Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4307/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşiklatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşiklatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-692/2021 saylı işi üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 4387,76 manat əsas borc, 527,21 manat faiz borcu olmaqla cəmi 4914,97 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı 24 ay müddətinə illik 31 faiz dərəcəsi olmaqla, 6000 manat kredit verməsi haqqında BOKT “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, 005-NBK-0091-19 saylı kredit müqavilə (səh.5), hər ay 339 manat, sonuncu ay isə 328,46 manat ödəməklə qaytarmağı öhdəsinə götürməsi haqqında 24.06.2019-cu il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli (səh.7), Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi BOKT “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli 005-NBK-0091-19 saylı və Cavabdeh3 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli 005- NBK-0091-19/a saylı zaminlik müqaviləsi (səh.8), 15.10.2020-ci il tarixə 4387,76 manat əsas borc, 527,21 manat faiz borcu olmaqla cəmi 4914,97 manat təşkil etməsi barədə15.10.2020-ci il tarixli maliyyə arayışı (səh.13) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-692/2021 saylı işi üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddianın qismən təmin edilməsi (iddia tələbinin faiz hissəsində rədd edilməsi və yenidən hesablanmış əsas borc üzrə məbləğin tutulması) barədə qətnamə çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə xüsusi bilik tələb edən məsələləri öz mülahizəsinə əsasən həll etmiş, mütəxəssis cəlb etmədən və ya ekspertiza keçirmədən məbləğin düzgün hesablanmasını tam əsassız və qanunsuz olaraq əleyhinə yozmuşdur.Bank tərəfindən məhkəməyə təqdim edilmiş iddiada dəbbə pulu borca hesablanmış faiz olaraq qeyd edilmiş, lakin məhkəmə tərəfindən həmin məsələ ətraflı şəkildə araşdırılmamış və dəbbə pulunun faiz məbləği olaraq məndən tutulmasını qət etmişdir. İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən mənə istehlak məqsdələri üçün kredit verilmişdir və vaxtaşırı olaraq ödəniş öhdəliyini yerinə yetirsə də iddiaçı tərəfindən verilən iddia tələbində qeyd edilən məbləğ demək olar ki, ona ayrılan kredit məbləği qədərdir. Açıq- aşkar surətdə iddiaçı məbləği şişirdilmiş və ondan daha artıq məbləğdə pulun tutulmasını məhkəmədən xahiş etmiş, məhkəmə isə bunu təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-692/2021 saylı işi üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4307/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4307/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver