Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4326/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 telefon satışından yaranmış borc olan 3.979 (üç min doqquz yüz yetmiş doqquz) AZN pulun və dövlət rüsumu üçün ödənilmiş olan 59.79 (əlli doqquz manat yetmiş doqquz qəpik) manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, iş üzrə məhkəmə ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərarlar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə o halda icraatı dayandırır ki, göstərilən borc haqda səhvlik olsun. Hazırdakı işdə cavabdehlə telefon satışında qiymətlərdə razılaşma olub və bu razılaşma Whatsapp yazışmalarında qeyd olunub və qiymət barədə razılaşma yolu ilə satılmışdır. Məlumat üçün də bildirir ki, cavabdeh hər dəfə ödədiyi məbləğ üçün və qalıq borc haqqında məlumat verilmişdir. Cavabdeh vəsadətində borcun düzgün hesablamamağı haqqında xüsusi ekspertiziya təyin etməsini istəmişdir. Məlumat üçün bildirir ki, Whatsapp yazışmasında dəfələrlə cavabdehə borc qalığı barədə SMS-lər yazılıb və məhkəmə gününə qədər də həmin borcu özü təsdiqləyib. Bir də götürdüyü telefonun qiymətləri barədə məlumat vermək istəyir ki, 2022-ci ildə 13 PRO MAX telefonun qiyməti həminki dövr üçün 3000 (üç min) manat təşkil edir. 2022-ci ildə həmin telefon İphone Şirkətinin ən axırıncı versiyası kimi satışa verilmişdir. Bugünkü gün isə həmin şirkətin ən axırıncı versiyası 16 PRO MAX-dır və nəzərə alsa ki, bugünkü gün İrşad və Kontakt kimi böyük şirkətlərdə qiymət 3500 (üç min beş yüz) manat dəyərində satılır. Güman edir ki, cavabdeh məhkəmə zalına gəlməməklə məhkəmənin vaxtını uzatdığı kimi indi isə məhkəmənin baxış iclasına qətnamənin verilməsinin vaxtını uzatmaqdan başqa bir şey deyil. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1698/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 telefon satışından yaranmış borc olan 3.979 (üç min doqquz yüz yetmiş doqquz) AZN pulun və dövlət rüsumu üçün ödənilmiş olan 59.79 (əlli doqquz manat yetmiş doqquz qəpik) manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehin vəsatətinə əsasən, tərəflər arasında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli razılaşmalar üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə əsas borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Kollegiya qeyd edir ki, iş üzrə icraatın dayandırılması işin baxılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaqla, həmin müddətin daha səmərəli istifadəsinə yönəlmişdir və dayandırılma üçün əsaslar aradan qalxdıqdan sonra iş üzrə icraatın təzələnməsini istisna etmir. Digər tərəfdən iddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etsə də, borca dair mötəbər sübutlar təqdim etməmiş, bununla da xüsusi bilik tələb olunan sualları izah etmək, mülki iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər; 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır; Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspertin rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi mülki iş üzrə obyektiv qərara gəlmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(005)-1698/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4326/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4326/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver