Məhkəmə qərarları › İş №2(103)-4333/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4333/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4333/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nin cavabdeh X2 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-1178/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx xxxx 2010-cu il tarixli 1xx/xx/1069/10/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 1698,02 ABŞ dolları əsas borc, 1811,79 ABŞ dolları faiz borcu, 258,24 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 3768,05 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 1698,02 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1178/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə öhdəliyi təsdiq edən kredit müqaviləsinin təqdim edilməməsinə əsaslanmışdır. Lakin məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur, həmin sənədlərdən göründüyü kimi mübahisələndirilən kredit müqaviləsi üzrə müvafiq ödənişlər edilmişdir. Ödənişlərin mövcudluğu kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, xx xxxx 2010-cu il tarixli 1xx/xx/1069/10/1 saylı kredit müqaviləsinə əsasən X1 1698,02 ABŞ dolları məbləğində əsas, 1811,79 ABŞ dolları faiz, 258,24 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 3768,05 ABŞ dolları məbləğində borcu vardır. Ləğv prosesində olan “xxxx” KB QSC-nin cavabdeh X2 ünvanladığı xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı cavabdehlə arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehin icra etmədiyi öhdəliklər nəticəsində yaranmış borcunun ödənilməsini tələb edir. Birinci intansiya məhkəməsi iş materiallarında cavabdehin Banka qarşı borc öhdəliyini təsdiq edən müqavilə olmadığından və iddiaçının cavabdehə pul verilməsini təsdiq edən digər əsaslar müəyyən edilmədiyindən iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının iddia tələbində tələb etdiyi borc məbləği cavabdehlə arasında bağlandığını istinad etdiyi xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmışdır, hansıki həmin kredit müqaviləsi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edilməmişdir. Eləcə də həmin müqavilə üzrə cavabdehə 1.609,02 ABŞ dolları məbləğində kreditin verilməsini təsdiq edən kassa məxaric sənədi də təqdim olunmamışdır. İddianın əsasılığına dair yalnız cavabdehin adına tərtib olunmuş hesabdan çıxarış və maliyyə arayışı əlavə olunmuşdur. Apellyasiya şikayətində də iddiaçı cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışların təqdim olunduğuna əsaslanaraq, həmin sənədlərin kreditin mövcudluğunu və borcun olduğunu təsdiq etdiyini qeyd etmişdir. "Banklar haqqında'' Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən 2013-cü il 30 iyul tarixli 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında" Təlimatın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. Göründüyü kimi, banklar tərəfindən müvafiq sənədlərin saxlanması üçün müddət müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. İddiaçı tələb etdiyi borc öhdəliyini təsdiq edən müqaviləni və kassa məxaric sənədini təqdim edə bilmir, maliyyə arayışının olması isə kredit müqaviləsinin mövcudluğuna əsas vermir və ona əsaslanaraq iddia tələbinin təmin edilməsi yolverilməzdir. Kredit müqaviləsinin və müvafiq əməliyyatları əks etdirən digər sənədlərin saxlanılması Bankın öhdəliyi olduğundan hazırda həmin sənədlərin olmamasına görə də məsuliyyət Bankın üzərindədir. İddiaçı hazırda tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1178/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar