Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4313/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Cavabdeh 5090,84 manat əsas, 906,85 manat faiz borcu olmaqla, cəmi 5997,69 manat borcun və 79,98 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, buna əsas kimi cavabdehin qeydiyyatda olduğu ünvanın Qazax rayonunda olması göstərilmişdir. Həmin qərardaddan bankın nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Hakim tərəfindən işə düzgün qiymət verilməmiş, iddia ərizəsi əsassız səbəbə görə geri qaytarılmışdır - belə ki, qanunun tələbinə görə iddia cavabdehin qeydiyyatda olduğu, yaşayış yeri məlum olmadıqda sonuncu qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə bildirmişdir ki, iş üzrə cavabdehin şəxsiyyətini müəyyən edən zaman Qazax rayonunun Cəfərli kəndində qeydiyyatda olmasa müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş cavadehin şəxsiyyətinin müəyyən edən AR DİN nin İAMAS çıxarışla da təsdiq edilir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 2 cavabdehə aid bütün məlumatlar öz əksini tapmışdır. Bundan başqa Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS şöbəsindən şifahi qaydada əldə edilmiş məlumata əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 66, mənzil 16-da qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Hakim tərəfindən qeyd olunan əsaslar ərizənin geri qaytarılması üçün əsas deyildir. Hər hansı bir prosessual pozuntuya iddiaçı tərəfindən yol verilməmişdir, hakim tərəfindən qəbul edilmiş qərardad tam əsassızdır və ləğv olunmalıdır. Bu qaydada qəbul edimiş qərardadlar məsələnin həllinin lüzumsuz uzadılmasına gətirib çıxarır. Belə ki, bu həm iddiaçı tərəfin, həm də məhkəmənin iş yükünü artmasına səbəb olur. Bundan başqa bu cür hallar yuxarı instansiya məhkəmələrinin işinin də əsassız artmasına gətirib çıxarır”. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Cavabdeh isə Qazax rayonunun Cəfərli kəndində qeydiyyatdadır və bu o deməkdir ki, iddia ərizəsi aidiyyat qaydalarına uyğun verilməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3787/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4313/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4313/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver