Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4369/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxx 2016-cı il tarixli 16009-1441/481053 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 950.90 ABŞ dolları məbləğində əsas kredit borcunun, 612.10 ABŞ dolları məbləğində faiz borcunun, 77.65 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 1640.65 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 819/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmışxx.xx.2016-cı il tarixli, 16009-1441/481053 saylı Kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 vəCavabdeh1 müştərək qaydada 950.90 ABŞ dolları məbləğindəəsas, 612.10 ABŞ dolları məbləğində faiz borcu, 77.65 ABŞ dolları məbləğindəcərimə borcu olmaqla, cəmi 1640 (min altı yüz qırx beş) ABŞ dolları, 65 (altmış beş)sent məbləğində pul vəsaiti (ödəniş gününə olan manat məzənnəsi ilə)və 30 (otuz)manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Bundan başqa bank tərəfindən məbləğlər olduqca şişirdilmiş olduğu halda məhkəmə bunu nəzərə almamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki,İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 009CASA143630004 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Kreditverən” 12600 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə “Borcalanın” istifadəsinə təqdim etməyi, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditverənə” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.03-cü bəndinə görə, borcalan alınmış kredit üçün illik 25 faiz ödəməlidir. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 009CASA143630004 saylı xx.xx.2014- cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit üçün müəyyən edilmiş faiz dərəcəsi 8 faiz dərəcəsinə dəyişdirilir. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 16009-1441/481053 saylı kredit müqaviləsindən görünür ki, tərəflər qəbul edirlər ki, Borcalan kreditverən qarşısında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən olan mövcud öhdəliyini lazımi qaydada icra edə bilmir və bu səbəbdən kredit müqaviləsinin imzalanmasına dair razılığa gəlirlər. Müqaviləyə əsasən kreditverən 60 ay müddətinə 8533 ABŞ dolları məbləğində pul vəsaiti illik 10 faiz ödənilməsi şərtilə Borcalana vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16009- 1441/152312Z saylı Zaminlik müqaviləsindən görünür ki, borclu tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra olunmadıqda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16009- 1441/074817 saylı Zaminlik müqaviləsindən görünür ki, borclu tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra olunmadıqda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Kassa məxaric orderindən görünür ki, 12600 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2014-cü il tarixdə Cavabdeh3 Zair oğlu tərəfindən alınmışdır. xx.xx.2017-ci il tarixli Pretenziya məktubundan görünür ki, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks halda kredit müqaviləsinin ləğvi və kreditin tam qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə Arayışından görünür ki, cavabdehlərin Banka olan əsas kredit borcu 950.90 ABŞ dolları, faiz borcu 612.10 ABŞ dolları, cərimə borcu 77.65 ABŞ dolları olmaqla, cəmi 1640,65 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki cavabdehlər ilə iddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmış və cavabdehlərin bağlanmış kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Eyni zamanda cavabdeh Mustafyev Zaur tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank yaranmış borcu ondan tələb etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh məhkəmə proseslərinin onun iştirakı olmadan keçirildiyini bildirsə də, iş materiallarından görünür ki məhkəmə iclaslarının vaxtı və yeri barədə ona rəsmi qaydada xəbərdarliq edilmişdir. Apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmaması, iddiaçı tərəfindən şişirdilməsi iddia edilsə də, apellyator tərəfindən bununla əlaqədar hər hansı bir sübut (o cümlədən, ödəniş qəbzləri) məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 819/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4369/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4369/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver