Məhkəmə qərarları › İş №2(103)-430/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-430/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-430/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, tərcüməçi X1, iddiaçının nümayəndəsi X8, cavabdehlər Mdinaradze Malkhazın və X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Mdinaradze Malkhaz və X2rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X3 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli kredit müqaviləsi (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli razılaşma) üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-3365/21) iddia qismən təmin edilərək cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X3 24.06.2019-cu il tarixli BAKU1-29449- 16702 nömrəli kredit müqaviləsi (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1- 29449-16702 nömrəli razılaşma) üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 50 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.554,32 manat (on min beş yüz əlli dörd manat otuz iki qəpik) manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, «TBC Kredit BOKT” MMC tərəfindən 24.06.2019-cu il tarixli BAKU1-29449- 16702 nömrəli kredit müqaviləsinə (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449- 16702 nömrəli razılaşmaya) əsasən borcalan Mdinaradze Malkhaza illik 23 faiz olmaqla 24 ay müddətinə 12.000 manat kredit verilmişdir. Borcun təminatı olaraq X5 24.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Hazırda cavabdehlərdən müqavilə üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilərək mülki iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən məbləğlər reallıqda olduğundan artıq hesablanmışdır. Cavabdeh kimi həmin göstərilən məbləğlə razı deyil. Əsas borcun məbləği real qalıq borcu ilə uyğun gəlmir. Mülki iş üzrə əsas, faiz və cərimə borclarının hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Cavabdehlər Cavabdeh1 və M.Mdinaradze məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Qətnamə işdə iştirak edən digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, 24.06.2019-cu il tarixli BAKU1-29449- 16702 nömrəli kredit müqaviləsinə (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli razılaşmaya) əsasən «TBC Kredit BOKT” MMC borcalan Mdinaradze Malkhaza illik 23 faiz olmaqla 24 ay müddətinə 12.000 manat kredit vermişdir. 24.06.2019-cu il tarixli BAKU1-29449-16702+BAKU2-1022 nömrəli zaminlik müqaviləsinə əsasən X7 borcalan Mdinaradze Malkhazın öhdəliklərinin icrasının təmin edilməsi üçün kreditor "xxxx" MMC-nin qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçının tələbi cavabdehlərdən kredit müqaviləsi üzrə 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasınndan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər məhkəməyə müraciət etdikdən sonra müəyyən ödənişlər etmişdir. Borcalanın 24.06.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMCyə 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat borcu vardır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin X7 həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə əsas və faiz borcu şişirdilmiş, borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini və işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/8996 saylı, 23 fevral 2022-ci il tarixli espert rəyinə əsasən cavabdehin iddiaçıya 26 may 2021-ci il tarixə əsas borc üzrə 8522,95 manat, faiz borcu üzrə 1944,24 manat borcu olduğunu müəyyən etmişdir. Göründüyü kimi, ekspert rəyi ilə faiz borcu 1944,24 manat təşkil etsə də, məhkəmə 1.951,37 manat faiz borcu tutmuşdur. Ekspertiza zamanı əsas borcun məbləği ilə bağlı hər hansı fərq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməli, qətnamə dəyişdirilməklə tutulan faiz borcunun məbləği 1944,24 müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qətnamə üzrə cavabdehlərdən tutulan məbləğ 26.05.2021-ci il tarixə hesablanmış borc məbləğidir. MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq məhkəmə yalnız verilmiş tələblər üzrə qətnamə çıxardığından həmin tarixdən, yəni 26.05.2021-ci il tarixdən sonra ödənilmiş məbləğlər qətnamə çıxarılarkən nəzərə alınmamışdır. 26.05.2021-ci il tarixdən sonra ödənilmiş məbləğlər, o cümlədən ekspert rəyində qeyd olunan 3072 manat qətnamə icra olunarkən nəzərə alınacaqdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi “cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X3 “1951,37 manat faiz borcunun müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X3 tutulacaq faiz borcunun məbləği 1944,24 (bir min doqquz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar