Məhkəmə qərarları › İş №2(103)-4323/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4323/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4323/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil, cavabdeh X7 və onun nümayəndəsi, eyni zamanda vəkili X1, tərcüməçi Aysel Ertürkün iştirakları ilə, İddiaçı cavabdeh X11-yə qarşı “kredit müqaviləsinin ləğvi və pul tələbi” barədə ilkin; X11-nin İddiaçı qarşı “müqavilənin etibarsız hedab edilməsi” barədə qarşılıqlı iddialarına dairmülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı kredit müqaviləsinin ləğvi və pul tələbinə dair iddia iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə Türkiyyə Respublikasının vətəndaşı X12 ilə onun arasında notarial qaydada bağlanılmış kredit müqaviləsini ləğv edərək cavabdehin ona verməli olduğu 70000 (yetmiş min) manat əsas borc, məhkəmə qətnamə çıxartdığı günədək hesablanaraq gecikdirilmiş vaxt üçün illik beş faiz, vəkil ilə bağlanılmış müqaviləyə görə ödənilmiş 200 (iki yüz) manat və dəymiş maddi ziyana görə 10000 (on min) manat pulun X9 tutularaq ona verilməsi barədə iddiaçının xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə verərək iddia tələbinin 10.000 manat mənəvi zərər və 200 manat tutulması hissəsindən imtina etdiyini, yalnız 70.000 manat məbləğində əsas borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X5 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı və X6 arasında 41 saylı notarait ofisində imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək xx xxxxxx 2018-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X5 ilə İddiaçı arasında notarial qaydada bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 70000 (yetmiş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində saat 10:36-da məhkəməyə təqdim etdiyi türk dilində tərtib edilmiş ərizədən görünür ki, o, Azərbaycan dili və hüququnu yaxşı bilmir, bu səbəbdən vəkil ilə müqavilə bağlamaq istədiyini və məhkəmə iclasının təxirə salınmasını, Azərbaycan dilini yaxşı bilmədiyi üçün tərcüməçi təyin olunmasını və ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün mülki işin materiallarının baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəkil həmçinin qeyd edir ki, xx.xx.2019-cu il tarixli tərtib olunmuş məhkəmə iclas protokolundan aidiyyət məsələsinin müzakirə olunması görünür, lakin bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Onun xx.xx.2019-cu il tarixində məhkəməyə təqdim olunmuş ərizəsinin hakim tərəfindən müzakirə olunmasına baxmayaraq (həmin günə aid olan protokolda aidiyyat məsələsi müzakirə olunub və ərizə dəftərxanaya təyin olunmuş vaxtdan gec keçirilib məhkəmə iclasından əvvəl daxil olub) vəsatətin təmin edilib-edilməməsi barədə qərardad qəbul edilməmişdir. Lakin hakim tamamilə qanunsuz hərəkət edərək yuxarıda göstərilən ardıcıl müraciətlərdən (xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixdə edilmiş müraciətlər) sonra da onu tərcüməçi ilə təmin etməmişdir. Eyni zamanda ardıcıl surətdə aidiyyət qaydasının dəyişdirilməsi barədə ərizə və vəsatətlər verilməsinə (xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixdə edilmiş müraciətlər) baxmayaraq hakim vaxtında bu barədə qərardad qəbul etməmişdir. Hakim yalnız 14 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə aidiyyət barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Bu azmış kimi həmin qərardad ona rəsmi qaydada göndərilməmişdir. Vəkili 05.12.219-cu il tarixdə keçirilmiş məhkəmə iclasında şifahi vəsatət verərək, qərardadı götürmüşdür. Hakim notariat sənədlərinin tərcümə edilmədən və təcrüməçi ilə təmin edilmədən bağlanılmış notarial kredit müqaviləsinin etibarsızlığını irəli sürdüyü halda notariusu maraqlı şəxs qismində cəlb etməli idi. O, Azərbaycan dilini bilmədiyi üçün xx.xx.2018-ci il tarixdə 41 saylı notarait ofisində imzalanmış müqavilənin mahiyyətini və müqavilə öhdəliklərinə əməl edilmədiyi təqdirdə onun nəticələrini anlamamışdır. Notarius isə qanunvericiliyin normalarını pozaraq onu tərcüməçi ilə təmin etməmiş və sənədlərin tərcümə edilərək ona təqdim edilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddiaçı ilə arasında borc münasibətlərinin olmasını qəbul edərək bildirmişdir ki, həmin borc münasibətlərinin yaranma əsası Türkiyə Respublikasında qurmuş olduqları işgüzar münasibətlərdən irəli gəlir. Belə ki, cavabdeh iddiaçı ilə şərikli şəkildə Türkiyyə Respublikasında kafe açmışlar, bir müddət kafe işlədikdən sonra işləri pis getdiyindən həmin kafeni bağlamaq məcburiyyətində qalaraq ziyan etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında olan borc mübahisəsinə Türkiyə Respublikası məhkəməsində baxılaraq hüquqi qiymət verilməlidir. Apellyasiya şikayətinin təmin edilməsini, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəflə olan mübahisənin hüquqi əsası xx.xx.2018-ci il tarixli kredit müqaviləsidir. Həmin kredit müqaviləsinə əsasən yaranmış borc tələb olunur. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən X10 70.000 manat məbləğində borc pul verilmiş və borc alan xx xxxx 2018-ci il tarixdən etibarən hər ayın 11-dən gec olmayaraq ayda 12 000 (on iki min) manat olmaqla xx xxxxxx 2018-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, X12 ilə İddiaçı arasında kredit müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh onunla iddiaçı arasında kredit müqaviləsi bağlanarkən həmin müqavilənin mahiyyətini başa düşmədiyini, notarius tərəfindən izah olunmadığını bildirsə də bu dəlillər əsaslı ola bilməz. Belə ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Bununla yanaşı, işdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdeh tərəfindən verilmiş yazılı vəsatət olmasına baxmayaraq, onun tərcüməçi xidmətidən istifadə etmək hüququ təmin edilməmişdir. Ona görə də, bu hal prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin məcəllənin 11.2-ci maddəsinə əsasən işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsihesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməli, Türkiyə Respublikasının vətəndaşı X12 ilə İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixində, Bakı şəhəri 41 saylı Notariat Ofisində notarial qaydada bağlanılmış kredit müqaviləsi ləğv edilərək cavabdeh X2 70000 (yetmiş min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməli, iddiaçı X3 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. Türkiyə Respublikasının vətəndaşı cavabdeh X12 ilə İddiaçı arasında xx xxxxxx 2018ci il tarixində, Bakı şəhəri 41 saylı Notariat Ofisində notarial qaydada bağlanılmış kredit müqaviləsi ləğv edilsin. Cavabdeh X9 70.000 (yetmiş min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X12nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar