Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4292/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-863/2023 saylı 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur.
2. Səbail Rayon Məhkəməsinin 2(009)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş uşaqların atası olmasının müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü uşaqların doğum qeydi kitabının “ata adı” qrafasında “Şükür”, “soyadı” qrafasında müvafiq olaraq “Hüseynov” və “Hüseynova” kimi qeydiyyatın aparılması, xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin hər ay alınaraq İddiaçı verilməsi, Cavabdeh Rza oğlundan ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7403/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış və İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 607 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X11 anaları X2 yanında qalması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 mnat məbləğində pul tutularaq cavabdeh X3 verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2019cu il təvəllüdlü X4 və X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində çatdırılması və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə 2018-ci il tarixdə ailə həyatı quraraq faktiki nikaha girmiş, nikahdan xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2019cu il təvəllüdlü X15 adlı uşaqları var. Səbail Rayon Məhkəməsinin 2(009)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddia tələbi təmin edilmiş və uşaqların xx.xx.2019-cu il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh Rza oğlundan tutularaq ona ödənilməsi öhdəliyi yaranmışdır. Sözügedən məhkəmə qətnaməsi əsasında faktiki nikahları pozulduğu vaxtdan da bir müddət əvvəldən övladları onun himayəsindədir, onların gündəlik məişət xarakterli tələbatlarını o, təmin edir və onlara o, baxır, övladlarının bütün qayğısını və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Övladları ilə qətiyyən maraqlanmır. Hal-hazırda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərini təmin edə bilmir. Həmçinin bildirmək istəyir ki, mərhum atası X18 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatmamazlıq” xəstəliyindən vəfat etmişdir. Ailədə iki əkiz övladlarından əlavə yaşlı anası da onun himayəsindədir. Cavabdeh ondan öncə də ailəli olub. Birgə nikahlarından iki övladları vardır. Hal-hazırda onunla birgə yaşayır. Lakin yalandan nikahlarını pozublar və guya ki, övladlarına 310 manat aliment ödəyir. Cavabdeh onu bu məqsədlə edib ki, onun övladlarına alimenti az miqdarda ödəsin. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək pul qazanmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, övladları üçün hər ay 220 manat, cəmi 440 manat məbləğinə çatdırılmalıdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 may 2023-cü il tarixli 2(009)-863/2023 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynov) Atillaxan Şükür oğlunun və xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynova) Diana Şükür qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)- 195/2020 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılması və hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 190 manat, cəmi 380 manat məbləğində pulun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 65,60 manat məbləğində pulun tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 160 manatdır.
8. Məhkəmə hesab etmişdir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 190 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1-ci maddəsi, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 112.1.3, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər sadalanmaqla, qətnamənin işin hallarına uyğun olmaması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi göstərilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 3 saylı Sabunçu Xəstəxanasında həkim-cərrah işləyir və 1100 manat əmək haqqı alır.
14. Cavabdeh isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
28. Məhkəmə sonuncu aliment məbləğinin təyin edilməsindən 3 ildən çox müddət keçməsini və bu müddət ərzində yaşayış şərtləri dəyişməsini nəzərə alaraq 2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş 160 manat aliment məbləğini artıraraq hər uşağa görə 190 manat olmaqla, 380 manat məbləğində müəyyən etmişdir.
29. İddiaçı isə alimentin hər uşağa görə 220 manat müəyyən edilməsini tələb edir.
30. Bununla bağlı isə məhkəmə göstərmişdir ki, iddiaçı cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
31. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2317/2023 nömrəli 12 iyun 2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, cavabdehin X1 birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı da artırılaraq, hər ay hər uşaq üçün 190 manat olmaqla, 380 manat sabit pul məbləğində müəyyən edilmişdir.
32. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, 3 saylı Sabunçu Xəstəxanasında həkim-cərrah işləyir və 1100 manat əmək haqqı alır.
33. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, məhkəmənin alimentin məbləğinin hər uşaq üçün 190 manat olmaqla, 380 manat məbləğində müəyyən edilməsi barədə qəanəti düzgün olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-863/2023 saylı iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.