Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4323/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, cavabdeh Borclu iştirakı ilə, iddiaçı Kreditor cavabdeh Borclu qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1903/2024 nömrəli qətnaməsindən cavabdeh Borclu apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Kreditor ərizəsində tələb olunub ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 32.100 manat pul cavabdeh Borclu alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 32.100 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı Kreditor məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflərin arasında xx.xx.2021-ci ildə notariat qaydasında kredit müqaviləsi bağlanıb. Müqavilədən görünür ki, iddiaçı 32.100 manat pulu cavabdehə borc verir, cavabdeh isə həmin pulu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia edir ki, pulu cavabdehə verib, lakin cavabdeh pulu geri qaytarmayıb. Cavabdeh bildirir ki, iddiaçıdan aldığı pulu qaytarıb. Borc alınmış pulun qaytarıldığını sübut etmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 1903/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4323/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4323/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver