Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4385/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2024 nömrəli 06 may 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 10,904 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 73 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2024 nömrəli 06 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10904 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 133 manat məhkəmə məsrəfi, ondan 60 manat məbləğində mediasiya xərci və 73 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia müddəti keçdiyi üçün ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, eyni tələb və eyni iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələbə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 2(004)-1872/2024 nömrə ilə hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə işə baxılaraq xx.xx.2024-cü iltarixdə qətnamə qəbul edilmişdir və iddiaçının iddiası rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili qeyd etdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə hazırki qətnamənin o qətnamədən əvvəl qəbul edildiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi hazırki iddia tələbində İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş və cavabdeh tərəfindən ödənilməmiş 10,904 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 73 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(004)-1872/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş və cavabdeh tərəfindən ödənilməmiş 10,904 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 73 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin qətnamə ilə iddia müddəti ötürülməsi səbəbi ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi 22 iyul 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi İddiaçı MMC Cavabdeh qarşı eyni tələblə iki dəfə müraciət etmişdir. Qanuni qüvvəsini almış qətnamə ilə iddia tələbi rədd edilmişdir. Həmçinin müəyyən olunur ki, həmin iş məhkəmənin icraatına daha əvvəl daxil olmuşdur. Yəni hazırki iş üzrə iddia ərizəsi məhkəmənin icraatına daxil olarkən artıq məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olmuşdur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400, 403 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2024 nömrəli 06 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4385/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4385/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver