Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4328/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Eyni zamanda cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, sağlamlığı ilə yaranmış problemləri 17.11,2019-cu il tarixdən xx.xx.2019- cu il tarixə kimi xəstə olmağı, sonradan ev şəraitində müalicə almağı, 1-6 yanvar qeyri iş günlərinin olması və maaşını yanvar ayında alması, müddətlə bağlı anlayışının olmaması səbəbindən prosessual müddəti ötürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2011 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, 2(004)-1420/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpası barədə Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh sağlamlığı ilə yaranmış problemləri 17.11,2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi xəstə olmağı, sonradan ev şəraitində müalicə almağı, 1-6 yanvar tarixlərinin qeyri iş günləri olması və maaşını yanvar ayında alması, müddətlə bağlı anlayışının olmaması səbəbindən prosessual müddəti ötürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.R.Osmanov şikayətə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsinin surətini Cavabdeh1 rəsmi qaydada xx xxxxxx 2019-cu ildə almışdır. Lakin həmin qətnamədən apellyasiya şikayəti Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal rayon məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə, yəni qətnaməni rəsmi qaydada aldıqdan 1 ay 24 gün sonra təqdim edilmişdir. Cavabdeh1 apellyasiya şikayətinin verilməsi müddətini xəstə olması, həmin müddətin bir hissəsinin qeyri-iş günləri olması, əmək haqqını yanvar ayında almasl vı qanunları kifayət qədər bilməməsi ilə izah etmiş, dəlillərini sübut etmək üçün həkim arayışı təqdim etmişdir. Həmin arayışdan gərünür ki, Cavabdeh1 kəskin respirator xəstəlik və hərarətin artması ilə əlaqədar 17-xx xxxxxx 2019-cu il tarixdə ambulator müalicə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iki gün ərzində xəstə olması və bununla bağlı müalicə alması onun apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti 24 gün ötürməsinin üzürlü hesab edilməsinə əsas vermir. Cavabdehin şikayətdə qeyd etdiyi müddətlə bağlı anlayışının olmaması dəlili ilə bağlı məhkəmə kollegiyası izah edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnaməni aldığı tarixdən sonra da apelyasiya şikayəti vermə müddətini ötürmüş və bunun üzürlü səbəbdən baş verməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmur və birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən, düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpa olunması barədə Cavabdeh1 ərizəsinin təmin edilməsindən imtinaya dair həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4328/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4328/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver