Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4399/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 noyabr 2021-ci il tarixli XDNPU05657 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13863.52 manat, faiz borcuna görə 476 manat, dəbbə borcuna görə 485.21 manat, cəmi 14824.73 manat məbləğində pulun və 134.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13863.52 manat məbləğində əsas borc, 476 manat məbləğində faiz borcu, 50 manat məbləğdə cərimə borcu olmaqla, ümumilikdə 14389.52 manat pul vəsaiti və ödənilmiş 133.17 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh vəkili Nümayəndə2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
5. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
6. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
7. Mülki Prosessual Məcəllənin 363.1.1-ci madəsində qeyd edilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
8. Həmin Məcələnin 361.2-ci maddəsində qeyd edilir ki, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
10. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Cavabdeh vəkili Nümayəndə2 tərəfindən imzalanmışdır.
11. İşdə olan AR-İ 6768U3 saylı etibarnamədən müəyyən olunur ki, Cavabdeh tərəfindən X2 müəyyən səlahiyyət verilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinin tələbinə uyğun olaraq “məhkəmə aktından şikayət verilməsi” səlahiyyətinin verilməsi göstərilməmişdir. Daha sonra X4 vəkil Nümayəndə2 səlahiyyət vermişdir.
12. Göründüyü kimi, Cavabdeh tərəfindən X2 məhkəmə aktından şikayəti imzalamaq səlahiyyəti verilməmiş, habelə Arzu ilə qohumluq münasibətlərini təsdiq edən sənəd də iş materiallarına əlavə edilməmişdir.
13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev