Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-431/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-33/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 10/1280/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Cavabdeh1, X2, Cavabdeh2 və X4 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli, 10/1280/DİK saylı kredit müqaviləsi üzrə 20813,28 ABŞ dolları əsas borc, 14158,84 ABŞ dolları faiz borcu olmaqla cəmi 34972,12 ABŞ dolları, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq “xxxx”ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış (çörək və çörək məmulatları hazırlanması sexinin anbar binası) binasına yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış (çörək və çörək məmulatları hazırlanması sexinin anbar binası) binası müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış (çörək və çörək məmulatları hazırlanması sexinin anbar binası) binası açıq hərracda satıldıqdan sonra 1 ay müddətində həmin qeyri-yaşayış binasının boşaldılması qət olunmuşdur. İş materiallarından görünür ki, xxxx” ASC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi üzrə ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx” ASC-nin xeyrinə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 10/1280/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi;cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və X4 müştərək qaydada 20813 (iyirmi min səkkiz yüz on üç) ABŞ dolları 28 (iyirmi səkkiz) sent məbləğində əsas borc, 14158 (on dörd min yüz əlli səkkiz) ABŞ dolları 84 (səksən dörd) sent məbləğində faiz borcu olmaqla, cəmi 34972 (otuz dörd min doqquz yüz yetmiş iki) ABŞ dolları 12 (on iki) sent məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi)manat xidmət haqqı məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi,tutmanın Cavabdeh2 Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş seriya RX ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə məxsus, xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (çörək və çörək məmulatları hazırlanması sexinin anbar binası) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi,həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASCyə ödənilməsi, İpoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə həmin qeyriyaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və X6 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan məhkəmə iş üzrə qətnaməni maddi, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, əvvəla borc məbləği düzgün hesablanmamışdır, aparılmış ödənişlər nəzərə alınmamışdır, bundan əlavə ipoteka predmeti olan evin ilkin satış qiymətinin aşağı müəyyən edilməsi onların mülkiyyət hüququnu pozur. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçınnı səlahiyətli nümayəndəsi və cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti hissəsində ləğv edilərək,likvid qiyməti 20000 (iyirmi min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ASC-i ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 10/1280/DİK saylı kredit müqaviləsinə görə borcluya illik 29 % olmaqla 60 ay müddətinə 28000 ABŞ dolları məbləğində nəğd pul krediti verilmişdir. İş materiallarında olan İddiaçı ASC-i ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 10/1280/DİK saylı ipoteka müqaviləsinə görə ipoteka müqaviləsinin predmeti ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (çörək və çörək məmulatları hazırlanması sexinin anbar binası) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx xxxxxx 2015-ci il tarixli İpoteka Müqaviləsi ilə müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli borc hesabatı arayışından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixə, xx xxxxxx 2015 ci il tarixli kredit müqaviləsinə əsasən 20813,28 ABŞ dolları əsas borc, 14158,84 ABŞ dolları faiz borcu, 0,00 ABŞ dolları cərimə borcu olmaqla cəmi 34972,12 ABŞ dolları borc göstərilmişdir. “xxxx” ASC ilə zamin X2, Cavabdeh2 və X5 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, X2, Cavabdeh2 və X5 xx xxxxxx 2015-ci il tarixli, 10/1280/DİK saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşdür. DİN-nin MAPS Məlumat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhər, Suraxanı rayonu, Əmircan qəsəbəsi Ə.Bayramov küçəsi, ev 11-də qeydiyyatdadır. “xxxx” ASC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 və digər cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. Həmin Məcəllənin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70000 manat məbləğində qiymətləndirilmiş, tərəflər isə bu müqavilələri imzalamışlar. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli QXM 348M №-li ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 20000 manat müəyyən edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisəli qeyri-yaşayış binasının hazırkı likvid dəyərini müəyyən etmək məqsədi ilə “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli QXM 348M №-li mütəxəssis rəyi, hazırkı dövrün real likvid qiymətini əks etdirdiyindən, həmin rəydə göstərilən qiymət əsas götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti hissəsində ləğv edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid satış qiyməti 20000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-431/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-431/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver