Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-43/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" İKB ASC-nin (indiki "xxxx" ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1, X10 və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(011)-723/2018 saylı qətnaməsindən iş üzrə iddiaçı "xxxx" İKB və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, X10 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İnvestisiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 27458.54 ABŞ dolları əsas borcun, 11501.38 ABŞ dolları faiz borcunun, 652.5 ABŞ dolları dəbbə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh2 tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 103 saylı evin 100 nömrəli mənzilinə yönəldilməsi mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra olunması və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 103 saylı evin 100 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh2, X6, Cavabdeh1, X7 istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmaları mənzilin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli 11 G-1-0-1053-14 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(011)-723/2018 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, "xxxx" İKB iləCavabdeh2 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 26 noyabr 2014-cü il tarixli 11-G-1-0-1053-14 saylı kredit müqaviləsi üzrə 27458,54 ABŞ dolları əsas borc, 10717.38 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 100 ABŞ dolları dəbbə, cəmi 38275.92 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "xxxx" X1 xeyrinə tutulması, Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, 103 saylı evin 100 nömrəli mənzilinin ilkin satış qisməti 72.000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, M.Hadi küçəsi, 103 saylı evin 100 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 103 saylı evin 100 nömrəli mənzilinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" İKB-na ödənilməsi, mənzil satıldıqdan sonra Cavabdeh2, X10, Cavabdeh1 Oru qızı, X11 1 (bir) ay ərzində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, 103 saylı evin 100 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri-50 manatın Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri-250 manatın Cavabdeh2 tutularaq “Əmlak Bazarı İştirakçıları” İB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan "xxxx" İKB apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(011)-723/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(011)-723/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı iddiaçı "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiklərindən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin, apelyator Cavabdeh2 da məhkəməyə ərizə təqdim edərək, iddiaçı ilə aralarında barışığın əldə olunduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 ərizənin dəlillərini müdafiə edərək, təmin edilməsini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, şikayətə onların iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyatorların apellyasiya şikayətindən imtina barədə ərizələri qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X10 və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(011)-723/2018 saylı qətnaməsindən iş üzrə iddiaçı "xxxx" İKB (indiki "xxxx" ASC) və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil etdiyindən, həmin məbləğin 75 manatı iddiaçı "xxxx" İKB ASC-dən (indiki "xxxx" ASC) və qalan 75 manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X10 və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(011)-723/2018 saylı qətnaməsindən iş üzrə iddiaçı "xxxx" İKB və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qəbul edilsin. İddiaçı "xxxx" İKB ASC-nin (indiki "xxxx" ASC) və Cavabdeh2 apellyasiya şikayətləri üzrə icraata xitam verilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil etdiyindən, həmin məbləğin 75 manatı iddiaçı "xxxx" İKB ASC-dən (indiki "xxxx" ASC) və qalan 75 manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-43/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-43/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver