Məhkəmə qərarları › İş №2(103)-4344/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4344/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4344/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1215/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi 15, döngə 2 saylı mənzilin mülkiyyətçisi olmuş mərhum anası X2 adına hesablanmış 1272,75 manat məbləğində zərərin (cərimənin) qanunsuz hesab edilməsinə və həmin qanunsuz zərərin (cərimənin) silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - iddiaçının yaşadığı ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə abonent X1 cərimə hesablanmışdır. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazırda qeyd edilən ünvanda İddiaçı yaşayır və təbii qazdan istifadə edir; -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7701/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh 27 sentyabr 2021-ci il tarixində cavabdeh X4 qarşı cavabdeh tərəfindən ona vurulmuş 1272,75 manat məbləğində zərərin və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 1302, 75 manat pulun cavabdehdən məcburi qaydada tutularaq Cavabdeh bank hesabına ödənilməsi barədə tələbinə dair mülki iş üzrə icraata ölmüş şəxsə qarşı iddia tələbi yönəldilə bilməməsi əsası ilə xitam verilmişdir(iş səh.3-4). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1215/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 (Abonent kodu: **********00000) ünvanı üzrə hesablanmış 1272,75 manat məbləğində borcun silinməsi, 32,73 manat məbləğində dövlət rüsumunun "Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 448.2; "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, Mülki-Prosessual Məcəllənin 119.2; "Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 4.9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, əsassız olaraq yazılmış 1272,75 manat məbləğində borc silinməlidir. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1215/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 462.1, 467, 1097.1; Mülki Prosessual Məcəlləsinin 77, 88, 97.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə istinadən qeyd edilmişdir ki, borc məbləği iddiaçıya təbii qazdan sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə edilməsi nəticəsində yazılmışdır. Faktlarla bağlı əməkdaşlarımız tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1272,75 manat həcmində qazın talandığı müəyyən edilmişdir. İş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 1272,75 manat təşkil etmişdir. Lakin, 1-ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “CƏRİMƏ" borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir.İddiaçının təqsirli hərəkətləri nəticəsində Cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmış, 1- ci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddiaçı “ Qazdan istifadə Qaydaları"nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etmişdir. İş materiallarında fotoşəkillərin mövcud olmasına baxmayaraq məhkəmə tərəfindən heç bir ekspertiza keçirilmədən qeyri-obyektiv qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil borc məbləğinin necə yarandığını bilmədiklərini, aktlardan, Binəqədi rayon Məhkəməsində işə baxılmasından məlumatlı olmadıqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından şikayətin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, mülkiyyətçinin hüquq varisi–istehlakçı olan iddiaçının pozuntu törətməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Məbləğə və sübutlara münasibətdə qeyd edilməlidir ki, cavabdeh aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsinin öz təsdiqini tapmasını və dəymiş ziyan hesabatları tərtib edilərək 1272,75 manat həcmində qazın talandığı qeyd etsə də, bunun məhz istehlakçının təqsirli hərəkət-hərəkətsizliyi nəticəsində yarandığına dair təkzibedilməz və mötəbər sübutları birinci instansiya məhkəməsində icraat zamanı müzakirəyə təqdim etməmiş, məbləği cavabdeh özü təsdiq etdiyindən müvafiq xüsusi biliyə malik olan şəxsin araşdırmada iştirak edilməsinə zərurət müəyyən edilmir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1215/2022 saylı işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar