Məhkəmə qərarları › İş №2(103)-4321/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4321/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4321/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı X17 cavabdeh X10 qarşı (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16000 manat məbləğində pul vəsaitinin və iddianın qiyməti olaraq məhkəməyə ödədiyi 138 manat dövlət rüsumunun cavabdehdən birdəfəlik qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 16000,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 138,0 manat dövlət rüsumu olmaqla, cəmi 16138,0 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 445.2, 448.1, 1091, 1092.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3, 191.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh Seymur X1 mülkiyyətində olan X21” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili 16000,0 manat əvəzində İddiaçı vermiş, bundan sonra sonuncu qeyd olunan avtomobili 19900,0 manat əvəzində Allahverən Hacıyeva vermişdir. Hal-hazırda X14 “X21” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabillə bağlı üçüncü şəxslərə verdiyi etibarnaməni ləğv etməsi nəticəsində, X2 Şakir Cəmil oğluna verdiyi pulu geri tələb etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh 16000 manaat pulu avtomobilin əvəzi olaraq İddiaçı alaraq özündə saxlamışdır. İddiaçının 16000 manat məbləğində pul vəsaitini cavabdehə verməsi, cavabdehində həmin pulu alaraq avtomobili iddiaçıya satması onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində verdiyi izahatı ilə sübuta yetirilmişdir. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa, Cavabdeh isə iddiaçıdan almış olduğu pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, 16000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Elektron Məhkəmə İnformasiya Sistemində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 aid məlumatdan görünür ki, “X21” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adınadır; - Bakı şəhər 52 saylı notariat ofisində təsdiq olunmuş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən, X8 nümayəndəsi Cavabdeh xx.xx.2022ci il tarixdə “X21” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə İddiaçı 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir; - Bakı şəhər 28 saylı notariat ofisində təsdiq olunmuş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, X8 nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə “X21” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X5 11 ay 8 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir; - 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, 21 iyul 2023-cü il tarixdə X14 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək 21 iyul 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib, ona məxsus Hyundai markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi rayon Qaradolaq kənd sakini X4 etibarnaməsiz idarə etməsini bildirmiş, avtomobil duracağa yerləşdirilmədiyi üçün əsəbiləşib özünü yandıracağı barədə məlumat vermiş və avtomobilin duracağa yerləşdirilməsini xahiş etmişdir. Toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur; - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 19900 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun alınıb iddiaçı X7 verilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, İddiaçı heç bir maddi ziyan vurmamış, İddiaçı ona qarşı yox, 3-cü şəxs X13 qarşı iddia qaldırmalı idi. Belə ki,“Hyundai Santafe” markalı,**-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 3cü şəxs Nailə Məmmədovanın öz istəyi və razılığı ilə ona verdiyi etibarnamə əsasında İddiaçı 16000 manata satılmış və əldə olunan pulun hesabına 3-cü şəxs Nailə Məmmədovanın adına “Nissan Not minik” markalı,**-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Yerdə qalan 4500 manat pulun üstünə öz cibindən əlavə olaraq 3500 manat pul qoyub,cəmi 8000 manat məbləğində pulu 3-cü şəxs Nailə Məmmədovanın borcuna görə Rəmziyyə adlı rəfiqəsinə vermişlər.3-cü şəxs Nailə Məmmədovaya məxsus olmuş, “Hyundai Santafe” markalı,**-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı satışından əldə olunmuş 16000 manat puldan bir manat da olsa ona çatmamışdır. 3-cü şəxs Nailə Məmmədova ilə münasibətləri pozulub ondan ayrıldığına görə o, qisas almaq məqsədilə sadəcə belə bir oyun qurub “Hyundai Santafe” markalı,**-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun adına verdiyi etibarnaməni ləğv etmişdir. Ona verilmiş etibarnamə ləğv edildiyinə görə onun İddiaçı verdiyi etibarnamə də ləğv edilmiş və bu səbəbdən də İddiaçı ona qarşı iddia qaldırmışdır. Onu da apellyasiya Məhkəməsinin nəzər və diqqətinə çatdırmaq istəyir ki, münasibətləri pozulub ayrılandan sonra 3-cü şəxs Nailə Məmmədova ona verdiyi şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış A4 formatlı kağızda “X3 Pənciyev Camal oğluna heç bir alacağım və verəcəyim yoxdur” kimi sözlərini öz xətti ilə yazaraq vermişdir. O, həmin bu sənədin surətini Suraxanı rayon məhkəməsində izahat verən zaman hakimə də təqdim etmişdir. Lakin sonradan mülki iş Xəzər rayon məhkəməsinə göndəriləndən sonra işə baxan hakim məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir məlumat vermədiyinə görə o, keçirilmiş məhkəmə proseslərində iştirak edə bilməmiş, Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqlarından məhrum olunmaqla ona qarşı verilmiş iddia ilə bağlı fikirlərini məhkəməyə deyə bilməmişdir. Xəzər rayon məhkəməsində keçirilən məhkəmə proseslərində iştirak edə bilmədiyindən apellyasiya şikayətində qeyd etdiyi fakt və halları təsdiq edə biləcək və onlar haqqında məhkəməyə geniş və ətraflı məlumatlar verə biləcək şahidləri məhkəməyə gətirə bilməmiş, İddiaçı tərəfindən ona qarşı verilmiş iddia tələbinin qanunsuz və əsassız olmasını sübut edən fakt və sübutlarımı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mülki iş üzrə araşdırmanı yarımçıq, natamam və səthi aparmış, 3-cü şəxs tərəfindən nə səbəbə xx.xx.2022ci ildən xx.xx.2023-cü ilə kimi 3-cü şəxsin ona məxsus olmuş həmin maşını və ya onun pulunu ondan tələb etməməsi və ya xx.xx.2023-cü ilə kimi ona verilmiş etibarnaməni və onun İddiaçı verdiyi etibarnamənin ləğv etməməsini və özünə məxsus olmuş “Hyundai Santafe” markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracağa aparılıb qoyulmasını tələb etməməsinin səbəblərini araşdırmamış və onlara heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə eyni zamanda 3-cü şəxs Nailə Məmmədovaya məxsus olmuş “Hyundai Santafe” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə tərəfindən etibarnamə ilə İddiaçı 16000 manata satılandan sonra onun pulunun necə olması, həmin pulun 3-cü şəxsə çatıb-çatmaması və haraya xərclənməsi məsələsini araşdırmamış və onlara da heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tələbini müdafiə etmiş, Məmmədova Nailə adlı şəxsi tanımadığını, Məmmədova Nailənin verdiyi etibarnamə əsasında avtomobili pulunu verərək baş etibarnamə ilə cavabdehdən aldığını, daha sonra baş etibarnamə verməklə Hacıyev Allahverənə satdığını qeyd etmiş, cavabdeh tərəfindən pulunun qaytarıldığı halda, Hacıyev Allahverənə pulunu qaytaracağını bildirmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4 Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir; 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa; 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

10. Apellyasiya şikayətinin dəlilləri faktoloji əsaslardan irəli gələrək hüququn dispozitiv şərtlərinə uyğun gəlmədiyindən, əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, bu dəlillər 3-cü şəxs Nailə Məmmədovanın hərəkətlərindən və onunla olan münasibətlərindən irəli gəlir, məhkəmənin mülki iş üzrə 3-cü şəxsin cavabdehlə olan münasibətlərinə aid hissədə tam araşdırmaq hüququ yoxdur və yalnız iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə aid hissədə araşdırıla bilər. Araşdırılmalı olan hissədə isə qeyd edilməlidir ki, 16000 manat pulun iddiaçıdan alınmasını cavabdeh inkar etməmiş, digər məhkəmə qərarı ilə isə iddiaçının etibarnamə əsasında nəqliyyat vasitəsindən əldə etdiyi 19900 manatın qaytarılmağı qət edildiyi, habelə, bü mübahisənin nəqliyyat vasitəsi üzrə mülkiyyətçinin etibarnamənin ləğv edilməsi əsasında yarandığı müəyyən edilmişdir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh başqa şəxsin (hüquqi əsas olmadan məhrum olan iddiaçının) hesabına əmlak (pul) əldə edilməsinin hüquqi əsasını izah edə bilməmişdir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin başqa (üçüncü) şəxslə münasibətlərindən yaranan mübahisələr üzrə mülki iddia irəli sürmək kimi məhkəmə müdafiəsi hüquqları istisna edilmir.

11. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxsə aid edilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar