Məhkəmə qərarları › İş №2(103)-4330/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4330/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4330/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 10390.58 manat məbləğində əsas borc və 1796.1 manat faiz borcu olmaqla, ümumilikdə 12186.68 manat və 20 manat məbləğində ödənillmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Səbail Rayon Məhkəməsinin 2(009)-367/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10390,58 manat məbləğində əsas borc, 1796,01 manat məbləğində faiz borcu, ümumilikdə isə 12186,68 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2(009)- 367/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən məhkəməyə apellyasiya şikayəti təqdim etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-367/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilərək, şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsində göstərilən ünvanda pasport qeydiyyatında olsa da, orada yaşamır. Bu səbəbdən də onun məhkəmənin olmasından xəbəri olmamış və məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə həmin ünvana göndərilsə də cavabdeh tərəfindən alınmayıb və xəbərnamədə olan imza ona məxsus deyil. Cavabdeh qeyd edilənlərə əsasən, şikayətinin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh2 şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçı və digər cavabdehlərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini işin materialları ilə birgə araşdırıraq hesab edir ki, şikayət təmin edilməməlidir. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarında olan xəbərnamədən (i.v.81) görünür ki, Cavabdeh2 Səbail Rayon Məhkəməsinin 2(009)-367/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsini xx xxxxxx 2019-cu ildə şəxsən almış, apellyasiya şikayətini müddəti ötürməklə xx xxxxxx 2020-ci il tarixdə vermişdir. Bununla yanaşı, apellyasiya şikayətinə müddətin bərpası ilə bağlı ərizə əlavə edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan maddələrin tələbinə görə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbindən apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı qanunu və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar