Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4344/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən törətdikləri cinayət əsasında ona dəymiş maddi ziyan şəklində 47.125 manat, əldə çıxmış fayda kimi 96.000 manat, cəmi 143.125 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 manat və əldən çıxmış fayda kimi 96.000 manat olmaqla, ümumilikdə 143.125 manat pulun ödənilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1718/2021 nömrəli qətnaməsinin hüquqi əsası tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədir. Sözügedən müqavilənin bağlanılmasının hüquqi əsasını Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 1(103)-566/2020 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh1 məhz tələbdə qeyd olunan xüsusatlar üzrə iddiaçıya cinayət əməli nəticəsində vurulmuş maddi zərər təşkil edir. Bu səbəbdən, mübahisə predmetinə dair tərəflər arasında mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsi əsas götürülməklə mülki işə Cavabdeh1 aid olan hissədə xitam verilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(004)-1718/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh1 9008 manat borc pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin istinad etdiyi bu qətnamədən müəyyən olunur ki, həmin iddia tələbində iddiaçı Cavabdeh1 ilə arasında bağlanmış müqaviləyə əsasən ödənilməmiş pul məbləğini tələb etmişdir (müqavilədən əmələ gələn öhdəlik). İddiaçının hazırki tələbinin əsası isə fərqlidir, belə ki, iddiaçı hazırki tələbində istintaq zamanı ona vurulması müəyyən edilmiş maddi ziyanı və əldən çıxmış faydanı tələb edir (deliktdən əmələ gələn öhdəlik). Göründüyü kimi mübahisə predmeti və əsasları eynilik təşkil etmir. Məhkəmə isə bu halları nəzərə almadan mübahisə predmetinə dair tərəflər arasında mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına əsaslanaraq icraata xitam verilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4344/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4344/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver