Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4393/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3643 manat borc və 4494 manat zərər olmaqla, cəmi 8137 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(001)- 7246/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3643 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilmiş və apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-2016/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(001)- 7246/2017 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qərardadın ləğv edilməsini xahiş edərək, göstərmişdir ki, 25 noyabr 2020-ci il tarixli qərardad qəbul edilərkən keçirilmiş məhkəmə iclası barədə ona məlumat verilməmiş, həmçinin, 2017-ci ildə cavabdehin iştirak etməməsi səbəbi ilə məhkəmə prosesləri 4 dəfə təxirə salınmış, hər dəfəsində də bildiriş yalnış ünvana deyil, məhz cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Həmçinin, qərardad qəbul edilərkən cavabdehin 2013-cü ildən 2020-ci ilədək əsas kimi Türkiyə Respublikasında olması faktı məhkəmə tərəfindən müvafiq dövlət orqanına sorğu göndərilməklə araşdırılmamış və heç nə müəyyən edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdeh 08.06.2020-ci il tarixdə ərizə ilə müraciət edərək qətnaməni istəmiş, 12.06.2020-ci ildə rəsmi qaydada cavabdehə qətnamənin surəti verilsə də, bir ay müddət buraxılmaqla apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, qətnamə 13.07.2017-ci il tarixli məktubla cavabdehin iş materiallarında olan, qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, zərf üzərində “bu ünvanda yaşamır” və “köçüb” qeydləri ilə geri qaytarılmışdır. 19.03.2020-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işlə tanış olmaq istədiyini bildirmişdir. Daha sonra 08.06.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş materialları ilə tanış olmağına, qəbul edilmiş qətnamənin və iş materiallarında olan zəruri sənədlərin surətini almağa icazə verilməsini xahiş etmiş, 12.06.2020-ci il tarixdə imza etməklə qətnamənin surətini almışdır. Bundan sonra isə yenidən 13.11.2020-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmiş və qətnamə 18.11.2020-ci il tarixdə ona təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(001)-7246/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bağlanğıcını 18.11.2020-ci il tarixdən hesablamış və belə nəticəyə gəlmişdir ki, prosessual müddət buraxılmamış hesab edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh özü 12.06.2020-ci il tarixdə imza etməklə qətnamənin surətini şəxsən almışdır. Belə olan halda, apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin hesablanması həmin tarixdən başlayır. Cavabdeh tərəfindən isə apelyasiya şikayəti 23.11.2020-ci il tarixdə verilmişdir. Yəni, apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(001)-7246/2017 saylı qərardadı ləğv edilsin və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4393/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4393/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver