Məhkəmə qərarları › İş №2(103)-4388/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4388/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4388/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Xəyal Əjdər oğlu Sarıyev və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyiilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(011)-420/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(011)- 420/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04.12.20 1 4-cü il tarixli 6-MZ-2-0-2370-14 saylı kredit müqaviləsinə əsasən 9208.75 ABŞ dolları əsas borc, 3886.39 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13195.14 (on üç min yüz doxsan beş ABŞ dolları, on dörd sent) ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə almmaqla manat hesabı ilə) tutulub "Nikoyl" X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “Nikoyl” İKB apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 2(103)- 679/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Vəliyev - sədrlik edən və məruzəçi, X.Mərdanova və Ə.Qasımov) apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli, 2(102)-6223/18 saylı qərarı ilə (hakimlər Q.Əsgərov-sədrlik edən, E.Vəliyeva və A.İsgəndərov) apelyasiya instansiyası məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 15 fevral 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya qeyd edir ki, artıq hazırki işə apelyasiya və kasasiya instansiyalarında baxıldığından və Cavabdeh1 apelyasiya şikayətinin dəlilinə qiymət verildiyindən Cavabdeh1 apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(011)-420/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(011)- 420/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apelyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar