Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4299/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2297/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İKB ASC (hazırda “xxxxxxxx” ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10744.39 ABŞ dolları əsas borc, 8186.86 ABŞ dolları faiz borcu və 251.9 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19183.15 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsində ümumi qaydada icra edilməsini, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 2 otaqlı, 66.9 kv.m ümumi, 30.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m ümumi, 30.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2015-ci il 18 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 14200 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixədək təyin olunur. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m ümumi, 30.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzili 2015-ci il 18 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 18 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il iyulun 11-dək Cavabdeh1 2015-ci il 18 iyun tarixli kredit müqaviləsi üzrə banka 10744.39 ABŞ dolları əsas, 8186.86 ABŞ dolları faiz, 251.9 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19183.15 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2297/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə “İddiaçı" İKB ASC (hazırda “xxxxxxxx” ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0- 433-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsi üzrə 10744.39 (on min yeddi yüz qırx dörd dollar otuz doqquz sent) ABŞ dolları əsas borc, 8186.86 (səkkiz min yüz səksən altı dollar səksən altı sent) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18981,25 (on səkkiz min doqquz yüz səksən bir dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidməti haqqının Cavabdeh1 alınaraq İddiaçı İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m ümumi, 30.9 kv.m. yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməklə tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) təmin edilmiş tələblərinin ödənilməsi, həmin mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində vəsaitin Cavabdeh1 tutularaq dövlət nəfinə (Az.MEM, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22)ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, borc məbləğlərinin düzgün hesablanmadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh G.Əliyev apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlmədikləri üçün, işə onların iştirakı olmadan baxılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 25 faiz olmaqla 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavədən (razılaşma) görünür ki, müqavilənin müddəti 74 ay müəyyən edilmiş, kreditin bağlanma tarixi xx.xx.2021-ci il hesab edilmiş, illik faizi dərəcəsi 24% müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilini İddiaçı ASC-yə ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 39000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 nömrəli ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavədən (razılaşma) görünür ki, ipoteka ilə təmin edilmiş öhdəlik 74 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icra edilməlidir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzili Cavabdeh2 mülkiyyətindədir və İddiaçı İKB ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş bildiriş və xəbərdarlıqların surətindən görünür ki, İddiaçı İKB ASC cavabdehlərdən kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kreditin, faizlərin, cərimənin və məhkəmə xərclərinin tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 10744.39 ABŞ dolları əsas borc, 8186.86 ABŞ dolları faiz borcu və 251.9 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 19183.15 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23368 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu əsas borc üzrə 12.195,87 ABŞ dolları, faiz borcu üzrə 7157,95 ABŞ dolları hesablanmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 0772/19/NB saylı qiymətləndirmə rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinin hazırki dövr üçün bazar dəyəri 50.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş elektron xidmətlər portalında çıxarışlardan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı Cavabdeh1 dəlillərini qismən əsaslı hesab edir; belə ki, birinci instansiya məhkəməsinin baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, Cavabdeh1 - faiz borcunun 7157,95 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun və ümumi borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğlər ekspert rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2297/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “cavabdehdən 8186,86 ABŞ dolları faiz borcunun, həmçinin ümumilikdə 18981,25 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 “İddiaçı" İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) tutulmalı olan faiz borcu 7157,95 ABŞ dolları (yeddi min yüz əlli yeddi dollar 95 sent) və ümumi borc 17952,34 ABŞ dolları (on yeddi min doqquz yüz əlli iki dollar 34 sent) məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4299/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4299/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver