Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4329/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 12 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi, Cavabdeh 10 avqust 2019-cu il tarixli 34 saylı alqısatqı müqaviləsi üzrə 480 manat əsas borc, 240 manat cərimə borcu; 13 avqust 2019-cu il tarixli 42 saylı alqı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, 388 manat cərimə borcu; 18 avqust 2019-cu il tarixli 087 saylı alqı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 200 manat cərimə borcu; 18 avqust 2019-cu il tarixli 47 saylı alqı-satqı müqaviləsi üzrə 2770 manat əsas borc, 1385 manat cərimə borcu; 21 avqust 2019-cu il tarixli 51 saylı alqı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 160 manat cərimə borcu; 02 sentyabr 2019-cu il tarixli 3 saylı alqı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 140 manat cərimə borcu; 05 sentyabr 2019-cu il tarixli 4 saylı alqı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 485 manat cərimə borcu və 11 sentyabr 2019-cu il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 684 manat əsas borc, 392 manat cərimə borcu olmaqala, cəmi 10070 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-1410/21) İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 12 saylı alqı-satqı müqaviləsinə xitam verilmiş, Cavabdeh 10 avqust 2019-cu il tarixli 34 saylı alqı-satqı müqaviləsi üzrə 480 manat əsas borc, 20 manat cərimə borcu; 13 avqust 2019- cu il tarixli 42 saylı alqı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, cərimə borcu 30 manat; 18 avqust 2019-cu il tarixli 087 saylı alqı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 20 manat cərimə borcu; 18 avqust 2019-cu il tarixli 47 saylı alqı-satqı müqaviləsi üzrə 2770 manat əsas borc, 100 manat cərimə borcu; 21 avqust 2019-cu il tarixli 51 saylı alqı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 10 manat cərimə borcu; 02 sentyabr 2019-cu il tarixli 3 saylı alqı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 10 manat cərimə borcu; 05 sentyabr 2019-cu il tarixli 4 saylı alqı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 40 manat cərimə borcu və 11 sentyabr 2019-cu il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 684 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 6940 (altı min doqquz yüz qırx manat) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2019-cu il tarixli 34 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 600 manat məbləğində kredit üsulu ilə hər ay 60 manat ödəməklə Samsung A40 mobil telefon, 13 avqust 2019-cu il tarixli 42 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 940 manat məbləğində kredit üsulu ilə hər ay 94 manat ödəməklə Samsung A70 mobil telefon, 18 avqust 2019-cu il tarixli 087 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 600 manat məbləğində kredit üsulu ilə hər ay 50 manat ödəməklə WF8590NLW8DYLP Samsung paltar yuyan maşın, 18 avqust 2019-cu il tarixli 47 saylı alqısatqı müqaviləsinə əsasən 12 ay müddətinə 3120 manat məbləğində kredit üsulu ilə hər ay 270 manat ödəməklə “İphone XS MAX 256 GB” markalı mobil telefon, 21 avqust 2019-cu il tarixli 51 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 380 manat məbləğində kredit üsulu ilə hər ay 30 manat ödəməklə Xiaomi Redmi S2 mobil telefon, 02 sentyabr 2019-cu il tarixli 3 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 330 manat məbləğində kredit üsulu ilə hər ay 33 manat ödəməklə Samsung A10 mobil telefon, 05 sentyabr 2019cu il tarixli 4 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 970 manat məbləğində kredit üsulu ilə hər ay 97 manat ödəməklə Samsung A70 mobil telefon, 11 sentyabr 2019cu il tarixli, 12 saylı alöı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 684 manat məbləğində kredit üsulu ilə hər ay 57 manat ödəməklə Samsung A50 markalı mobil telefon cavabdehə satılmışdır. Cavabdeh müqavilələr üzrə borcları ödəməmiş və 10 avqust 2019cu il tarixli 34 saylı alqı-satqı müqaviləsi üzrə 480 manat əsas borc, 240 manat cərimə borcu; 13 avqust 2019-cu il tarixli 42 saylı alqı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, cərimə borcu 388 manat; 18 avqust 2019-cu il tarixli 087 saylı alqı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 200 manat cərimə borcu; 18 avqust 2019-cu il tarixli 47 saylı alqısatqı müqaviləsi üzrə 2770 manat əsas borc, 1385 manat cərimə borcu; 21 avqust 2019cu il tarixli 51 saylı alqı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 160 manat cərimə borcu; 02 sentyabr 2019-cu il tarixli 3 saylı alqı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 140 manat cərimə borcu; 05 sentyabr 2019-cu il tarixli 4 saylı alqı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 485 manat cərimə borcu və 11 sentyabr 2019-cu il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 684 manat əsas borc, 392 manat cərimə borcu olmaqla, cəmi 10070 manat borcu yaranmışdır. Borcluya pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə olunmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək dəbbə pulunun tələb edilməsini heç bir faktla və sübutla əsaslandırmamışdır, onun hesablanması üçün heç bir ekspertiza keçirməmişdir və ən əsası Yasamal Rayon Məhkəməsi 02 sentyabr 2019-cu il tarixli 3 saylı alqı-satqı müqaviləsi istisna olmaqla bütün digər alqı-satqı müqavilələri üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanması barədə qərar qəbul etmişdir. Yasamal Rayon Məhkəməsi heç bir əsas olmadan qanunvericiliyin tələblərini nəzərə almadan öz istəyi əsasında dəbbə pulunu dəyişmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı apellyasiya şikayətində qətnamənin bütünlüklə ləğv olunmasını xahiş etsə də, faktiki olaraq qətnaməni qismən - dəbbə pulunun azaldılması hissəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin dəbbə puluna aid hissəsinə qiymət verərkən göstərmişdir ki, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 18.08.2019-cu il tarixli, 47 №-li alqı-satqı müqaviləsi üzrə 1385 manat deyil, 100 manat, 18.08.2019-cu il tarixli 87 №-li alqı-satqı müqaviləsi üzrə 200 manat deyil 20 manat, 13.08.2019-cu il tarixli 42 №-li alqı-satqı müqaviləsi üzrə 388 manat deyil 30 manat, 10.08.2019-cu il tarixli 34 №li alqı-satqı müqaviləsi üzrə 240 manat deyil 20 manat, 11.09.2019-cu il tarixli 12 №-li alqısatqı müqaviləsi üzrə 392 manat deyil 30 manat, 05.09.2019-cu il tarixli 4 №-li alqı-satqı müqaviləsi üzrə 485 manat deyil 40 manat, 02.09.2019-cu il tarixli 3 №-li alqı-satqı müqaviləsi üzrə 140 manat deyil 10 manat, 21.08.2019-cu il tarixli 51 №-li alqı-satqı müqaviləsi üzrə 160 manat deyil, 10 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini bu hissədə hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, həqiqədən də iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun miqdarı əsas borclara nisbətdə tənasübsüz qaydada yüksək olmuşdur. İddiaçı faktiki olaraq hər bir müqavilə üzrə əsas borcun yarısı qədər dəbbə pulu tələb etmişdir ki, bu da borclunu maddi cəhətdən əlverişsiz vəziyyətə gətirib çıxara bilər. Birinci instansiya məhkəməsi ağlabatan məbləğdə dəbbə pulu tutmaqla düzgün nəticəyə gəlmişdir və tutulan dəbbə pulu müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmış, onun vəziyyətini pisləşdirən heç bir hal olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və qeyd edir ki, şikayətdə göstərilən hallar öz təsdiqini tapmamışdır. Yəni, dəbbə pulu tənasübsüz şəkildə yüksək olmuşdur. Qanunverici məhkəmələrə heç bir ekspert rəyinə zərurət olmadan dəbbə pulunu azaltmaq səlahiyyəti vermiş və məhkəmə də qanunla ona verilmiş bu səlahiyyətdən istifadə edərək tələb olunan dəbbə pulunun miqdarını azaltmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Rəşad Həsənov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4329/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4329/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver