Məhkəmə qərarları › İş №2(103)-4387/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4387/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4387/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, borcun olmaması barədə müvafiq məlumatın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh hüquqi şəxslərin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, adındanCavabdeh2 ASC ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 1047A saylı və adından Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli 953 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, hər iki müqavilə üzrə ona hesablanmış borc məbləğlərinin silinməsi, həmin kredit müqavilələri üzrə kredit məlumatlarının Cavabdeh3 silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, sözügedən kredit müqavilələri tərəfindən imzalanmamış, imzası saxtalaşdırılmış, bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il və xx xxxx 2018-ci il tarixli hökmləri ilə öz təsdiqin tapmış, buna baxmayaraq Cavabdeh3 MMC-nin reyestr məlumatlarında hər iki müqavilə üzrə borcunun olduğu göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, Cavabdeh2 ASC ilə İddiaçı adından bağlanılmış xx.xx.2012-ci il tarixli 1047A saylı və Cavabdeh1 ASC ilə İddiaçı adından bağlanmış xx.xx.2012-ci il tarixli 953 saylı kredit müqavilələrinin etibarsız hesab edilmsi, hər iki müqavilə üzrə İddiaçı hesablanmış borc məbləğlərinin silinməsi, həmin kredit müqavilələri üzrə kredit məlumatlarının Cavabdeh3 silinməsi məqsədilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin müvafiq olaraq ləğv prosesində olan Cavabdeh2 ASC-nin və ləğv prosesində olan Cavabdeh1 ASC-nin üzərinə qoyulması qət olunmuşdur. Qətnamədən cavabdeh hüquqi şəxslərin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək onun ləğv olunması xahiş edilmiş, hər iki şikayət bənzər məzmunda əsaslandırılmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyi irəli sürülmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh hüquqi şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətlərin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından aydın olur ki, Cavabdeh3 MMC-nin reyestr məlumatlarında iddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2012-ci il tarixdə, Cavabdeh2 ASC ilə xx.xx.2012-ci il tarixdə kredit müqavilələrinin bağlanmış olduğu və həmin müqavilələr əsasında borcunun yarandığı barədə məlumatlar əks etdirilmiş, iddiaçı da həmin müqavilələrin saxtalaşdırıldığını, adı çəkilən banklarla müqavilə bağlamadığını irəli sürməklə sözügedən müqavilələrin etibarsız hesab olunmasını istəmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2017ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X4 xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixindək olan müddətdə Cavabdeh1 ASC-nin Cənub filialının müdüri vəzifəsində işləyərkən... öz qulluq mövqeyindən istifadə edərək ...çoxsaylı vətəndaşların, o cümlədən X1 adına xx.xx.2012-ci il tarixli 956 saylı kredit müqaviləsi ilə 3350 manat pul vəsaitinin guya Müşkünaz Əliyeva tərəfindən kredit kimi götürüldüyünü rəsmilşdirməklə onun adına saxta kredit müqaviləsi, xəzinə məxaric orderi, ərizə, kredit sifarişi, ödəniş cədvəli və digər sənədləri qanunsuz hazırlayaraqqeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə ... pul vəsaitlərini mənimsəyərək talamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş materiallarında olan xx xxxx 2018-ci il tarixli hökmü ilə isə müyyən edilmişdir ki, X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixindək olan müddətdə Cavabdeh2 ASC-nin 5 saylı filialının müdüri vəzifəsində işləyərkən ... öz qulluq mövqeyindən istifadə edərək ...İddiaçı xx.xx.2012-ci il tarixli 1047A nömrəli kredit müqaviləsi ilə 3100 manat pul vəsaitini götürməsini rəsmiləşdirməklə onun məlumatı olmadan kredit müqaviləsi,ödəniş cədvəli, xəzinə məxaric orderinin – saxta rəsmi səndlərin hazırlanmasını və bank kompyuter əməliyyat sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bil-bilə yalan məlumatların daxil olunmasını təşkil edərək, sənədləri özü müdür kimi təsdiq, həmçinin bütün kredit sənədlərində vətəndaşların adından saxta imzaları icra etməklə pul vəsaitlərini mənimsəyərək talamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş hökmü hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi müqavilələrin saxtalaşdırılmış olduğu və həmin müqavilələr əsasında banklardan məxaric olunan vəsaitlərin bilavasitə bankların vəzifəli şəxsləri tərfindən mənimsənildiyi qanuni qüvvədə olan hökmlərlə təsbit edilmişdir; bu isə o deməkdir ki, onun irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqla bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyatorların davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6322/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar