Məhkəmə qərarları › İş №2(103)-4386/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4386/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4386/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-102/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxx” KB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 27266,80 ABŞ dolları, faiz borcu üzrə 13702,39 ABŞ dolları, cərimə borcu üzrə 41650 ABŞ dolları, cəmi 82619,96 ABŞ dolları borcun iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 82619,96 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh1, X2 və X3 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 102/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 27266,80 ABŞ dolları əsas, 5694,72 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961,52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq “xxxxxxx” Kommersiya Bankı ASCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxxxxx” KB ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayət hazırki məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra Cavabdeh2 da şəxsən iştirak etdiyi xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixli 9/2497 saylı ekspert rəyi verilmişdir. Daha sonra məhkəmə baxış iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş və həmin iclasda Cavabdeh2 da şəxsən iştirak etmişdir. Həmin iclasda tərəflər arasında barışığın əldə edilməsi üçün məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təxirə alınmışdır. Həmin məhkəmə iclasından 1 gün əvvəl, yəni xx xxxxxxx 2020-ci il tarixdə isə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti dəftərxana vasitəsilə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-102/2020 saylı qətnaməsi qəbul edilən vaxt onun surətinin Cavabdeh2 rəsmi qaydada verildiyini təsdiq edən sübutlar olmasa da, cavabdeh həmin qətnamədən ən geci hazırki apellyasiya baxışı zamanı keçirilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında məlumatlı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilməmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdehin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-102/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar