Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4344/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun, faizlərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6623/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli “Borc müqaviləsi” üzrə ödənilməli olan 9.500,00 (doqquz min beş yüz) manat məbləğində borcun, gecikdirilmiş müddət ərzində 356,24 (üç yüz əlli altı manat, 24 qəpik) manat məbləğində faizin, xx xxxxxxx 2018-ci il tarixli “Borc müqaviləsi” üzrə ödənilməli olan 5.000,00 (beş min) manat məbləğində borcun, gecikdirilmiş müddət ərzində 187,50 (bir yüz səksən yeddi manat, 50 qəpik) manat məbləğində faizin, cəmi isə 15.043,74 (on beş min qırx üç manat, 74 qəpik) manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6623/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 9500 (doqquz min beş yüz) manat əsas borc, 356,24 (üç yüz əlli altı manat, iyirmi dörd qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%lə hesablanmış) faiz borcu olmaqla, cəmi 9856,24 (doqquz min səkkiz yüz əlli altı manat, iyirmi dörd qəpik) manatın, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat əsas, 187,50 (bir yüz səksən yeddi manat, əlli qəpik) manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 5187,5 (beş min yüz səksən yeddi manat, əlli qəpik) manatın, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.074,14 (on beş min yetmiş dörd manat, on dörd qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6623/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tam şəkildə ləğv edilərək, “xx xxxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 9500 manat borcun və xx xxxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 5000 manat borcun ödənilməsi” hissəsi üzrə icraata xitam verilməsi barədə qərardad və iddia tələblərinin faizlərin tutulması hissəsində isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı borc müqavilələrinin bağlandığı notariat orqanı vasitəsi ilə icra qeydinin aparılacağı barədə ona bildiriş göndərmişdir. İş materiallarında tərəfindən verilmiş vəsatətə əlavə etdiyi Nəsimi rayon İcra və Probasiya Şöbəsinin məktublarından və icraata başlama haqqında qərarlarından məlum olmuşdur ki, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən 8İ-8359 saylı, xx.xx.2019-ci il tarixli və 8İ-8360 saylı, xx.xx.2019-cu il tarixli icra qeydləri verilmişdir. Həmin icra qeydlərindən ondan İddiaçı xeyrinə 9500 və 5000 manat pulun tutulmalı olduğu göstərilmişdir. O, cavabdeh Bakı şəhər 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 8İ-8359 saylı, xx.xx.2019-cu il tarixli və 8İ- 8360 saylı, xx.xx.2019-cu il tarixli icra qeydlərinin ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin, onun şikayəti əsasında qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1796/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-2319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Kollegiya hesab etmişdir ki, mövcud vəziyyət icra qeydinin ləğvi barədə iddiaya məhkəmədə baxılmasını istisna etmir. Mübahisələndirilən icra qeydləri hal-hazırda da mövcuddur və hüquqi qüvvəyə malikdir. Onlar qüvvədən düşməmiş – etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Tələbkarın ərizəsi əsasında icra qeydinin geri qaytarılması eyni şəxsin ərizəsi ilə onun yenidən icraya yönəldilməsini istisna etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə qədər qaytarmaq şərtilə 9500 manat, xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə xx.xx.2019-cu il tarixə qədər qaytarmaq şərtilə 5000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə 14500 manat məbləğində pul verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 324.1, 324.2, 331.1, 385.1, 442, 739.1, 740.1, 740.2 maddələrini tətbiq etməklə əsas borcun, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməklə 5 faiz məbləğində pulun tutulması barədə əsaslı nəticəyə gəlmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, hər iki kredit müqaviləsi üzrə 1 saylı Notariat Ofisi tərəfindən icra qeydi verilsə də iddiaçı hər iki icra sənədlərinin geri qaytarılması barədə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarları ilə icra sənədləri İddiaçı geri qaytarılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6623/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4344/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4344/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver