Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4345/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ("pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1395/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* manat məbləğdə pul vəsaiti və ödənilən 1490 manat məbləğdə dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun tərəfindən 13 mart 2022-ci il tarixində ******* manat məbləğdə pul vəsaiti borc kimi Cavabdeh verilmişdir. Cavabdeh onun tərəfindən borcun verilməsi 13 mart 2022-ci tarixli aktla rəsmiləşdirilmiş və həmin akt cavabdeh və iddiaçı tərəfindən imza ilə təsdiq edilərək, videoyazı ilə lentə alınmışdır. Aktdan da aydın olur ki, Cavabdeh ******* manat ona olan borcunu 01 yanvar 2023-cü il tarixinədək hissə-hissə on ay müddətində ödəməyi öz öhdəliyinə götürdüyünü bildirmiş və aktı öz imzası ilə təsdiq etmişdir. Ödəniş qrafikindən görünür ki, 2022-ci il mart ayından dekabr ayına qədər müddət ərzində Cavabdeh hər ay 152000 manat ödəməli olmuşdur. Ödəniş qrafiki iki dəfə pozularsa, bu kobud pozuntu hesab olunur və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlıdır. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən aktda nəzərdə tutulan pul məbləğinin tam şəkildə ona ödənilməsi hələ də həyata keçirilməmişdir. Sözügedən şəxs tərəfindən ona olan borc məbləğindən sadəcə 120000 manat məbləğdə pul vəsaiti qaytarılmışdır. Hazırda cavabdehin ona ******* manat məbləğdə borcu mövcuddur. Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3cü maddəsinə əsasən təqsirləndirilməsinə dair 1(005)-377/2022 nömrəli cinayət işi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Həmin şəxs hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. İş üzrə bir neçə şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)-1395/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 779, 783-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tapşırıq müqaviləsinin işlərin konkret nəticə əldə olunmasına təminat vermədən icra edilməli olması ilə bağlı şərtinin tərəflər arasında mövcud olub-olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə razılaşmalarının məhz konkret müsbət nəticə əldə edilməsi şərti ilə bağlandığını qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə aktlarından göründüyü kimi iddiaçı məhkəmə proseslərində Cavabdeh deyil, «Çinar-An” MTK-nın nümayəndəsi qismində iştirak etmişdir. Eyni zamanda, iş materialları ilə iddiaçının Cavabdeh hüquqi yardım göstərməsi və ya onun hər hansı tapşırığını yerinə yetirməsi və tərəflər arasında olan razılaşmanın konkret nəticə əldə olunmasına təminat verərək bağlanması müəyyən edilmir. İddiaçı bu barədə tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, tapşırıq müqaviləsi üzrə vəkalət verənin məruz qaldığı ziyana görə vəkalət alanın məsuliyyəti yalnız vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsindən ibarət halın müəyyən edilməsi ilə şərtləndirilmişdir. Vəkalət alanın vicdanlılıq dərəcəsinin ölçü meyarı kimi isə peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər və vəkalət verənin, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri ilə bağlı bildiyi və ya bilməli olduğu hallar nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçının məruz qaldığı zərərə görə cavabdehin məsuliyyətini nəzərdə tutan bu şərtlərdən hər hansı birinin olması müəyyən edilmir. Digər tərəfdən cavabdehin tapşırığın lazımi vicdanlılıq nümayiş etdirmədən etməsi də müəyyən edilmir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: - 13 mart 2022-ci il tarixli akta əsasən Cavabdeh və İddiaçı aşağıdakı məzmunlu akt imzalamışlar: Cavabdeh İddiaçı olan ******* manat məbləğində borcu 01 yanvar 2023-cü il tarixədək hissə-hissə 10 ay müddətində ödəməyi öhdəsinə götürür. Borcunu ödəmədiyi təqdirdə qanunvericiliyə uyğun məsuliyyətini bilir. Akt öz sözləri ilə yazılmışdır; - 13 mart 2022-ci il tarixli akta əlavə ödəniş qrafikinə əsasən Cavabdeh İddiaçı olan ******* manat məbləğdə borcu 01 yanvar 2023-cü il tarixədək hissə-hissə 10 ay müddətində hər ay 152000 manat ödəməyi öhdəsinə götürür. Ödəniş qrafiki iki dəfə pozularsa, bu kobud pozuntu hesab olunur və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlıdır; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2-1(82)- 2327/2019 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(82)- 2327/2019 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2-1(102)-1120/2020 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(103)-938/2021 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, e-2-2(113)-1386/2021 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2- 1(103)- 1019/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(103)-212/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar- AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, e-2-2(113)-1401/2021 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2(113)- 2700/2021nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1332/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar- AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci tarixli, 2-1(102)-1726/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTK-nın nümayəndəsi qismində çıxış etmişdir; - Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(82)- 1419/2019 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "Çinar-AN” MTKnın nümayəndəsi qismində çıxış etmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borc müqaviləsinin predmetini tapşırıq müqaviləsinə aid edərək, iddianı rədd etmişdir. Əsas olaraq isə vaxtilə Cavabdeh nümayəndəsi olduğu "Çinar-AN” MTK-nı dəfələrlə məhkəmələrdə tapşırıq müqaviləsi əsasında təmsil etməyi göstərilmişdir. Məhkəmədə "Çinar-AN” MTK-nı dəfələrlə təmsil edərək, öncədən Cavabdeh ilə danışığına əməl edərək onun nümayəndəsi olduğu və həmçinin müəssisənin maliyyə, vergi borclarında maraqlı şəxs olaraq onunla razılaşmaya əməl edərək büdcəyə olan 4 milyona yaxın vergi borcu, maliyyə sanksiyası, faiz üzrə borcların ləğv edilməsi üzrə uğurla hüquqi yardım göstərmiş və öz üzərinə düşən işi yerinə yetirərək, bütün borcların hesablanmasına əsas olan qərarların ləğvi üzrə uğurlu nəticənin əldə edilməsinə nail olmuşdur. Ancaq bunun üçün hər hansı tapşırıq müqaviləsi tərtib edilməmişdir. Cavabdehlə razılaşmaya uyğun olaraq ödənilməli olan borc məbləğindən sadəcə 120000 manat ödənilməsi, qalan ******* manatın isə müxtəlif bəhanələrlə ödənilməsindən yayınması və sözünə əməl etməməsi həmçinin qarşılıqlı olaraq ödəmə şərtlərini belə təsdiq etdiyi müqavilə və akt şərtlərinə əməl edilməmişdir. Lakin iddianın predmeti olan ******* manat borcun ödənilməsi tapşırıq müqaviləsinə əsasən deyil, Cavabdeh öz sözləri və öz imzası ilə təsdiq etdiyi akt və əlavəyə əsaslanmışdır. Cavabdeh özü də bu borc məbləğinin ödənilməsi barədə aktı və ödəmə şərtlərini təsdiq etmiş və borc müqaviləsinə əsasən ödənilməli pul vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. Buna görə də, borcun ödənilmiş hissəsi istisna olmaqla geri qalan ******* manat məbləğdə pul vəsaitini ona ödəməlidir. Borc müqaviləsinin predmetinin məbləği ******* manat olduğundan və məbləğ 3000 manatdan çox olduğu üçün müqavilə yazılı formada bağlanmışdır. Bu da müqavilənin etibarlı olmasını təmin edən şərtlərdən biri olan formanın tələblərinə riayət edildiyini göstərmişdir. Cavabdeh məhkəmə iclasında borcun məbləğini, ödənilmə şərtlərini imzası ilə təsdiq etdiyini, borcun ödənilməsi və mübahisənin aradan qaldırılması üçün vaxt istəmiş, həmin vaxt məhkəmə tərəfindən verilsə də borc ödənilməmişdir. Borc öhdəliyinin olduğunu təsdiq edən akt və ödəmə şərtləri barədə müqavilə isə yazılı formada və hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Məhkəmə sübutlara obyektiv, hərtərəfli baxdıqdan sonra həmin sübutlara əsasən hüquqi qiymət verməli idi. Lakin, borc müqaviləsini, o cümlədən müqavilənin imzalandığını sübuta yetirən video-lent yazının da olmasına baxmayaraq, hakim tapşırıq müqaviləsi olaraq qiymətləndirmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5408/2023 nömrəli, 10 oktyabr 2023ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)-1395/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5408/2023 nömrəli, 10 oktyabr 2023ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1042/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5408/2023 nömrəli, 10 oktyabr 2023ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 407.2, 416.1, 416.2, 417.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya məhkəməsi hazırki iş üzrə iddiaçının 13 mart 2022-ci il tarixli aktını mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirərərk etiraf olunan borcun yaranma əsası kimi göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin hüquqi əsas olaraq tapşırıq müqaviləsinə istinad etməsini düzgün hesab etməmiş, lakin iddiaçının müqavilə kimi qiymətləndirdiyi 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki özözlüyündə etibarsız əqd hesab etmiş və qeyd etmişdir ki, həmin əqd fiziki şəxs olaraq Cavabdeh iddiaçıya heç bir borcu olmadığı halda onun öz üzərinə öhdəlik götürməsi şərtini özündə əks etdirmişdir. Müqaviləyə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) verilən anlayışın özündə "mövcud” sözünün işlənməsi də onu təsdiq etmişdir ki, bu əqdin bağlanması üçün borc mövcud olmalıdır ki, həmin borc etiraf edilsin. apellyasiya məhkəməsi tərəfindən 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafikinin mövcud borcun etirafı haqqında müqavilə kimi etibarsız olması barədə mövqeyi Mülki Məcəllənin 882ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin:6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 13 mart 2022-ci il tarixdə cavabdehin iddiaçıya ******* manat məbləğində borcunun olması barədə sadə yazılı əqd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tərtib edilmiş 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki (sadə yazılı əqd) əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur. Cavabdeh belə bir əqdin tərtib və imzalandığını, borcu etiraf etdiyini və həmin borcdan 120000 manat ödədiyini mübahisələndirməmiş, sadəcə həmin əqddə göstərilən borcun ona yox "Çinar AN” MTK-ya aid olduğunu, bu əqd üzrə öhdəlliyin MTK tərəfindən icra edilməli olduğunu göstərmişdir. Apellyasiya məhkəməsi isə həmin əqdin məzmununu düzgün təfsir etməmiş, həmin sənədin yazılı olmasını, məzmunundan cavabdehin iddiaçıya ******* manat məbləğində borcunun olmasını etiraf etdiyini, yəni müqavilənin mühüm şərtlərinin həmin əqddə əks olunduğunu nəzərə almamış, həmin sənədi tərəflər arasında həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut kimi qəbul etməmiş, bu əqdi özlüyündə etibarsız əqd hesab etmiş və qeyd etmişdir ki, həmin əqd fiziki şəxs olaraq Cavabdeh iddiaçıya heç bir borcu olmadığı halda onun öz üzərinə öhdəlik götürməsi şərtini özündə əks etdirmişdir. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) qüvvəsi üçün yalnız bir şərt vardır ki, o da borc öhdəliyinin yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilməsidir. Həmçinin Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən borcun etiraf edilməsi haqqında müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu şərtlə ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmasın. Yazılı şəkildə tərtib edilmiş və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş borcun etirafı haqqında müqaviləyə əsasən borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir. Borclu başlıca əqddən təcrid edərək seçdiyi borcu etiraf edir və bu əqdin etibarlılığı öz əsası olan əqdin məqsədindən asılı deyildir.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin heç bir borcu olmadığı halda cavabdehin öz üzərinə öhdəlik götürməsi barədə xx.xx.2022-ci il tarixli əqdi etibarsız olması barədə gəldiyi nəticə əsaslandırılmamış və yuxarıda qeyd edilən borcun etirafı haqqında müqavilənin hansı əsaslara görə qüvvəsinin olmaması və yaxud başlıca əqddən irəli gələn hər hansı etirazın irəli sürülməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hansı göstərişlərin olması dəqiq göstərilməmiş, Mülki Məcəllənin 882-ci maddəsinin tələbləri işə düzgün tətbiq edilməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərarın qəbul edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, cavabdehlə arasında borc münasibətini təsdiq edən akt olduğunu, aktın özü və cavabdeh tərəfindən imzalanaraq təsdiq edildiyini, video yazı ilə lentə alındığını, aktın məzmunundan da göründüyü kimi cavabdehin ona ******* manat borcunu xx.xx.2023-cü il tarixinə qədər hissəhissə olmaqla 10 ay ərzində ödəmək öhdəliyinin olduğunu, ödəniş qrafikinin iki dəfə pozulduğu halda bunun kobud pozuntu hesab edildiyini və tələbkarın məhkəməyə müraciət etməkdə haqlı olduğunu qeyd etmiş, cavabdeh tərəfindən ona borc məbləğindən 120000 manat pul vəsaitinin qaytarıldığını, hal-hazırda isə ona ******* manat borcunun qaldığını, eyni zamanda "xxxx" MTK tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən Cavabdeh MTK ilə hər hansı əlaqəsinin olmadığını bildirməklə şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçı ilə aralarında olan borc münasibətlərinə dair xx.xx.2022-ci il tarixli aktdakı imzaların ona aid olduğunu, lakin həmin aktı MTK-nın nümayəndəsi kimi imzaladığını qeyd etməklə, borcun "xxxx" MTK-dan tələb edilməli olduğunu bildirmiş, sədrlik edənin sualına cavab olaraq "xxxx" MTK-nın məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq, apellyasiya şikayətinin dəlilləri əsasında (mübahisə edilən hissədə) tədqiq edilməlidir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq cavabdehin dinlənilməsi həyata keçirilmiş, cavabdeh əqdin onun tərəfindən imzalandığını etiraf etmiş, sadəcə həmin əqddə göstərilən borcun ona yox, "Çinar AN” MTK-ya aid olduğunu, bu əqd üzrə borcun "Çinar AN” MTK -nın nümayəndəsi kimi işlərin görülməsindən yarandığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 777, 779, 783-cu maddələrinə istinadən qeyd etmişdir ki, məhkəmə aktlarından göründüyü kimi iddiaçı məhkəmə proseslərində Cavabdeh deyil, «Çinar-An” MTK-nın nümayəndəsi qismində iştirak etmiş, tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə müvafiq iddiaçının məruz qaldığı zərərə görə cavabdehin məsuliyyətini qanunla nəzərdə tutulan şərtlərdən hər hansı birinin olması, habelə cavabdehin tapşırığın lazımi vicdanlılıq nümayiş etdirmədən etməsi də müəyyən edilmir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) qüvvəsi üçün yalnız bir şərt vardır ki, o da borc öhdəliyinin yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilməsidir. Həmçinin Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən borcun etiraf edilməsi haqqında müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu şərtlə ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmasın. Yazılı şəkildə tərtib edilmiş və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş borcun etirafı haqqında müqaviləyə əsasən borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir. Borclu başlıca əqddən təcrid edərək seçdiyi borcu etiraf edir və bu əqdin etibarlılığı öz əsası olan əqdin məqsədindən asılı deyildir.
14. Məkhəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndə kimi MTK adından çıxış etməsi sübuta yetirilmir, hətta belə bir halın mövcud olduğu təqdirdə hazırki münasibətlərə aid ola bilməz. Belə ki, borcun etiraf edilməsi zamanı mövcud sənədlərdə belə bir qeyd əks olunmamış, cavabdeh öz adından çıxış etmişdir. Diqqətə çatdırılmalıdır ki, hazırki tələb üzrə digər şəxslərin cavabdehə borclu olması araşdırma predmeti ola (tələbdən kənar müzakirə edilə) bilməz, cavabdeh isə borclu olduğu vəsait üzrə dəlillərin digər mübahisədə irəli sürməklə ona borclu olan şəxslərdən tələb etmək hüququna malikdir. Hazırki qarışıq müqavilə üzrə yaranan öhdəliklərə dair qeyd edilməlidir ki, tərəflər özləri arasında və onlara məlum olan mübahisəli məqamları (öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi) qarşılıqlı güzəştlər yolu ilə həll edərək barışıq razılaşması imzalamışlar. Ona görə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
15. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməlidir.
16. Məhkəmə xərcləri (dövlət rüsumu) münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı olduğundan iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1395/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ******* (bir milyon dörd yüz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə 1490 (bir min dörd yüz doxsan) manat, apellyasiya şikayətinin verilməsi üçün 750 (yeddi yüz əlli) manat, cəmi 2240 (iki min iki yüz qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.