Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-435/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndələri X2 və Nümayəndə2, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 501/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya illik 25 % ilə 24 ay müddətinə 10,000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Zaminlik Müqaviləsi”nin surətlərindən görünür ki, zaminlər bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdürlər.
3. İddiaçı ASC-nin maliyyə arayışına əsasən, Cavabdeh3 kredit müqaviləsi üzrə 10,000 manat əsas borc, 5694,07 manat faiz borcu, 15,66 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən illik 5% hesablanmaqla 389,20 manat faiz borcu olmaqla ümumilikdə 4555,73 manat borcu mövcuddur.
4. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək, onlardan kredit müqaviləsi üzrə borcun 3 gün ərzində tam ödənilməsi tələb olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10,000 AZN əsas, 5694,07 AZN faiz, 15,66 AZN cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 389,20 manat borcun və 138,30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 25 % olmaqla 10,000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında isə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.
7. Cavabdeh3 iddia ərizəsinə yazılı etiraz verərək, göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman dəfələrlə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən borc götürüb vaxtında ödənişlərini etmişdir. Ölkə ərazisində pandemiyanın yayılması və sərt karantin rejiminin tətbiq edilməsi digər sahibkarları olduğu kimi onu da çətin vəziyyətə salmışdır. Belə ki, onun işi şadlıq sarayları və restoranlara yuyucu vasitələri satmaqdan ibarət olmuşdur. Lakin məlum karantin rejiminin ölkə ərazisində tətbiq edilməsi şadlıq saralarının və restoranların işinin dayandırılmasına səbəb olmuşdur. Bu da öz növbəsində işinin tamamilə dayanmasına və borclarının artmasına səbəb olmuşdur. Cavabdehdən götürdüyü borcun qaytarılması üçün güzəştli şərtlərin tətbiq edilməsindən ötrü cavabdehə müraciət etsə də heç bir müsbət cavab ala bilməmişdir. O, krediti götürdükdən sonra kreditin ilk ayını ödəmək üçün banka yaxınlaşmış və görmüşdür ki, bank fəaliyyətini dayandırıb. Sonra sərt karantin rejimi tətbiq olunmuşdur bank tərəfindən onunla heç kim əlaqə saxlmamışdır. Cavabdeh tərəfindən ona qarşı qaldırılmış iddia borc məbləğinin şişirdilmiş formada tələbi ilə məhkəməyə göndərilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-501/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən yaranmış 10,000 manat əsas, 5455,56 manat faiz, 15,66 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 389,20 manat olmaqla ümumilikdə 15860,42 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 70 manat məbləğində hissəsinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsi isə cavabdehlərdən tutulub dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Rüstəmli).
9. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh3 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia tələbi əsas və faiz məbləği hissəsində təmin edilərək cavabdehdən ümumi qaydada tutulmalıdır. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 389,20 manat zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385ci, 386-cı, 421-ci, 428-ci, 442-ci, 445-ci, 448-ci, 449-cu,463-cü, 467-ci, 470-ci, 472-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88ci maddələrnə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı vaxtında iddia qaldırmayaraq qəsdən 3 il gözləmiş və 3 illik iddia müddətinin bitməsinə 1 ay qalmış məhkəmədə iddia qaldırmışdır. Halbuki Mülki Məcəllə ilə hüquqdan sui-istifadə edilməsi qanunsuzdur. Məhkəməyə təqdim edilmiş qəbzə əsasən o, bankdan 9850 manat pul götürmüşdür. Lakin bank onun 10.000 manat kredit götürdüyünü iddia ərizəsində göstərmişdir. Pretenziya qaydasına əməl edilməmişdir. Belə ki, kredit borcunun ödənilməsi üçün ona və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 göndərilən bildirişlərin güya onlara çatmasını təsdiq edən qəbzlərdə imzalar onların əvəzindən çəkilmişdir. Belə ki, onun əvəzindən bildirişi qəbul edən Cavabdeh2 imzası öz imzası deyildir. Həmin imza bankın məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsindəki imza tamamilə fərqlidir. O cümlədən Jalənin də qəbzdəki saxta imzası ilə şəxsiyyət vəsiqəsindəki imzalar tamamilə fərqlənir. Ən əsası Cavabdeh2 öz əvəzindən və onun əvəzindən guya aldığı bildirişlərin qəbzlərindəki imzalar tamamilə fərqlidir. Həm kredit və zaminlik müqaviləsində nəzərdə tutulmuş mübahisənin danışıqlar yolu ilə həll olunmasına dair müqavilə şərtləri və həm də Mülki Məcəllənin müvafiq normaları kobud şəkildə pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
15. Məhkəmə iclasında iddiaçının nümayəndələri X4 və Nümayəndə2 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, tərəflərin izahatlarını dinləyib, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız faiz borcunun tutulması ilə bağlı hissəsində dəyişdirilməli, digər hissələrdə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
24. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin şişirdilmiş olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişildilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir.
25. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 9/9307 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, ***-*******MK270220-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 25 yanvar 2023-cü il tarixinə İddiaçı ASC olan borcu o cümlədən: 27 fevral 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə 10.000.00 manat, faiz borcu üzrə 5.000.00 manat, 25 yanvar 2023-cü il tarixə (iddia verilən tarixə): əsas borc üzrə 10.000.00 manat, faiz borcu üzrə 5.000.60 manat, faiz borcu üzrə (5%-lə) 455.56 manat müəyyən edilir.
26. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, nə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10000 məbləğində borcdan daha az borcunun olduğunu, nədə ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə ekspertinin rəyində göstərilən borc məbləğindən daha az məbləğdə borcunun yarandığını sübuta yetirə bilir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi, lakin etməmişdir. Məhkəmə kollegiyası da ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış hər hansı ödənişin olmasını müəyyən etməmişdir.
27. İddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir. Bu məbləğə münasibətdə də məhkəmə kollegiyası iddiaçının tələbi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası isə faiz məbləği ilə bağlı 11 yanvar 2024-cü il tarixli, 9/9307 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, işin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə faiz borcuna aid hissədə də öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan kollegiya hesab edir ki, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-501/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh3 5000 manat məbləğində faiz borcu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Digər məbləğlərin tutulması hissəsində hər hansı bir hesablamada pozuntunun olması müəyyən edilməməklə, apellyasiya şikayəti verən şəxs tərəfindən də təqdim edilmədiyindən həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. O cümlədən İddiaçının iddia tələbi ilə müraciət edərəkən 3 illik iddia müddətinin bitməsinə 1 ay qalmış hazırki tələblə müraciət etməsinin hüquqdan sui-istifadə olması ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə də qeyd edilməlidir ki, bu hüquq iddiaçıya qanunla müəyyən edilmiş müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün imkan yaradır və həmin müddətin ötürülməməklə həmin müddət çərçivəsində iddianın qaldırılması hər hansı sui-istifadə halına dəlalət etmir.
30. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-501/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək 5000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.