Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4334/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəicəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının avtomobilinin zədələnməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.819,41 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, maddi zərərin əvəzi kimi 2.819,41 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş verib, cavabdehin idarə etdiyi “VAZ-21063” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olan “Subaru Forester” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşub. Hadisə cavabdehin təqsiri üzündən baş verib, bu, inzibati xəta haqqında qərarla təsdiq olunub, qərar qanuni qüvvəyə minib. Toqquşma nəticəsində iddiaçıya məxsus olan avtomobil mexaniki zədə aldığından iddiaçı maddi zərər çəkib. "xxxx" MMC tərəfindən verilmiş SUB-37261 nömrəli İş kartına görə iddiaçıya məxsus avtomobilin təmir-bərpası üçün 2.819,41 manat tələb olunur. Ona görə də Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişləri baxımından iddiaçı maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir, cavabdeh isə maddi zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınıb, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştirak etməyib, iddiaçının tələbinə və onun sübutlarına etirazını bildirməyib, özü isə məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının təqdim etdiyi sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4334/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4334/2022
24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver