Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4390/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «xxxx» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-738/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” KB ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 3.378,67 ABŞ dolları əsas, 258,71 ABŞ dolları faiz, cəmi 3.637,38 ABŞ dolları və dövlət rüsumunun əvəzi 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-738/2019 saylı qətnaməsi ilə, iddia təmin edilərək, Cavabdeh 3.378,67 ABŞ dolları əsas, 258,71 ABŞ dolları faiz, cəmi 3.637,38 ABŞ dolları ödəniş anında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında 14.1 1.2014-cü il tarixli kedil və bank hesabı müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" KV ASC cavabdeh X3 48 ay müddətində illik 24 faiz hesablanmaqla 4 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını əsas götürərək, borc məbləğinin 3 378.67 ABŞ dolları əsas, faiz borcunu 258.71 ABŞ dolları olmaqla, cəmi 3 637.38 ABŞ dolları məbləğində qəbul edərək, iddia tələbini təmin etmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək müxtəlif vaxtlarda onda olan qəbzlərə əsasən cəmi 4 018.00 manat pul ödənilmişdir (qəbzlər əlavə edilir). xx xxxxxx 2015-ci ildə baş vermiş devalvasiya zamanı manatın 1 dollara görə dəyərini 1.05 AZN, xx xxxxxx 2015-ci ildə isə 2ci devalvasiya zamanı 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsinə qalxmışdır. İddiaçı tərəfindən devalivasivadan sonra bir necə dəfə banka cağrılmışdır. Bu zaman da hər dəfə köhnə tarixə, yəni müqavilənin bağlandığı xx.xx.2014-cü il tarixinə yeni müqavilə bağlanaraq həm müqavilə müddəti uzadılıb, həm də manatın ABŞ dollarına olan məzənnəsinə münasibətdə yenidən hesablanaraq fərq məbləğin üzərinə gəlinərək yeni ödəniş cədvəli ona verilib. Sonuncu cədvələ əsasən isə müqavilə üzrə borc məbləğinin ödənilməsi tarixi xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Bu isə o deməkdir ki, onun tərəfdən müqavilə üzrə üzərinə götrdüyü öhdəlik pozulmayıb. Adi riyazi hesablama ilə borc məbləğinin 3 637,38 ABŞ dolları təşkil etmədiyini görmək olar. Məhkəmə iddia tələbinin borc məbləği hissəsində yanlış nəticəyə gəlmişdir. Faiz borcu də düzgün hesablanmamışdır. Onun banka ümuyyətlə hal-hazırda heç bir borcu yoxdur. Kredit müqaviləsinin 1 saylı Əlavəsi olan əsas məbləğ və fazilərin ödənilməsi cədvəlinə əsasən görmək olur ki, faiz məbləği qanunvericilyin tələbinə əsasən ilin sonunda deyil, hər ay üzrə hesablanmışıdr. Nəticədə faiz borcu olduğundan çox hesablanmışdır, buda onsuzda ağır maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Bankdan alınan 02.03,2020-ci il tarixli maliyyə arayışından görünür ki, 1775,70 ABŞ dolları məbləğində pul vəsaiti qeyd olunan Fərmanın təsir dairəsinə düşüb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının 9/3937 saylı xx xxxxxxx 2020-ci il tarixli rəyində Cavabdeh xx.xx.2018-ci il tarixə və xx.xx.2020-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: əsas borc üzrə 3.378,67 ABŞ dolları; faiz borcu üzrə 757,72 ABŞ dolları; xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1.603.18 ABŞ dolları; faiz borcu üzrə 843,98 ABŞ dolları.Bundan əlavə, iddiaçının təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə cavabdehin əsas borcu 1.603.18 ABŞ dolları, faiz borcu isə 158,72 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3937 saylı xx xxxxxxx 2020-ci il tarixli rəyində Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borcunun 1.603.18 ABŞ dolları təşkil etdiyi göstərilsə də, faiz borcunun 843,98 ABŞ dolları təşkil etdiyi də qeyd olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə cavabdehin əsas borcunun ekspert rəyində müəyyən edilənlə eyni, yəni 1.603.18 ABŞ dolları olması müəyyən edilsə də, faiz borcunun 158,72 ABŞ dolları qaldığı göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı tələb edilən borcunn düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə alınmaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyində əsas borcun məbləği iddiaçı bank tərəfindən verilmiş maliyyə arayışında olan məbləğlə eynilik təşkil etsə də, faiz borcunun məbləği daha çox - 843,98 ABŞ dolları müəyyən edilmişdir. Lakin faiz borcunun məbləği hissəsində iddiaçının təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğ əsas götürülməlidir. Çünki, ekspertdən fərqli olaraq iddiaçı cavabdehin ona 158,72 ABŞ dolları borcu qaldığını daha yaxşı bilir və mənafeyinə zidd olsaydı yəqin ki, bu cür arayış verməzdi. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-738/2019 saylı qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci - 145 (yüz qırx beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 738/2019 saylı qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 1603,18 ABŞ dolları, faiz borcun məbləği isə 158,77 ABŞ dolları, əsas və faiz borcun cəmi isə 1761,95 (min yeddi yüz altmış bir ABŞ dolları, doxsan beş sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 145 (yüz qırx beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4390/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4390/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver