Məhkəmə qərarları › İş №2(103)-4381/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4381/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4381/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nə qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh qarşılıqlı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-si Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxx 2012-ci il tarixli, xx xxxx 2012ci il tarixli, müqavilələrinə əsasən yaranmış borcunun və girov qoyulmuş Cavabdeh məxsus qızılzinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəsində Cavabdeh ləğv etmə prosessində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli, 34-13/Q saylı, xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı, xx xxxxxx 2013-cü il tarixli, 04-13/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş – 198,4 qr. 750 əyyar və 1781,24 qr 583-585 əyyar qızıl-zinət əşyalarının və ya dəyərinin hesablanaraq ilk iddia üzrə iddiaçı - LPO İddiaçı ASC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(011)-49/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli 230-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 155-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 259-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 240-12 saylı kredit müqaviləsi; xx.xx.2012- ci il tarixli 221-12 saylı kredit müqaviləsi üzrə “yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)-2337/2021 saylı qərardadı ilə Cavabdeh ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızılzinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)- 2337/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2337/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunmalı, və mülki iş üzrə qarşılıqlı iddia ərizəsinə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103-15570/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərardadından Cavabdeh şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1836/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə, anoloji qərardaddan Cavabdeh şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (iş üzrə icraata xitam verilməsi barədə qərardadın dəyişdirilmədən saxlanılması barədə) qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103-8998/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılıb əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla belə birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verərkən apelyyasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş və qəbul etdiyi qərardadı əsaslandırmamaqla iddiaçı Cavabdeh ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası ona məxsus olan əmlakın alınması ilə bağlı olan kreditor tələbi olduğunu, cavabdeh İddiaçı ASC-si ləğv prosesində olduğundan ona qarşı əmlak tələbinə mülki muhakimə icraatında baxılması mümkün olmadığı vurğulayaraq mülki iş üzrə icraata xitam verilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanları nəzərə alıb kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2337/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərardadında qeyd edilmiş göstərişlərə əməl olunmaqla, işə mahiyyəti üzrə baxılıb əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2337/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunsun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızılzinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar