Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4379/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) X2iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2-nə qarşı «dəymiş ziyanın ödənilməsi»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)- 54/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2-nə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dan müştərək qaydada mənzilə vurulmuş 113504 manat məbləğində maddi zərərin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, iddia tələbinin 27438 manat ziyan hissəsində təmin edilməsini, mebellərə dəymiş ziyanın yəni 60336 manat məbləği hissəsində isə baxılmamış saxlanmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh2 onu bilərəkdən aldadaraq, etibarından sui-istifadə edərək, mənzili ona sataraq 540000 manat məbləğində pulunu mənimsəmişlər. Bu səbəbdən texniki qüsurlu olan mənzili ona dələduzluq edərək satmışlar və o, 3 dəfə həmin mənzilə kapital qoyaraq təmir etmiş və 13504 manat pul xərcələnmişdir. Bununla əlaqədar Cavabdeh2 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qanuni nümayəndəsi olduğu X6 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən mənzili iddiaçıya 300.000 manata satmış və həmin əmlak X4 mülkiyyətinə verilmişdir. Qeyd edir ki, X4 9 yaşı olduğundan müqavilə onun qanuni nümayəndəsi (anası) İddiaçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Cavabdeh2 Bakı X7 tərəfindən verilən xx.xx.2015 tarixli Texniki pasporta əsasən ümumi sahəsi 283,76 kv/m olan və 2005-ci ildə tikilimiş həmin mənzil 1 mətbəx, 5 yaşayış otağı, dəhliz və eyvanlardan ibarətdir. İddiaçı mənzili aldığı gündən etibarən onun təmir işləri ilə məşğuldur. Belə ki, hər il yağan leysan yağışlar mənzilə külli miqdarda ziyan vurur, mənzil 18-ci, yəni sonuncu mərtəbədə yerləşdiyindən yağış suları evin təmirinə və evdəki əşyalara zərər yetirir, onların istifadəsiz hala gəlməsinə səbəb olur. Bu da mənzilin təmirinin istənilən hava şəraitinə uyğun olmadığını göstərir. Mənzilin təmir xərcləri də hər dəfə iddiaçı tərəfindən qarşılanmış və sadəcə təmir üçün hər kv/m-ə 400 manat olmaqla 113504 manat məbləğində pul xərclənmişdir. Belə ki, evə su axdıqdan sonra həmin fəsadların aradan qaldırılması üçün Cavabdeh2-nın rəhbərliy buna məhəl qoymamış və evin damını təmir etməkdən imtina etmişdir. Bundan nəticə çıxartmaq olur ki, satıcı Cavabdeh1 evin yararsız vəziyyətdə olduğunu, evin damının təmirinin yüksək səviyyədə edilmədiyini əvvəlcədən bilsə də, bu barədə iddiaçıya heç bir məlumat verməmiş və xəbərdarlıq etməmişdir. Həmçinin satıcı evin mövcud vəziyyəti haqqında məlumatı olduğu üçün onu başqa şəxsə satmaq niyyətinə düşmüşdür. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-54/2019 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 98a saylı evin, 66 saylı ünvanında yerləşən mənzilə vurulmuş 27438 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən tutulub «Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************» hesabına keçirilməsi qət edilmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, iddianın ona aid hissədə əsassız olması, iddiaçıya dəymiş ziyanda onun təqsirinin müəyyən olunmaması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi (vəkili)apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissəjdə ləğv olunmasını, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş,gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edilərək işi yeni apellyasiya baxışına qaytararkən göstərmişdir ki, mübahisəli mənzilin binanın məhz Cavabdeh2 inşa etmişdir. Mənzilin keyfiyyətsiz inşa olunması Cavabdeh2nın təqsiri üzündəndir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə istinad etməklə Cavabdeh1 mənzilin qüsurlu olduğunu bilə bilə həmin qüsurlar barədə məlumat vermədən iddiaçıya satmasına dair gəldiyi nəticə əsaslı olmamaqla bunu Cavabdeh1 bildiyini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Mübahisəli mənzilin saxlanmasının təmin edilməsi, vaxtı-vaxtında təmir edilməsi, tikintinin keyfiyyətli aparılması Cavabdeh2-nın vəzifəsi olmaqla, mənzilə güclü küləyin müşayəti altında yağış, atmosfer sularının sızmasına görə vurulmuş zərərə görə Cavabdeh1 məsuliyyət daşıması əsaslı deyildir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sənədlərə əsasən - xx.xx.2011-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 98a saylı evin, 66 saylı mənzili (278,46 kv.m ümumi sahəsi olan) mənzil Cavabdeh1 adına qeydə alınmış, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 9382/83 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 98a saylı evin, 66 saylı ünvanında yerləşən mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə) üzərində su sızma izlərinin olduğunu nəzərə alaraq, 66 saylı mənzilə ziyan vurulması müəyyən edilmişdir. 66 saylı mənzilin qüsurlar aşkar edilmiş otaqlarının konstruktiv elementləri üzərində yerləşən terrasın döşəməsinə baxış keçirilmiş, terrasın döşəməsi su ilə doldurularaq Cavabdeh2-nın və mənzil sahiblərinin iştirakı ilə eksperiment aparılmış, lakin müəyyən müddətdən sonra 66 saylı mənzilə baxış keçirilmiş divar, tavan, döşəmə üzərində hər hansı su sızmaları aşkar edilməmişdir. Bununla müəyyən edilir ki, atmosfer suları güclü küləyin təsirindən şimal hissədə yerləşən terrasın döşəməsi üzərinə və döşəməyə bitişik fasadın qabaritli aqlay daşı ilə üzlənmiş hissələrinə sızaraq oradan da 66 saylı mənzilin konstruktiv elementlərinə su sızması baş verir. Bununla yanaşı MTK-nın və mənzil sahiblərinin ifadələrində bildirdilər ki, su sızma halı yalnız güclü şimal küləyinin müşahiyəti ilə yağışların yağdığı zaman müşahidə edilmişdir. Rəyin təsviri hissəsində qeyd olunur ki, araşdırmanın nəticəsi olaraq müəyyən edildi ki, 66 saylı mənzilin qüsurlar aşkar olunmuş, yəni su sızma baş verən sahələr terrasda yerləşən tikilinin divarlarının yerləşdiyi sahənin alt hissəsini əhatə edir. Bununla belə bir nəticəyə gəlinir ki, 66 saylı mənzilə suyun divarlara yapışdırılmış ağlay daşlarının üzərinə düşən atmosfer sularının ağlayın alt hissəsinə sızması nəticəsində baş verə bilməsi müəyyən edilir. Ekspert tərəfindən qeyd olunur ki, mərtəbəarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə baş verə bilər - mərtəbənin döşəməsində izoliyasiya qatının keyfiyyətsiz olması; axırıncı mərtəbənin döşəməsində dam nəzərdə tutulmadıqda yağış sularının yer səthinə ötürülməsi üçün su novlarının düzgün, quraşdırılmaması, mailliyin cüzgün seçilməməsi və s. Yuxarıda qeyd olunan şəkillərdən və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq 66 saylı mənzilə həmin mənzilin üzərində yerləşən terrasın döşəməsindən su sızma nəticəsində ziyan vurulması müəyyən edildi. Qeyd olunur ki, su sızma nəticəsində 66 saylı mənzilin divarları, tavanları və döşəmələri üzərində qüsurların olduğunu və həmin qüsurların döşəmə üzərində az aşkar olunduğu üçün gələcəkdə həmin hissələrdə qabarma, nəmişlik, çökmə kimi qüsurların əmələ gəlməsini nəzərə alaraq, qüsurlar aşkar edilmiş divarların, tavanların və döşəmələrin sökülərək yenidən işlənməsi zəruri hesab edilir. Mənzilə suyun sızma halları nəticəsində konstruktiv elementlərə dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləği 27438,0 manat olduğu müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - Bakı şəhəri, Təbriz küçəsi, 98a saylı evin, 66 saylı ünvanında yerləşən mənzil X5 məxsusdur. Mənzil xx xxxxx 2015-ci il tarixli ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən iddiaçıya satılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, qeyd edilən mənzilin texniki konstruktiv cəhətdən qüsurludur. İşdə olan ekspert rəyindən də görünür ki, atmosfer suları güclü küləyin təsirindən şimal hissədə yerləşən terrasın döşəməsi üzərinə və döşəməyə bitişik fasadın qabaritli aqlay daşı ilə üzlənmiş hissələrinə sızaraq oradan da 66 saylı mənzilin konstruktiv elementlərinə su sızması baş verir. Bununla yanaşı MTK-nın və mənzil sahiblərinin ifadələri də ekspertizanın keçirilməsi zamanı öz ifadələrində bildirmişlər ki, su sızma halı yalnız güclü şimal küləyinin müşahiyəti ilə yağışların yağdığı zaman müşahidə edilmişdir. Eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilə suyun sızma halları nəticəsində konstruktiv elementlərə dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləği 27438,0 manatdır. Birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə hər iki cavabdehin mülki hüquq pozuntusuna yol verməsi qənaətinə gələrək, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işdə həmin cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya iddia tələbində göstərilənlərlə bağlı ziyan vurulmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Mənzilin Cavabdeh1 tərəfindən satılması faktı isə özü-özlüyündə iddianın əsaslı olması nəticəsinə gəlməyə yetərli deyildir. Həmçinin, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə - mübahisəli mənzilin yerləşdiyi binanı məhz Cavabdeh2 inşa etmişdir. Mənzilin keyfiyyətsiz inşa olunması Cavabdeh2-nın təqsiri üzündəndir. Cavabdeh1 mənzilin qüsurlu olduğunu bilə bilə həmin qüsurlar barədə məlumat vermədən iddiaçıya satmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Mübahisəli mənzilin saxlanmasının təmin edilməsi, vaxtı-vaxtında təmir edilməsi, tikintinin keyfiyyətli aparılması Cavabdeh2-nın vəzifəsi olmaqla, mənzilə güclü küləyin müşayəti altında yağış, atmosfer sularının sızmasına görə vurulmuş zərərə görə Cavabdeh1 məsuliyyət daşıması əsaslı deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı dəymiş zərərə görə Cavabdeh1 təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış,iddianı Cavabdeh1 münasibətdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarını pozmuşdur.Belə olan halda isə,qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz,apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 münasibətdə ləğvi üçün tam əsasdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə,yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti təmin olunmalı,birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni iddianın Cavabdeh1 aid təmin olunmuş hissələrində ləğv edilməli,iddia Cavabdeh1 aid hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası iddianın Cavabdeh1 aid hissədə təmin olunmaması nəticəsinə gəldiyindən,qətnamə məhkəmə xərclərinin (dövlət rüsumu və ekspertiza xərci)müştərək qaydada həmin cavabdehə aid edilməsi hissəsində də ləğv olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2-nə qarşı «dəymiş ziyanın ödənilməsi»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)- 54/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)- 54/2019 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 aid təmin olunmuş hissəsində və məhkəmə xərclərinin (dövlət rüsumu və ekspertiza xərci)müştərək qaydada həmin cavabdehə aid edilməsi hissəsində ləğv edilsin,iddia Cavabdeh1 aid hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4379/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4379/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver