Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4346/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və X5 ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisi X3 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasına və sair tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin obyekt iaşə obyekti kimi fəaliyyət göstərir. Obyektin yanında yerləşən Pencə Kəş kafe və Təndir Evi adlı digər obyektin sahibi olan Cavabdeh İddiaçı obyektinin ikinci ehtiyat çıxış qapısını zəbt etmiş, işçilərin giriş-çıxışına maneələr yaratmış, əlavə qanunsuz tikinti apararaq kommmunikasiya xətlərini iddiaçıya məxsus obyektə birləşdirmiş, yanğın təhlükəsizlik qaydalarını kobud şəkildə pozmuşdur. Dəfələrlə həmin obyektin sahibi Cavabdeh və icarədarı X8 maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi, ümumi istifadədə olan əraziyə olan sair maneələrin aradan qaldırılmasını xahiş edilsə də heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X19 Xidmətinin 1-ci ərazi X19 İdarəsinin xx.xx.2019-cu il tarixli 37/Ə-00149 saylı məktubundan müəyyən olunur ki, aparılan araşdırma nəticəsində Pencə Kəş kafe və Təndir Evinin icarədarı X2 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.1- 5.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən onun obyekti ilə ilk iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsinə, ilk iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin qadağan edilməsinə, vurulmuş maddi və mənəvi ziyana görə 50000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən obyekt 1995-ci ildən onun istifadəsindədir. O, Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı özünə məxsus olan obyekti 2013-cü ildə əldə etmişdir. İlk iddia üzrə iddiaçı qonşuluqla bağlı tikinti norma və qaydalarına riayət etmədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ara məsafələrini nəzərə almadan tikililər inşa etdirmişdir. İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə hasar çəkdirən zaman qapının ona məxsus obyekt tərəfdən qoyulmasını xahiş etmiş və o, narazı olsa da, ilkin iddia üzrə iddiaçı qonşuluq münasibətlərini irəli sürərək, heç bir problemin olmayacağını bildirmişlər. Aradan bir müddət keçəndən sonra iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə qanunsuz müdaxilələr olunmağa başlanmışdır. Dəfələrlə haqsız olaraq heç bir aidiyyəti olmayan dövlət orqanlarına barəsində əsassız şikayətlər edilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən onun əmlakı tərəfdən olan qapı sökülməlidir. İlkin iddia üzrə iddiaçının obyekti ilə onun obyektinin arasında heç bir maneə yoxdur. Ümumi istifdədə olan əraziyə girişçıxış onun tərəfindən heç bir halda məhdudlaşdırılmamış, əksinə iddiaçı tərəfindən onun əmlakına qanunsuz müdaxilələr mövcuddur. Onun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər ilk iddiaçıya heç bir maneələr yaratmır, həmin tikililər iddiaçın qeyri-yaşayış sahəsindən kənarda yerləşir. Torpaq sahəsində quraşdırdığı taxta qapı isə həmin sahəyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədi daşıyır. İddiaçı istədiyi vaxt ona müraciət edib öz obyektinə xidmət etmək üçün həmin sahədən istifadə edə bilər. Bununla bağlı ilk iddiaçı tərəfə o, dəfələrlə barışıq sazişi bağlamağı da təklif etmişdir. O, ürək xəstəsidir, İİ qrup əlildir, haqsız şikayətlər nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən o, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən ona məxsus obyekt ilə ilk iddia üzrə iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, ilk iddiaçı tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsinə, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 50000 manatın iddiaçıdan onun xeyrinə tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi olan əri X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən istifadədə olan 0,04021 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 m2 olan qeyri-yaşayış binasından ibarət miras əmlakdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikası MPM-nin 58.1.-ci maddəəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2.-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Birinci instansiya məhkəməsində məhkəmənin qərardadı ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vərəsəsi olan əri X6 ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələri aradan qaldıraraq inşa etdiyi taxta qapını açması vəzifəsinin həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı hüquqi varisi X4 qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən onun obyekti ilə ilkin iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsinə, ilk iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin qadağan edilməsinə, vurulmuş maddi və mənəvi ziyana görə 50000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, X1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması, Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsi həvalə edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarının tərəflər arasındakı mübahisəyə heç bir adiyyatı yoxdur. Yəni tətbiq edilən maddi hüquq norması torpaq sahələri qonşu olan mülkiyyətçilərinin bir-birilərinə hörmət etməsindən və qanunsuz təsirlərdən çəkinməyi nəzərdə tutur. Tərəflər arasındakı mübahisə isə cavabdehin onun obyektinə bilavasitə manəcilik yaratdığı iddia olunur. Yəni, 2-ci ehtiyat çıxış qapısının zəbt etməsi, işçilərin giriş-çıxışına maneələr yaratması, komunikasiya xəttlərinin ona məxsus obyektə birləşdirilməsi. Göründüyü kimi iddia olunan tələblərlə məhkəmənin tətbiq etdiyi maddi hüquq norması arasında hər hansı bir əlaqə yoxdur. Məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında eni 2,75 kv/m olan sahəsi 35 kv/m olan torpaq sahəsinin xx.xx.2006-cı il tarixli 639 saylı icarə müqaviləsinə əsasən 99 il müddətinə Binəqədi Bələdiyyəsi tərəfindən Cavabdeh icarəyə verildiyi göstərilir. İcarəyə götürən Cavabdeh isə icarə müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin torpaq sahəsini isə taxta materiallarından hasara almış və taxta qapı qoymuşdur. Torpaq sahəsinin isə hasara alınması qanunla qadağan olunmayıb. İş üzrə cavabdehin icarə müqaviləsi qüvvədə olduğu və mübahisələndirilmədiyi bir halda məhkəmənin icarəyə götürülmüş sahəni kənar müdaxilələrdən mühafizə etmək və sahibkar kimi kafenin fəaliyyətini təmin etmək məqsədilə qoyulmuş taxta qapının sökülməsi qərarına gəlməsi tam qanunsuzdur. Məhkəmə, qapının sökülməsi qərarına gəlməzdən əvvəl həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən edməli, ümumi istifadədə olub-olmamasına hüquqi qiymət verilməli idi. Məhkəmə, iddiaçının Cavabdeh qarşı belə bir iddia irəli sürməyə subyektiv hüququnun olmamasını nəzərə olmamışdır. Məhkəmə, qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə daxil olmaq üçün qoyduğu qapının iddiaçının qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaradır qənaətinə gələrkən, hansı maneələrin olması, nədə ifadə olunmasını göstərməmiş və əsaslandırılmamışdır. Hansı ki, iddiaçının özünə məxsus qeyri-yaşayış binasına mübahisə edilən sahədən gündəlik, həftəlik və ya aylıq xidmət göstərilməsi üçün ( kondisionerdən başqa) hər hansı bir avadanlığı, qurğusu, giriş-çıxışı və s. yoxdur. Belə olan halda hansı xidmət göstərilməsinə maneçilikdən söhbət gedir məlum deyil. Bundan əlavə iddiaçıya mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada xx.xx.2013cü ildə qeydiyyata alınaraq çıxarış verilib. Cavabdehə isə qeyri-yaşayış sahəsi xx.xx.2001ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilib. Binəqədi Bələdiyyəsi ilə Cavabdeh icarə müqaviləsini xx.xx.2006-cı il tarixdə bağlayıb. Göründüyü kimi, ilk iddiaçı çıxarışı xx.xx.2013-cü il tarixdə aldığı halda cavabdeh icarə müqaviləsini ondan 7 il əvvəl bağlayıb. Yəni, iddiaçı həmin ərazinin taxta materialı ilə hasara alındığını və taxta qapı qoyulduğunu bilirdi. Qətnamədən həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsin və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəməyə xx.xx.2006-cı il tarixli Binəqədi rayon Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinin surətini təqdim edərək bildirmişdir ki, iddia predmetinə aid olan torpaq sahəsi həmin müqavilə əsasında ona icarəyə verilmiş, lakin həmin müqavilənin əslinin və ya notarial təsdiq edilmiş surətinin, eyni zamanda müqavilənin nömrəsinin olmaması həmin icarə müqaviləsinin saxta olması barədə kifayət qədər şübhələr yaradır. Bələdiyyə tərəfindən cavabdehə icarə verilmiş torpaq sahəsinin kimə məxsus olmasını aydınlaşdırmaq üçün iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş və xx.xx.2022-ci il tarixli məktubla müraciət cavablandırılmışdır. Məktunbdan görünür ki, Bakı şəhəri, H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində aid ərazidə yerləşməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-ci il tarixli icarə müqaviləsinin saxtalığını və 3-cü şəxs qismində işə cəlb edilmiş Binəqədi Bələdiyyəsinin vəzifəli şəxslərinin səlahiyyət həddini aşmaları və s halların araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması barədə vəsatət verilsə də, təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 tərəflərindən verilmiş apellasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini hər iki tərəf mübahisələndirdiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəm kollegiyası mülki iş üzrə ilkin və qarşılıqlı iddianın olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk öncə ilkin iddia üzrə, daha sonra isə qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı xx.xx.2013cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 m2 olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları, 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 4708 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 77-a nömrəli mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən, sahəsi 67,7 m2 olan qeyri-yaşayış binasına dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 77 saylı inventar nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X19 Xidmətinin 1-ci ərazi X19 İdarəsinin xx.xx.2019-cu il tarixli 37/Ə-00149 saylı məktubundan müəyyən olunur ki, Pencə Kəş kafe və Təndir Evinin icarədarı X2 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.1-5.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/996 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanındə yerləşən Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olan tikilidən kənarda yerləşdiyindən, həmin tikililər İddiaçı istifadəsində olan tikililərə mane olmur. Lakin ümumi istifadədə olan sahə tərəflərin texniki pasportunda göstərilən sahədən kənarda yerləşdiyini, həmin tikililər arasında olan məsafə Cavabdeh istifadəsində olduğundan və taxta qapı ilə bağlandığından İddiaçı mülkiyyətində olan tikilinin həmin sahədən xidmət olunmasına maneə olunur. ünvan 2 ünvanındə yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən İddiaçı mülkiyyətində olan tikiliyə tərəf açılan ehtiyat girişçıxış qapısı texniki pasportda nəzərdə tutulduğunu və ümumi istifadədə olan sahəyə açıldığını nəzərə alaraq, həmin qapı İddiaçı mülkiyyətindən istifadəsinə faktiki olaraq maneələr yaratmır. Cavabdeh sökülməsini tələb etdiyi qapı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən L.NƏsədovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşdiyi və digər vətəndaşın mülkiyyətində olduğu müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/996 saylı rəyini müdafiə edərək təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamının surətindən müəyyən olunur ki, Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılaraq təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhədlərinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********71 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən (koordinatları x400138, y-4475528) torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir. İş materiallarında olan icarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin surətindən müəyyən olunur ki, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini illik icarə haqqı 25 manat olmaqla sahibkarlıq məqsədi ilə 99 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, icarəçi Cavabdeh icarəyə götürdüyü sahəni özbaşına genişləndirə bilməz. Müqavilənin 2.13-cü bəndindən müəyyən olunur ki, icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etmək, icarəyə götürlmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq icarəçinin vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3667 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanındə yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsinə bitişik inşa edilmiş hər hansı tikili və kommunikasiya xətlərinin mövcud olmadığı müəyyən olunur. Tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin girişində Cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə Cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə İddiaçı məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradır. İş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından Cavabdeh tərəfindən quraşdırılmış mübahisəli taxta qapının xx.xx.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən onun istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmadı. Qeyd olunur ki, həmin qapının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. İddiaçı ilə Cavabdeh məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən qapının İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Texniki Pasport sənədində nəzərdə tutulmadığı müəyyən olunur. İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin ayrı-ayrı sahələr olmasını, aralarında 2,75 metr məsafə olmasını nəzərə alaraq İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmadığı müəyyən edilir. ünvan 2-də yerləşən İddiaçı məxsus qeyriyaşayış binasının faktiki ölçüləri, texniki parametrlərinin iş materiallarında olan çıxarış və texniki pasportunda göstərilənlərə uyğun olduğu müəyyən olunur. İddiaçı məxsus qeyri-yaşayış binasına bitişik tikili mövcuddur. Baxış zamanı iddiaçı həmin tikilinin ona məxsus olmadığını bildirmişdir. Həmin tikilinin və yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan X18 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli 73 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən mülkiyyətçi İddiaçı istifadəsinə manelər yarada bilən, həmin qeyri-yaşayış binasına bitişik tikililər inşa edilməmiş və kommunikasiya xətləri çəkilməmişdir. Cavabdeh tərəfindən bağlanan qapı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən mülkiyyətçi İddiaçı istifadəsinə faktiki olaraq maneə yaratmır. İddiaçı Cavabdeh tətərfindən bağlanması iddia edilən qapı xx.xx.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilən torpaq sahəsində yerləşir. İddiaçı və Cavabdeh məxsus qeyriyaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki sənədlərində nəzərdə tutulmamışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin çıxarış və texniki pasportunda göstərilən tikililərdən əlavə özbaşına tikili inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilən özbaşına tikililər ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışına, fəaliyyətinə maneə yaradır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. Torpaq sahəsinin əks istiqamətində yerləşən Cavabdeh sökülməsini tələb etdiyi qapı bağlı olduğundan həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr .Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçid mümkün deyildir. Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır. ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının divarına Cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2.-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İlkin iddianın mahiyyətindən görünür ki, ilkin iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının, obyektə bitişik olan özbaşına tikililərin sökülməsinin, divarda olan kommunikasiya xətlərinin kənarlaşdırılmasının, obyektin ehtiyat giriş-çıxış qapılarına olan yanğın təhlükəsizliyi üçün manelərin aradan qaldırılmasının və ümumi istifadədə olan ərazinin boşaldılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır, həmin qeyri-yaşayış sahəsinin divarına Cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililər ilkin iddiaçının maraqlarına toxunmadığından, qeyri-yaşayış sahəsinin divarına sonuncu tərəfindən kommunikasiya xətləri çəkilmədiyindən, torpaq sahəsinə ilkin iddiaçıya manelər yaratması mümkün olan kənar əşyalar yığılmadığından ilkin iddia ərizəsi obyektə bitişik olan özbaşına tikililərin sökülməsinin, divarda olan kommunikasiya xətlərinin kənarlaşdırılmasının, obyektin ehtiyat giriş-çıxış qapılarına olan yanğın təhlükəsizliyi üçün manelərin aradan qaldırılmasının və ümumi istifadədə olan ərazinin boşaldılmasının cavabdehə həvalə edilməsi hissələrində təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin yuxarıda qeyd edilən hissələrdə təmin etməməklə düzgün nəticəyə gəlmiş olsa da, ilkin iddia tələbinin “maneələri aradan qaldırılması” hissəsində təmin etməkdə haqlı olmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, ilkin iddiaçı hazırki tələblə çıxış etmək üçün tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında yerləşən 2,75 metr torpaq sahəsinə hər hansı hüquq olmalıdır və bundan sonra iddiaçının qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən maneələrin olub-olmaması müzariə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini illik icarə haqqı 25 manat olmaqla sahibkarlıq məqsədi ilə 99 il müddətinə icarəçi Cavabdeh istifadəsinə vermişdir. Həmçinin birinci instansiya məhkəməsində 3-cü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X13 izahatında göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılmışdır. Lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDR-də qeydə alınmamış, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilməmişdir. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini hər m2 2 manat olmaqla 99 il müddətinə icarəçinin istifadəsinə sahibkarlıq fəaliyyəti göstərmək üçün vermişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənilir. İcarə müqavilələri 10 ildən sonra saxlanması üçün arxivə təhvil verildiyi üçün həmin müqavilənin əsli Binəqədi rayonu Binəqədi Bələdiyyəsində saxlanmamışdır. Torpaq sahəsi Cavabdeh istifadəsinə verildiyindən ilk iddiaçının ona qarşı taxta qapının açılması və sair tələblər irəli sürməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi, iddiaçının tələb etdiyi Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı iddiaçının qeyd etdiyi kimi ümumi istifadə olan torpaq sahəsində deyil, Bələdiyyə ilə Cavabdeh bağlanmış müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmiş torpaq sahəsində yerləşir. İcarəçi Cavabdeh isə icarə müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin torpaq sahəsini taxta materiallarından hasara almış və taxta qapı qoymuşdur ki, bu da qanunla hər hansı formada qadağan olunmayıb. Kollegiya qeyd edir ki, nəticə etibarı ilə Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən icarəçi Cavabdeh istifadəsinə vermiş torpaq sahəsində yerləşdiyindən iddiaçının cavabdehə qarşı maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəlimiş olduğu qənaəti düzgün hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflərə məxsus qeyri-yaşayı sahələri arasında 2,75 metr məsafə olduğundan Cavabdeh mülkiyyətində olan qeyriyaşayış sahəsinə hər hansı bir ziyan vurulmamışdır. Həmçinin Cavabdeh sökülməsini tələb etdiyi qapı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən L.N. Əsədovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşləşməklə başqa şəxsə məxsusdur. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh iddia tələblərində istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı onun açılmasını tələb etdiyi qapının ilkin iddiaçıya aidiyyəti olmadığı, ilkin iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin olmadığı, ona maddi və mənəvi ziyan vurulmadığı öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnamənin ləğvi üçün əsas deyil. Kollegiya ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdehin, yəni icarəçi Cavabdeh icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsi ümumiyyətlə mübahisələndirilməyib hazırda qüvvədədir. Həmin müqavilənin əslinin və ya notarila qaydada təsdiq olunan surətinin təqdim olunması o halda zəruri olardı ki, müqavilə tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilmiş olsun. İş materillarında müəyyən edilir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin həmin müqavilənin mövcudluğunu qəbul etmişdir. Ona görə də kollegiya apellyasiya şikayətində göstərilən dəlilini əsasız sayır və həmin dəlili qətnamənin ləğvi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4346/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4346/2022
13.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver