edilmiş ekstuder avadanlıqları star EX 1400-1 ədəd, dolayıcı maşınlar-staco FİL və 200 XE-150 ədəd, dairəvi toxuma dəzgahı-Circular- 10 ədəd, montaj qurğusu-Fully Automatic Cobversion Line KON 2002 850/1350-1 ədəd, hidravlik paketləyici press-bale TEC-1 ədəd, ehtiyat hissələri və aşınan detallar-1 ədəd, soyuducu Çillər VHİLLER60 saylı avadanlıqlara yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 413 570 (dörd yüz on üç min beş yüz yetmiş) manat məbləğində müəyyən edilməklə, kredit müqavilələri üzrə tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın boşaldılaraq açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh2 MMC arasında bağlanmış 12 iyun 2012-ci il tarixli kredit verilməsi haqqında 171/00/15/12 saylı müqaviləyə əsasən Bank tərəfindən cəmiyyətə illik 6 (altı) faiz ödənilməsi şərti ilə 60 (altmış) ay müddətinə 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində, 27 iyun 2013-cü il tarixli kredit verilməsi haqqında 171/00/21/13 saylı müqaviləyə əsasən illik 6 (altı) faiz ödənilməsi şərti ilə 84 (səksən dörd) ay müddətinə 600 000 (altı yüz min) manat məbləğində, 02 aprel 2014-cü il tarixli kredit verilməsi haqqında 171/00/26/14 saylı müqaviləyə əsasən isə illik 6 (altı) faiz ödənilməsi şərti ilə 84 (səksən dörd) ay müddətinə 1 365 000 (bir milyon üç yüz altmış beş min) manat məbləğində kreditlər verilmişdir. Qeyd olunan kredit müqavilələri üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evini 30 may 2014-cü il tarixli 001 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa 12 iyun 2012-ci il tarixili 171/00/15/12 saylı kredit müqaviləsi üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 MMC 1 ədəd Ekstuder avadanlıqları star EX 1400; 150 ədəd Dolayıcı maşınlar-staco FİL və 200 XE; 10 ədəd Dairəvi toxuma dəzgahı-Circular; 1 ədəd Montaj Qurğusu-Fully Automatic Cobversion Line KON 2002 850/1350; 1 ədəd Hidravlik Paketləyici press-bale TEC; 1 ədəd Ehtiyyat hissələri və aşman detallar; Soyuducu Çillər VHİLLER60 əmlakları Bank qarşısında girov ilə yüklü etmişdir. Həmçinin öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh4 arasında 26 noyabr 2012ci il tarixli 00 saylı zaminlik müqaviləsi, İsrəfılova Nigar Əmiraslan qızı ilə isə 26 noyabr 2012-ci il tarixli 001 saylı zaminlik müqaviləsinə 02 saylı əlavə bağlanmış, müqaviləyə əsasən Cavabdeh4 və əlavəyə əsasən N.Ə.İsrafılova 12 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdəlik götürmüşlər. Bundan başqa öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə İsrəfılova Nigar Əmiraslan qızı və Cavabdeh4 Bayraı oğlu arasında 27 iyun 2013-cü il tarixli 171/00/21/13 saylı, habelə 02 aprel 2014-cü il tarixli 171/00/26/14 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən adı çəkilən şəxslər müvafiq olaraq 27 iyun 2013-cü il tarixli 171/00/21/13 saylı və 02 aprel 2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin borclu şəxs, hazırkı iş üzrə cavabdeh öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 12 iyun 2012-ci il tarixli 171/00/15/12 saylı kredit müqaviləsi üzrə Banka 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində əsas borc, 98 055,78 (doxsan səkkiz min əlli beş. 78) manat məbləğində faiz borcu, ümumilikdə isə 2398 055,78 (iki milyon üç yüz doxsan səkkiz min əlli beş. 78) manat məbləğində borcu; 27 iyun 2013-cü il tarixili 171/00/21/13 saylı kredit müqaviləsi üzrə 600 000 (altı yüz min) manat məbləğində əsas borc, 21 956,04 (iyirmi bir min doqquz yüz əlli altı. 04) manat məbləğində faiz borcu, ümumilikdə isə 621 956,04 (altı yüz iyirmi bir min doqquz yüz əlli altı. 04) manat məbləğində borcu; 02 aprel 2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqaviləsi üzrə 243686,61 (iki yüz qırx üç min altı yüz səksən altı. 61) manat məbləğində əsas borc, 5901,94 (beş min doqquz yüz bir. 94) manat məbləğində faiz borcu, ümumilikdə isə 249 588,55 (iki yüz qırx doqquz min beş yüz səksən səkkiz. 55) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirmədiyindən Bankın (ipoteka saxlayanın) ipoteka predmetinə tutma yönəltmək hüquqi vardır. Cavabdeh4 isə QSC "xxxx" Kommersiya Bankına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilərək 12.06.2012-ci il tarixli 171/00/15/12 saylı, 27.06.2013-cü il tarixli 171/00/21/13 saylı və 02.04.2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqavilələri üzrə onun kredit borcu öhdəliklərinin ləğv edilməsi, ekstuder avadanlıqları star EX 1400-1 ədəd, dolayıcı maşınlar-staco FİL və 200 XE-150 ədəd, dairəvi toxuma dəzgahı-Circular-10 ədəd, montaj qurğusu-Fully Automatic Cobversion Line KON 2002 850/1350-1 ədəd, Hidravlik paketləyici press-bale TEC-1 ədəd, ehtiyat hissələri və aşınan detallar-1 ədəd, soyuducu Çillər VHİLLER60 saylı avadanlıqları, eləcə də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evi barədə ipoteka müqavilələrinin ləğv edilməsi, həmin avadanlıqların və evin ipoteka yüklülüyündən azad edilərək onların ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan QSC "xxxx" KB-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Bankın təşəbbüsü və təkidi ilə 19.02.2015-ci il tarixdə müəyyən şərtlərlə ilk iddia tələbinin predmeti olan kredit də daxil olmaqla Cavabdeh2 MMC-nin, onun və Zeynalabdin Elçin Mirzə oğlunun QSC "xxxx" KB-dan götürdükləri kredit borcları üzrə qalıqların ləğv edilməsi barədə Bank, Eldarov Sahib Mövlud oğlu, Cavabdeh2 MMC-nin direktoru və həm də ayrıca fiziki şəxs kimi onun arasında müqavilə imzalanmış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 MMC-nin yuxarıda qeyd olunan kredit müqavilələri üzrə pul vəsaitlərini hissə-hissə 19.02.2018-ci il tarixinədək Banka ödəməsi, onun Cavabdeh2 MMC-də olan 100 % təsis payını həmin Müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirməsi, həmin payın Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirilməsindən sonra MMC-yə yeni direktor təyin olunması, həmin payın Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirilməsindən sonra sonuncunun Cavabdeh2 MMC-nin mənfəətindən 10% məbləğində pul vəsaitini Cavabdeh4 ödəməsi, həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borcların 3 il ərzində hissə-hissə MMC tərəfindən ödənilməsi, həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə Bank qarşısında yaranmış olan borcların həmin Müqavilənin tarixindən etibarən 3 il müddətinə silinməsi, müəssisənin təsisçiliyi ona (Cavabdeh4) geri qaytarılması və s. razılaşdırılmışdır. Həmin Müqavilə üzrə üzərinə düşən tələb və öhdəliklərə tam əməl olunmuşdur. Belə ki, həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh2 MMC-nin 100% ona məxsus olan təsisçilik payını Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirmiş, MMC-yə yeni direktor təyin edilmiş və MMC-yə rəhbərlik yeni təsisçi və direktor tərəfindən həyata keçirilməyə başlanmışdır. Lakin tərəflər müqavilə tələblərinə əməl etməmişlər, yəni nə Bank həmin Müqavilənin 1.16-cı bəndinə əsasən onu kredit borclarının ödənilməsindən azad etmiş, nə də Eldarov Sahib Mövlud oğlu həmin Müqavilənin 1.8-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin mənfəətindən 10% pul vəsaitini hesabına ödəməmişdir. Bundan əlavə, 19.02.2018-ci il tarixli Müqavilənin 1.2-ci və 2.1-ci bəndlərinə əsasən həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borcların hissə-hissə ödənilməsi öhdəliyini Cavabdeh2 MMC öz üzərinə götürmüşdür. Yəni, ilk iddia tələbinin predmeti olan kredit borcu artıq onun tərəfindən deyil, Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Xüsusilə vurğulayır ki, hətta Cavabdeh2 MMC tərəfindən sözügedən mübahisə üzrə kredit borcunu ödəməsə belə, həmin borcun ödənilməsi ona aid edilə bilməz. Belə ki, həmin Müqavilənin 1.16-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və Cavabdeh2 MMC-nin Kreditor qarşısındakı digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində ödənilmədikdə Cavabdeh4 və Zeynalabdin Elçin Mirzə oğlu bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə Kreditor onlara qarşı tələb irəli sürə bilməz. Həmin Müqavilənin imzalandığı gündən, yəni 19.02.2015-ci il tarixindən 3 ildən də artıq müddət keçmiş, eləcə də yaranmış borcların hissə-hissə ödənilməsi öhdəliyini Cavabdeh2 MMC öz üzərinə götürmüşdür. Bundan əlavə, 02.04.2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqaviləsi üzrə əsas borc tərəfindən tamamilə ödənilmişdir ki, bu da bank qəbzləri ilə sübut edilir. Göründüyü kimi, yəni 19.02.2015-ci il tarixli Müqavilənin imzalandığı gündən, yəni 19.02.2015-ci il tarixindən 3 ildən də artıq müddət keçmişdir. Odur ki, bu müddətin keçməsi ilə əlaqədar həmin Müqavilənin 1.16-cı bəndinin tələbinə əsasən, eləcə də 02.04.2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqaviləsi üzrə əsas borc tərəfindən tamamilə ödənildiyi üçün ilk iddiaçının tələbləri təmin edilə bilməz. Eləcə də, onun Banka hər hansı bir borcu qalmadığı üçün Bank qarşısında ipoteka ilə yüklü edilmiş star EX 1400-1 ədəd, dolayıcı maşınlarstaco FİL və 200 XE-150 ədəd, dairəvi toxuma dəzgahı-Circular- 10 ədəd, montaj qurğusu- Fully Automatic Cobversion Line KON 2002 850/1350-1 ədəd, Hidravlik paketləyici pressbale TEC-1 ədəd, ehtiyat hissələri və aşınan detallar-1 ədəd, siyuducu Çillər VHİLLER60 saylı avadanlıqları və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 ətaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evi də ipoteka yüklülüyündən azad edilməlidir. Sonradan Cavabdeh1 da QSC "xxxx" Kommersiya Bankına qarşı qarşılıqlı iddia tələbləri irəli sürərək, ilk iddianın təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evinə dair 30 may 2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi də Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin olunmaması, Cavabdeh4 QSC "xxxx" Kommersiya Bankına qarşı qarşılıqlı iddia tələbinin qismən, Cavabdeh1 qarşılıqlı tələbinin isə tam təmin edilərək 12.06.2012-ci il tarixli 171/00/15/12 saylı və 27.06.2013-cü il tarixli 171/00/21/13 saylı kredit müqavilələri üzrə Cavabdeh4 kredit borcu öhdəliklərinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evi barədə 30.05.2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməklə sözügedən evin ipoteka yüklülüyündən azad olunması, Cavabdeh4 qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığourtalanması Fondu apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu və düzgün tətbiq edilmədiyi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyi, nəticənin işin hallarına uyğun gəlmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-659/2020 saylı, 28.01.2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4461/2019 saylı iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-659/2020 nömrəli iş üzrə 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilkin iddianın Cavabdeh2 MMC-dən borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi hissəsinin rədd edilməsi, 12.06.2012ci il tarixli və 27.06.2013-cü il tarixli kredit müqavilələri üzrə zamin Cavabdeh4 borcun tutulmasının rədd edilməsi və onun həmin müqavilələr üzrə kredit öhdəliklərinə xitam verilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birləşdirilmiş ikinci iş üzrə iddiаçı Ləğv prosesində olan QSC “Bank Standart” KB cаvаbdеhlər Cavabdeh2 MMC-yə, Cavabdeh4 və İsrafilova Nigar Əmiraslan qızına qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair» iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək göstərmişdir ki, 11 fevral 2015-ci il tarixində Cavabdeh2 MMC (Cavabdeh4 şəxsində) QSC “Bank Standart” KB-a ərizə ilə müraciət edərək, ona 331 500 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir.Bank ilə cavabdeh arasında 19 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında 170/00/3582/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 331 500 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İsrafilova Nigar Əmiraslan qızı 19 fevral 2015-ci il tarixli 170/00/3582/15 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 15 fevral 2018-ci il tarixinə Banka 331 500 ABŞ dollar (üç yüz otuz bir min beş yüz) məbləğində əsas borc, 45 820.67 (qırx beş min səkkiz iyirmi ABŞ dolları 67 sent) məbləğində faiz borcu, 1104,96 ABŞ dolları (bir min bir yüz dörd ABŞ dolları 96 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz, ümumilikdə isə 378 425,63 ABŞ dolları (üç yüz yetmiş səkkiz min dörd yüz iyirmi beş ABŞ dolları 63 sent) məbləğində borcu qalmışdır. İddiаçı yuxarıda göstərilənləri və AR MPM-nin 275-278-ci maddələrinin tələblərini rəhbər tutaraq cаvаbdеhlər Cavabdeh2 MMC, Cavabdeh4 və İsrafilova Nigar Əmiraslan qızındаn müştərək qaydada 331 500 ABŞ dollar (üç yüz otuz bir min beş yüz) məbləğində əsas borc, 45 820.67 (qırx beş min səkkiz iyirmi ABŞ dolları 67 sent) məbləğində faiz borcu,1 104,96 ABŞ dolları (bir min bir yüz dörd ABŞ dolları 96 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz, ümumilikdə isə 378 425,63 ABŞ dolları (üç yüz yetmiş səkkiz min dörd yüz iyirmi beş ABŞ dolları 63 sent) məbləğində pulun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bахışı zаmаnı qаrşılıqlı iddiа üzrə iddiаçı Nаmаzоv İftiхаr Bаyrаm оğlu qаrşılıqlı iddа üzrə cаvаbdеh Ləğv prоsеsində оlаn QSC "xxxx" KB-yə qаrşı «müqаvilə üzrə öhdəliyin ləğv еdilməsi bаrədə» qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək göstərmişdir ki, ilkin iddiа əsаssızdır. Bеlə ki, ilkin iddiа üzrə iddiаçı, qаrşılıqlı iddiа üzrə cаvаbdеhin təşəbbüsü və təkidi ilə 19.02.2015-ci il tаriхində müəyyən şərtlərlə ilk iddiа tələbinin prеdmеti оlаn krеdit dахil оlmаqlа "xxxx" MMC-nin, оnun və Zеynаlаbdin Еlçin Mirzə оğlunun QSC "xxxx" Kоmmеrsiyа Bаnkındаn götürdükləri krеdit bоrclаrı üzrə qаlıqlаrın ləğv еdilməsi bаrədə QSC "xxxx" Kоmmеrsiyа Bаnkı, Еldаrоv Sаhib Mövlüd оğlu, Rаmаnа MMC-nin dirеktоru və həm аyrıcа fiziki şəхs kimi оnun аdınа müqаvilə imzаlаnmışdır. Qаrşılıqlı iddiа üzrə iddiаçı göstərmişdir ki, həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC yuxarıda qeyd olunan kredit müqavilələri üzrə pul vəsaitlərini, o cümlədən də 19.02.2015-ci il tarixli,170/00/3582/15 saylı kredit müqaviləsi üzrə 331.500 ABŞ dollarını hissə-hissə 19.02.2018-ci il tarixinədək QSC "xxxx" Kommersiya Bankına ödəməli, о, "xxxx" MMC-də оnа məxsus olan 100 % təsis payını həmin müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirməli, həmin pay Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirildikdən sonra "xxxx" MMC-yə yeni direktor təyin olunmalı, həmin pay Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirildikdən sonra Eldarov Sahib Mövlud oğlu "xxxx" MMC-nin mənfəətindən 10% məbləğində pul vəsaitini оnа ödəməli, həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borclar 3 il ərzində hissə-hissə "xxxx" MMC tərəfindən ödənilməli, həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə QSC "xxxx" Kоmmеrsiyа Bаnkı qаrşısındа yаrаnmış оlаn bоrclаr həmin Müqаvilənin tаriхindən еtibаrən 3 il müddətinə silinməli, müəssisənin təsisçiliyi оnа gеri qаytаrılmаlı idi və sаir.Həmin müqavilə üzrə üzərinə düşən tələb və öhdəliklərə tərəfindən tam əməl olunmuşdur.Belə ki, həmin Müqavilənin 1.3-cü bəndinə əsasən "xxxx" MMC-nin 100% оnа məxsus olan təsisçilik payını Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirmişdir, "xxxx" direktor təyin edilmiş və MMC-yə rəhbərlik yeni təsisçi və direktor tərəfindən həyata keçirilmişdir.Lakin həmin Müqavilə üzrə tərəflər müqavilə tələblərinə əməl etməmişdirlər, yəni nə QSC "xxxx" Kommersiya Bankı həmin Müqavilənin 1.16-cı bəndinə əsasən оnu kredi borclarının ödənilməsindən azad etməmiş, nə də Eldarov Sahib Mövlud oğlu həmin Müqavilənin 1.8-ci bəndinə əsasən "xxxx" MMC-nin mənfəətindən 10% pul vəsaiti оnun hesabınа ödəməmişdir. Qаrşlıqlı iddiа üzrə iddiаçı göstərmişdir ki, bundan əlavə,19.02.2018-ci il tarixli müqavilənin 1.2-ci və 2.1-ci bəndlərinə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borcların hissəhissə ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Yəni, ilk iddia tələbinin predmeti olan kredit borcu artıq оnun tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənilməlidir. Bundаn bаşqа, hətta "xxxx" MMC tərəfindən sözügedən mübahisə üzrə kredit borcu ödənməsə belə, həmin borcun ödənilməsi оnа aid deyil.Belə ki, həmin Müqavilənin 1.16-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və "xxxx" MMC-nin Kreditor qarşısındakı digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində ödənilmədikdə Cavabdeh4 və Zeynalabdin Elçin Mirzə oğlu bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin Bakı ş., C.Xəndan küç., məh.3066, ev 40A, mən. 89 ipoteka yüklülüyündən azad edilir. Həmin Müqavilənin imzalandığı gündən, yəni 19.02.2015-ci il tarixindən 3 ildən də artıq müddət keçmişdir.Odur ki, bu müddətin keçməsi, eləcə də yaranmış borcların hissə-hissə ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürməsi səbəbindən və həmin Müqavilənin 1.16-cı bəndinin tələbinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin Müqavilədə nəzərdə tutulmuş оnun borcları üzrə, o cümlədən də 20.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə оnа qarşı tələb irəli sürə bilməz. Bеlə ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Bunа görə də, qаrşılıqlı iddiа üzrə iddiаçı hеsаb еdir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, ilk iddia qanunsuz və əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Qаrşılqlı iddiа üzrə iddiаçı Nаmаzоv İftiхаr Bаyrаm оğlu yuхаrıdа göstərilənləri MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq ilkin iddiа tələbinin təmin оlunmаyаrаq rədd еdilməsi, qаrşılıqlı iddiа tələbinin təmin еdilərək оnun 19.02.2015-ci il tаriхli, 170/00/3582/15 sаylı krеdit müqаviləsi üzrə krеdit bоrcu öhdəliyinin ləğv еdilməsi və 30 mаnаt dövlət rüsumunun ləğv prоsеsində оlаn QSC "xxxx" KB-dən tutulаrаq оnа ödənilməsi bаrədə qətnаmə çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddiа üzrə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KBnin ilkin iddiа üzrə cаvаbdеhlər Cavabdeh2 MMC-yə, Cavabdeh4 və İsrafilova Nigar Əmiraslan qızına qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair» ilkin iddiа ərizəsinin qismən təmin оlunması, cаvаbdеh Cavabdeh2 MMC-dən 331 500 ABŞ dollar (üç yüz otuz bir min beş yüz) məbləğində əsas borc, 45 820.67 (qırx beş min səkkiz iyirmi ABŞ dolları 67 sent) məbləğində faiz borcu, 1 104,96 ABŞ dolları (bir min bir yüz dörd ABŞ dolları 96 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz, ümumilikdə isə 378 425,63 ABŞ dolları (üç yüz yetmiş səkkiz min dörd yüz iyirmi beş ABŞ dolları 63 sent) məbləğində (еkvivаlеnti ödəniş gününə Mərkəzi Bаnkın kursunа müvаfiq оlаrаq mаnаtlа) pulun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması, ilkin iddiа, cаvаbdеhlər Nаmаzоv İftiхаr Bаyrаm оğlunа və İsrаfilоvа Nigаr Əmirаslаn qızınа münаsibətdə rədd еdilməsi, ilkin iddiа ərizəsi qismən təmin еdildiyindən, ilkin iddiа üzrə iddiаçı “Bаnk Stаndаrt» KB tərəfindən ödənilmiş 30 (оtuz) mаnаt dövlət rüsumunun, 50%-i, yəni 15 (оn bеş) mаnаtı ilkin iddiа üzrə iddiаçının özünə аid еdilməsi, qаlаn 50%-i, yəni 15 (оn bеş) mаnаtı isə ilkin iddiа üzrə cаvаbdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulаrаq ilkin iddiа üzrə iddiаçıyа ödənilməsi, qаrşılıqlı iddiа üzrə iddiаçı Nаmаzоv İftiхаr Bаyrаm оğlunun qаrşılıqlı iddа üzrə cаvаbdеh Ləğv prоsеsində оlаn QSC "xxxx" KB-yə qаrşı «müqаvilə üzrə öhdəliyin ləğv еdilməsi bаrədə» qаrşılıqlı iddiа ərizəsinin təmin оlunması, 19.02.2015-ci il tаriхli, 170/00/3582/15 sаylı krеdit müqаviləsi üzrə Nаmаzоv İftiхаr Bаyrаm оğlunа münаsibətdə öhdəliyə хitаm vеrilməsi, qаrşılıqlı iddiа ərizəsi qismən təmin еdildiyindən, qаrşılıqlı iddiа üzrə iddiаçı Nаmаzоv İftiхаr Bаyrаm оğlu tərəfindən ödənilmiş 30 (оtuz) mаnаt dövlət rüsumunun 50%i, yəni 15 (оn bеş) mаnаtı iddiаçının özünə аid еdilməsi, qаlаn 50%-nin, yəni 15 (оn bеş) mаnаtı isə qаrşlıqlı iddiа üzrə cаvаbdеh Ləğv prоsеsində оlаn QSC "xxxx" KB-dən tutulаrаq qаrşılıqlı iddiа üzrə iddiаçı Nаmаzоv İftiхаr Bаyrаm оğlunа ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığourtalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, bankın iddia tələblərinin tam təmin edilməsinə və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində 19 fevral 2015-ci il tarixli müqaviləyə istinad edərək belə nəticəyə gəlir ki, həm ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğundan, həmdə 19 fevral 2015-ci il tarixdə müqavilənin 1.16-cı bəndinə əsasən müddət başa çatdığından Cavabdeh4 kredit borclarının ödənilməsidən azad olunması, nəzərdə tutulduğuna görə ilkin iddia rədd edilməli, cavabdehin kredit borcu öhdəliyinin ləğv edilməsi hissəsində təmin olunmalıdır. Halbu ki, 19 fevral 2018-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “pul vəsaitini hissə-hissə 19.02.2018-ci il tarixinədək “Kreditor”a ödəlilməsini öz öhdəsinə götürür (Cavabdeh2 MMC), ödəniş tam başa çatdığı təqdirdə isə “Kreditor” qeyd edilən borcalanlara qarşı əlavə tələb irəli sürməməsini öz öhdəsinə götürür.” Lakin iş materiallarından göründüyü kimi, 19 fevral 2018-ci il tarixli müqavilə üzrə, Cavabdeh2 MMC üzrərinə götürdüyü öhtəlikləri yerinə yetirməmişdir. Və həmin müqavilə üzrə qarşılıqlı iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda müqavilənin şərtləri acıqaydın icra olunmamış hesab edilməlidir. Bununla da Bankın iddia tələbi hüququ həmin kredit müqaviləsi üzrə qalmışdır. Bundan başqa, Binəqədi Rayon Məhkəməsi digər cavabdeh İsrafilova Nigar Əmiraslan qızı hissəsində bankın tələbini təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 29 yanvar 2020-ci il tarixli, 30464 saylı rəyi iş üzrə cavabdehə qarşı tələblərin rədd edilməsinə əsasdır. Halbuki, xətşünaslıq ekspertizasının qarşısında qoyulan sual Zaminlik müqaviləsində imza edən qrafası adlanan hissədə imzanın cavabdeh İsrafilova Nigar Əmiraslan qızına aid olub-olmaması ilə bağlı idi. Lakin sözügedən Məhkəmə ekspertiza Mərkəzi məlum rəyi eksperimental imza nümunələri ilə müqayisə edərək qiymətləndirmişdir. Eksperimental imza mümunələri maraqlı şəxsin istədiyinə uyğun müqayisəli imza nümunəsində fərqli şəkildə icra edilə bilir. Məhkəmə ekspertizası yalnız eksperimental imza nümunələrindən deyil həmçinin sərbəst imza nümunələrindən də istifadə etməli idi. Sərbəst imza nümunələrindən istifadə edilməməsi ekspert rəyinin obyektivliyinə böyük şübhə yaradır. Mülki qanunvericiliyin tələblərinə görə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf oz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə sübütlara obyektiv, qərəzsiz və tam hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq qiymət verməlidir. İddiaçının tələbi bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təstiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etməlidir. Bu halda, mülki hüquq münasibətləriiştirakçılarının vicdanlı prezumsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(103)-1244/2021 saylı qərardadı ilə (sədrlik edən hakim Şərafət Məmmədova) ilkin iddia üzrə iddiaçı "xxxx" QSC KB-nın cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4 və İsrafilova Nigar Əmiraslan qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh "xxxx" QSC KB-na qarşı “müqavilə üzrə öhdəliyin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsindən "xxxx" QSC KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiya icraatında olan 2(103)- 1244/21 saylı mülki iş eyni tərəflər arasındakı eyni növlü mülki işlə (2(103)-4291/21 saylı iş) birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş hər iki iş üzrə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nаmаzоv İftiхаr Bаyrаm оğlu və оnun еtibаrnаmə üzrə nümаyəndəsi və vəkili Nurəliyеv Rəcəb Rzа оğlu apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən birləşdirilmiş hər iki iş üzrə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi Quliyev Türhan Ceyhun oğlu apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş birləşdirilmiş hər iki iş üzrə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi və iş üzrə digər tərəflər Cavabdeh2 MMC və İsrafilova Nigar Əmiraslan qızı məhkəmə kollegiyasının iclasına iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan, isə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, birləşdirilmiş ikinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsindən LPO "xxxx" KB QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, birləşdirilmiş birinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinin Cavabdeh2nə münasibətdə rədd edilməsi hissəsində ləğv edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəm kollegiyası iki mülki işin olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk öncə birləşdirilmiş ikinci iş üzrə, daha sonra isə birləşdirilmiş birinci iş üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birləşdirilmiş ikinci iş üzrə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı Rüstəmova Sədaqət Məmməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda birləşdirilmiş ikinci iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin yalnız bankın iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnaməni qeyd edilən hissədə yalnız ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı mübahisələndirmiş, iş üzrə digər tərəflər qətnamənin ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birləşdirilmiş ikinci iş üzrə apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Bеlə ki, iş mаtеriаllаrındа оlаn "xxxx" KB ilə cavabdeh arasında bаğlаnmış 19 fevral 2015-ci il tarixli, kredit verilməsi haqqında 170/00/3582/15 saylı müqaviləyə əsаsən məlum оlur ki, əsasən bank tərəfindən cavabdeh "xxxx" MMC-yə illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 331 500 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş mаtеriаllаrındа оlаn kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bаnklа cаvаbdеh İsrafilova Nigar Əmiraslan qızı аrаsındа bаğlаnmış 19 fevral 2015-ci il tarixli, 170/00/3582/15 saylı zaminlik müqaviləsinə əsаsən məlum оlur ki, zаmin krеdit müqаviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş mаtеriаllаrındа оlаn Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 09 оktyаbr 2019-cu il tаriхli, 10622 sаylı rəyinə əsаsən məlum оlur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş mаtеriаllаrındа оlаn hеsаbdаn çıхаrış məlumаtlаrı və 19.02.2015-ci il tаriхli, 170/00/3582/15 sаylı krеdit müqаviləsinin şərtləri nəzərə аlınmаqlа "xxxx" MMC-nin "xxxx" АSC-nə оlаn bоrcu аşаğıdаkı kimi müəyyən оlunur, 16.04.2018-ci il tаriхə 331 500 АBŞ dоllаrı əsаs krеdit bоrcu, 167 518 АBŞ dоllаrı fаiz bоrcu təşkil еdir. İş mаtеriаllаrındа оlаn Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 29 yаnvаr 2020-ci il tаriхli, 30464 sаylı rəyinə əsаsən məlum оlur ki, еkpеrtizаyа təqdim еdilmiş, mülki işin 16-19-cu vərəqələrində оlаn 19 fеvrаl 2015-ci il tаriхli, 170/00/3582/2015 zаminlik müqаviləsinin 4-cü vərəqəsində «Zаmin» hissəsində «İsrəfilоvа Nigаr Əmirаslаn qızı Tоvuz rаyоnu, Аbulbəyli kəndi» yаzılаrındаn аşаğıdаkı imzа İsrəfilоvа Nigаr Əmirаslаn qızı tərəfindən yох, bаşqа şəхs tərəfindən icrа оlunmuşdur. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuluyyət daşıyırlar. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundаn bаşqа, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın qismən, qаrşılıqlı iddiаnın isə tаm təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Bеlə ki, iş mаtеriаllаrındа оlаn bank ilə cavabdeh arasında bаğlаnmış 19 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında 170/00/3582/15 saylı müqaviləyə əsasən məlum оlur ki, bank tərəfindən cavabdeh "xxxx" MMC-yə illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 331 500 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, iş mаtеriаllаrındа оlаn Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 09 оktyаbr 2019-cu il tаriхli, 10622 sаylı rəyinə əsаsən məlum оlur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş mаtеriаllаrındа оlаn hеsаbdаn çıхаrış məlumаtlаrı və 19.02.2015-ci il tаriхli, 170/00/3582/15 sаylı krеdit müqаviləsinin şərtləri nəzərə аlınmаqlа "xxxx" MMC-nin "xxxx" АSC-nə оlаn bоrcu аşаğıdаkı kimi müəyyən оlunur, 16.04.2018-ci il tаriхə 331 500 АBŞ dоllаrı əsаs krеdit bоrcu, 167 518 АBŞ dоllаrı fаiz bоrcu təşkil еdir. Bundаn bаşqа, iş mаtеriаllаrındа оlаn Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 29 yаnvаr 2020-ci il tаriхli, 30464 sаylı rəyinə əsаsən məlum оlur ki, еkpеrtizаyа təqdim еdilmiş, mülki işin 16-19-cu vərəqələrində оlаn 19 fеvrаl 2015-ci il tаriхli, 170/00/3582/2015 zаminlik ümqаviləsinin 4-cü vərəqəsində «Zаmin» hissəsində «İsrəfilоvа Nigаr Əmirаslаn qızı Tоvuz rаyоnu, Аbulbəyli kəndi» yаzılаrındаn аşаğıdаkı imzа İsrəfilоvа Nigаr Əmirаslаn qızı tərəfindən yох, bаşqа şəхs tərəfindən icrа оlunmuşdur. Bunа görə də, məhkəmə haqlı olaraq hеsаb еtmişdir ki, iddiа qismən təmin оlunmаlı və pul vəsаiti iddiа tələbinə uyğun оlаrаq MPM-nin 218.3-cü mаddəsinin tələbinə əsаsən müqаvilə üzrə öhdəlik dаşımаlı оlаn cаvаbdеh Cavabdeh2 MMC-dən 331 500 ABŞ dollar (üç yüz otuz bir min beş yüz) məbləğində əsas borc, 45 820.67 (qırx beş min səkkiz iyirmi ABŞ dolları 67 sent) məbləğində faiz borcu, 1 104,96 ABŞ dolları (bir min bir yüz dörd ABŞ dolları 96 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz, ümumilikdə isə 378 425,63 ABŞ dolları (üç yüz yetmiş səkkiz min dörd yüz iyirmi beş ABŞ dolları 63 sent) məbləğində pulun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulmаlıdır. Еyni zаmаndа, məhkəmə haqlı olaraq hеsаb еtmişdir ki, еkspеrt rəyinə əsаsən zаminlik müqаviləsindəki imzа İsrаfilоvа Nigаr Əmirаslаn qızınа məхsus оlmаdığı müəyyən оlunduğundаn о, bаnk qаrşısındа hər hаnsı öhdəlik dаşımаmаlıdır. Bunа görə də iddiа cаvаbdеh İsrаfilоvа Nigаr Əmirаslаn qızınа münаsibətdə rədd еdilməlidir. Həmçinin, məhkəmə əsaslı olaraq hеsаb еtmişdir ki, krеdit müqаviləsi Bаnklа Nаmаzоv İftiхаr Bаyrаm оğlu аrаsındа dеyil, "xxxx" MMC аrаsındа bаğlаndığındаn öhdəliyi hüquqi şəхsin dirеktоru оlаn İ.B.Nаmаzоv dеyil, müqаvilə üzrə öhdəliyi dаşımаlı оlаn "xxxx" MMC аdlı hüquqi şəхs dаşımаlı və krеditin fiziki şəхs оlаrаq Nаmаzоv İftiхаr Bаyrаm оğlundаn tutulmаsı hissəsində iddiа rədd оlunmаlıdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, qаrşılıqlı iddiа üzrə iddiаçı Nаmаzоv İftiхаr Bаyrаm оğlunun qаrşılıqlı iddа üzrə cаvаbdеh Ləğv prоsеsində оlаn QSC "xxxx" KB-yə qаrşı «müqаvilə üzrə öhdəliyin ləğv еdilməsi bаrədə» qаrşılıqlı iddiа ərizəsinin təmin оlunmаsı barədə məhkəmənin gəlmiş olduğu nəticə də qanuni və əsaslıdır. Bеlə ki, iş mаtеriаllаrındа оlаn krеdit müqаviləsinə əsаsən məlum оlur ki, krеdit müqаviləsi Bаnklа Nаmаzоv İftiхаr Bаyrаm оğlu аrаsındа dеyil, "xxxx" MMC аrаsındа bаğlаndığındаn öhdəliyi hüquqi şəхsin dirеktоru оlаn İ.B.Nаmаzоv dеyil, müqаvilə üzrə öhdəliyi dаşımаlı оlаn "xxxx" MMC аdlı hüquqi şəхs dаşımаlıdır. Bundаn bаşqа, tərəflər аrаsındа bаğlаnmış 19.02.2018-ci il tarixli Müqavilənin 1.2-ci və 2.1-ci bəndlərinə əsasən həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borcların hissə-hissə ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Yəni, ilk iddia tələbinin predmeti olan kredit borcu artıq оnun tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənilməlidir. Həmçinin, tərəflər аrаsındа bаğlаnmış həmin Müqavilənin 1.16-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və "xxxx" MMC-nin Kreditor qarşısındakı digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində ödənilmədikdə Cavabdeh4 və Zeynalabdin Elçin Mirzə oğlu bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə Kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin Bakı ş., C.Xəndan küç., məh.3066, ev 40A, mən. 89 ipoteka yüklülüyündən azad edilir.Həmin Müqavilənin imzalandığı gündən, yəni 19.02.2015-ci il tarixindən 3 ildən də artıq müddət keçmişdir. Odur ki, bu müddətin keçməsi, eləcə də yaranmış borcların hissə-hissə ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürməsi səbəbindən və həmin Müqavilənin 1.16-cı bəndinin tələbinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin Müqavilədə nəzərdə tutulmuş İ.Nаmаzоvun borcları üzrə, o cümlədən də 20.06.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə İ.Nаmаzоvа qarşı tələb irəli sürə bilməz. Bunа görə də, məhkəmə haqlı olaraq hеsаb еtmişdir ki, ilkin iddiа Nаmаzоv İftiхаr Bаyrаm оğlunа münаsibətdə rədd еdilməli və Nаmаzоv İftiхаr Bаyrаm оğlunun qаrşılıqlı iddiаsı isə təmin оlunmаlıdır. Birləşdirilmiş birinci iş üzrə; Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə almaqla qeyd edir ki, hazırki halda birləşdirilmiş birinci iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddianın Cavabdeh2 MMC-dən borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi hissəsinin rədd edilməsi, 12.06.2012-ci il tarixli və 27.06.2013-cü il tarixli kredit müqavilələri üzrə zamin Cavabdeh4 borcun tutulmasının rədd edilməsi və onun həmin müqavilələr üzrə kredit öhdəliklərinə xitam verilməsi hissələrində ləğv edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-155/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilməklə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası birləşdirilmiş birinci iş üzrə apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bankla Cavabdeh2 MMC arasında bağlanmış 12 iyun 2012-ci il tarixli 171/00/15/12 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 6 faizlə 60 ay müddətinə 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində kredit verilmiş, 26 noyabr 2012-ci il tarixli tarixli 001 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, həmin tarixli 002 nömrəli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh3 Cavabdeh2 MMC-nin öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür; həmçinin 15 mart 2013-cü il tarixli əşyaların girov müqaviləsinə görə, sözügedən kredit müqaviləsinin (həmçinin hazırkı işə aid olmayan başqa kredit müqavilələrinin) təminatı olaraq Cavabdeh2 MMC-yə məxsus istehsal makinaları – 1) Ekstuder avadanlıqları star EX 1400-1 ədəd; 2) Dolayıcı maşınlarstaco FİL və 200 XE-150 ədəd; 3) Dairəvi toxuma dəzgahı-Circular-10 ədəd; 4) Montaj Qurğusu-Fully Automatic Cobversion Line KON 2002 850/1350-1 ədəd; 5) Hidravlik Paketləyici press-bale TEC-1 ədəd; 6) Ehtiyyat hissələri və aşman detallar- 1 ədəd; 7) Soyuducu Çillər VHİLLER60 Bank qarşısında girov ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Bankla Cavabdeh2 MMC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli 171/00/21/13 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 6 faizlə 84 ay müddətinə 600 000 (altı yüz min) manat məbləğində kredit verilmiş, həmin tarixli və eyni nömrəli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh4 və Cavabdeh3 adı çəkilən MMC-nin öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından aydın olur ki, Bankla Cavabdeh2 MMC arasında bağlanmış 02 aprel 2014-cü il tarixli 171/00/26/14 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 6 faizlə 84 ay müddətinə 1 365 000 (bir milyon üç yüz altmış beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, QSC "xxxx" Kommersiya Bankı (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan), Cavabdeh2 MMC (direktor qismində Cavabdeh4 çıxış etmişdir), habelə Cavabdeh4 və Zeynalabdin Elçin Mirzə oğlu arasında bağlanmış 30.05.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Bankla Cavabdeh2 MMC bağlanmış və ilkin iddia tələblərinin faktiki əsasını təşkil edən 12 iyun 2012-ci il tarixli 171/00/15/12 saylı, 27 iyun 2013-cü il tarixli 171/00/21/13 saylı və 02 aprel 2014-cü il tarixli 171/00/26/14 saylı kredit müqavilələri, habelə digər kredit müqaviləri (Bankla Cavabdeh2 MMC bağlanmış 04 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi, Bankla Cavabdeh4 arasında bağlanmış 20 iyun 2008-ci il tarixli ********** saylı, 14 mart 2013-cü il tarixli 100/00/28924/13 saylı və 26 aprel 2013-cü il tarixli 100/00/31197/13 saylı kredit müqavilələri, o cümlədən Bankla Elçin Zeynalabdin arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli 100/00/26559/13 saylı kredit müqaviləsi) üzrə borcalanın öhdəliylərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.07.2019-cu il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" KB QSC-nin 30.05.2014-cü il tarixli müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində istifadədə olan 0,04942 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 155,2 m2 yaşayış, 746,3 m2 köməkçi sahədən ibarət 70/1 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ilkin qeydiyyat aparılmışdır. İş materiallarından həmçinin aydın olur ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 MMC (direktor qismində Cavabdeh4 çıxış etmişdir), habelə Cavabdeh4 və Eldarov Sahib Mövlud oğlu arasında 19.02.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, 12 iyun 2012-ci il və 27 iyun 2013-cü kredit müqavilələri (həmin kredit müqavilələri Bankın iddia tələblərinin faktiki əsasını təşkil edir), o cümlədən digər kredit müqavilələri (Cavabdeh2 MMC ilə bağlanmış 04 dekabr 2007-ci il tarixli ********** saylı və 18.02.2015-ci il tarixli 170/00/3582/15 saylı, Cavabdeh4 ilə bağlanmış 20 iyun 2008-ci il tarixli ********** saylı, 14 mart 2013-cü il tarixli 100/00/28924/13 saylı və 26 aprel 2013-cü il tarixli 100/00/31197/13 saylı kredit müqavilələri, həmçinin Elçin Zeynalabdin ilə bağlanmış 18 yanvar 2013-cü il tarixli 100/00/26559/13 saylı kredit müqaviləsi) üzrə pul vəsaitlərini Cavabdeh2 MMC-nin 3 il ərzində (19.02.2018-ci il tarixinədək) hissə-hissə Banka ödəyəcəyi, həmin müddətdə borcların ödənilməməsi halında isə Cavabdeh4 (həmçinin Zeynalabdin Elçin Mirzə oğlunun) kredit borclarının ödənilməsindən azad olunacaqları, həmin kredit borcları üzrə ona (onlara) qarşı tələb irəli sürülə bilməyəcəyi (1.16-cı bəndə əsasən), manatla verilmiş kredit məbləğləri üzrə faizlərin illik 9,912%, ABŞ dolları ilə olanlara isə 16% məbləğində hesablanacağı (3.2-ci bəndə əsasən) və digər şərtlər nəzərdə tutulmuşdur. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh2 MMC-yə qarşı iddia tələbinin olmadığını göstərdiyi halda qətnamənin nəticə hissəsində Cavabdeh2 MMC-yə münasibətdə iddianın rədd edilməsini qət etmişdir. Göründüyü kimi, bu hissədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət mövcuddur. Apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirmədən saxlamaqla iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində Cavabdeh2 MMC-yə münasibətdə iddianın rədd edilməsini qət etməkdə haqlı olmamışdır. Belə ki, ilkin iddiadan görünür ki, Bankın iddia tələblərinin faktiki əsasını onunla Cavabdeh2 MMC arasında bağlanmış kredit müqavilələri təşkil etsə də, həmin kredit müqavilələri üzrə borcalan qismində adı çəkilən MMC çıxış etdiyi halda, Bank “həmin müqavilələr üzrə yaranmış kredit borcunun tutulması” ilə bağlı iddia tələblərini həmin MMC-yə qarşı deyil, Cavabdeh4 və Cavabdeh3 qarşı irəli sürmüşdür. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi borcun Ramana MMC-yə verilidiyini göstərsə də, ərizənin "xxxx" hissəsində borcun Ramana MMC-dən deyil, yalnız zaminlərdən tutulmasını xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, Ramana MMC aid hissədə hər hansı araşdırma aparılmasına zərurət yoxdur. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında həmçinin qeyd olunmuşdur ki, Cavabdeh4 Ramana MMC-nin direktoru olaraq 19.02.2015-ci il tarixli müqaviləni imzalamaqla mövcud kredit müqavilələrinə edilmiş dəyişikliklərdən məlumatlı olmuş və sonradan buna dair zamin olaraq hər hansı bir etiraz irəli sürməmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamış və nəticədə qeyd edilən hala düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 MMC (direktor qismində Cavabdeh4 çıxış etmişdir), habelə Cavabdeh4 və Eldarov Sahib Mövlud oğlu arasında 19.02.2015-ci il tarixdə bağlanmış müqavilənin 1.16-cı bəndinə düzgün hüquqi qiymət verməyərək Cavabdeh4 mübahisə predmeti olan kredit müqavilələri üzrə öhdəliklərinə xitam vermişdir. Halbuki, 19.02.2015-ci il tarixli müqavilənin 1.16-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və Cavabdeh2 MMC-nin Kreditor (Bank) qarşısında olan digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində ödənilmədikdə Cavabdeh4 və Zeynalabdin Elçin Mirzə oğlu bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə Kreditor onlara qarşı tələb irəli sürə bilməz. Maddənin məzmunundan göründüyü kimi burada 12.06.2012-ci il tarixli və 27.06.2013-cü il tarixli kredit müqavilələri Cavabdeh4 zaminliyinə xitam verilməsi deyil, Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış başqa kredit müqavilələri üzrə borcların ödənilməsi öhdəliyinə xitam verilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmış ki, Bankla Cavabdeh2 MMC arasında bağlanmış 12 iyun 2012-ci il tarixli 171/00/15/12 nömrəli və 27 iyun 2013cü il tarixli 171/00/21/13 nömrəli kredit müqavilələri üzrə yaranmış kredit borcunun adı çəkilən şəxslərdən (zaminlərdən) tutulması hissəsində də ilkin iddia tələbi əsaslı deyildir; belə ki, yuxarıda da göstərildiyi kimi bankla Cavabdeh2 MMC (direktor qismində Cavabdeh4 çıxış etmişdir), habelə Cavabdeh4 və Eldarov Sahib Mövlud oğlu arasında 19.02.2015-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən digər kredit müqavilələri ilə yanaşı Bankın ilkin iddia tələblərinin faktiki əsasını təşkil edən 12 iyun 2012-ci il və 27 iyun 2013-cü kredit müqavilələri üzrə pul vəsaitlərini də məhz Cavabdeh2 MMC-nin 3 il ərzində (19.02.2018-ci il tarixinədək) hissə-hissə Banka ödəyəcəyi, həmin müddətdə borcların ödənilməməsi halında isə Cavabdeh4 (həmçinin Zeynalabdin Elçin Mirzə oğlunun) kredit borclarının ödənilməsindən azad olunacaqları, həmin kredit borcları üzrə ona (onlara) qarşı tələb irəli sürülə bilməyəcəyi (1.16-cı bəndə əsasən), manatla verilmiş kredit məbləğləri üzrə faizlərin illik 9,912%, ABŞ dolları ilə olanlara isə 16% məbləğində hesablanacağı (3.2-ci bəndə əsasən) və digər şərtlər nəzərdə tutulmuşdur. Göründüyü kimi, bankın ilkin iddia tələblərinin hüquqi əsasını təşkil edən 12 iyun 2012-ci il və 27 iyun 2013-cü il tarixli kredit müqavilələri əsasında verilmiş kreditin müddəti, habelə onun məbləğləri üzrə faiz dərəcələri və s. ilə bağlı bir sıra dəyişikliklər edilmiş, bununla belə Cavabdeh4 və Cavabdeh3 buna dair razılıqları alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iddiaçıların və birinci instansiya məhkəməsinin istinad etdikləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. ...Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir”. Birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq bununla bağlı əlavə əsaslandırma aparmağı zəruri hesab etməyən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Cavabdeh4 həm Cavabdeh2 MMC-nin direktoru və həm də ayrıca fiziki şəxs kimi 19.02.2015-ci il tarixli həmin müqaviləyə imza etsə də, qeyd edilən xüsusat onun həmin müqaviləyə məhz zamin qismində razılıq vermiş olduğu qənaətinə gəlməyə əsas vermir. Çünki sözügedən müqavilədən görünür ki, Cavabdeh4 öz adına da bir sıra kredit müqavilələri mövcud olmuş, həmin kredit müqavilələri də 19.02.2015-ci il tarixli müqavilənin predmetini təşkil etmişdir. Bu mənada kollegiya ağlabatan mühakimə əsasında belə qənaətə gəlir ki, Cavabdeh4 ayrıca fiziki şəxs kimi həmin müqaviləyə imza etməsi zamin qismində buna dair razılıq vermək niyyəti ilə deyil, onun öz şəxsi adına digər kredit müqavilələri ilə bağlı müvafiq şərtlərə razılıq vermək niyyəti ilə olmuşdur. Belə ki, həmin müqavilənin 1.16-cı bəndi də bu qənaətə gəlməyə əsas verir. Həmin bəndə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və Cavabdeh2 MMC-nin Kreditor (Bank) qarşısında olan digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində ödənilmədikdə Cavabdeh4 və Zeynalabdin Elçin Mirzə oğlu bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə Kreditor onlara qarşı tələb irəli sürə bilməz. Şərh edilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, bankın iddiasının faktiki əsası kimi istinad etdiyi 12 iyun 2012-ci il tarixli 171/00/15/12 nömrəli və 27 iyun 2013-cü il tarixli 171/00/21/13 nömrəli kredit müqavilələri üzrə də Cavabdeh4 zamin qismində məsuliyyət daşıya bilməz. Bu həmçinin o deməkdir ki, Cavabdeh4 12.06.2012-ci il tarixli 171/00/15/12 saylı və 27.06.2013-cü il tarixli 171/00/21/13 saylı kredit müqavilələri üzrə onun kredit borcu öhdəliklərinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbləri əsaslıdır və birinci instansiya məhkəməsi həmin hissədə qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar dəyərləndirmə apararaq və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi birləşdirilmiş ikinci iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kollegiya birləşdirilmiş birinci iş üzrə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh2 MMC-yə qarşı iddia tələbinin olmadığını göstərdiyi halda qətnamənin nəticə hissəsində Cavabdeh2 MMC-yə münasibətdə iddianın rədd edilməsi qənəti ilə razılaşmır və apellyasiya şikayətini qismən əsaslı hesab edir. Qətnamənin qalan hissələrinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinin 1-ci və 2-ci bəndinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş ikinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsindən LPO "xxxx" KB QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, birləşdirilmiş birinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinin Cavabdeh2nə münasibətdə rədd edilməsi hissəsində ləğv edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Birləşdirilmiş ikinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsindən LPO "xxxx" KB QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-67/2020 saylı 07 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Birləşdirilmiş birinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4461/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinin Cavabdeh2nə münasibətdə rədd edilməsi hissəsində ləğv edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4291/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4291/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver