Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-44/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-3288/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Umudvar qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Dünyamalıyeva Şəlaİə Umudvar qızına, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli 120.LN.2105.010914.00001 saylı kredit müqaviləsi üzrə cavabdeh X1 İddiaçı-nin xeyrinə 161302,58 manat məbləğində əsas, 34914,94 manat məbləğində faiz, 3446,54 manat məbləğində artırılmış faiz (cərimə), cəmi 199664,06 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh2 Umudvar qızının, X2 və X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması, həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx xxxxxxxx 2014-cü il tarixdə 120.LN.2105.010914.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 21% olmaqla, 36 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təmin edilməsi üçün İddiaçı ilə digər Cavabdeh2 Umudvar qızı arasında xx.xx.2014-cü il tarixli 120.CL.010914.00001/C saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən, İddiaçı-yə ünvan 1 ünvanda yerləşən yaşayış evinə ipoteka hüququ verilmiş və bu, xx.xx.2014-cü il tarixli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2015-ci il tarixə 161302,58 manat məbləğində əsas borc, 3491,94 manat məbləğində faiz borcu, 3446,54 manat cərimə, cəmi 199.664,06 manat borcu yaranmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh1 xx.xx.2014-ğü il tarixli 120.LN.2105.010914.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı-nin xeyrinə 161302,58 manat əsas borcun, 34914 manat məbləğində faiz borcunun, 3446,54 manat artırılmış faizin (cərimə), cəmi 199.664,06 manatın və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə yetmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş evə tutma yönəldildikdə və satıldıqda ipoteka qoyan Cavabdeh2 Umudvar qızının, Cavabdeh1 və Cavabdeh3 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmələri, evin boşaldılması, həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh2 Umudvar qızı və Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə və ipotekaуа xitam verilməsinə” dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh1 01,09.2014-cü il tarixli kredit müqaviləsi bağlamışlar. Bu kredit müqaviləsinin tələbinə görə bank Eldənizə illik 21% olmaqla, 36 ay müddətinə 170.000 manat kredit vermişdir. Həmçinin, həmin tarixdə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmişdir. Lakin həmin ipoteka müqaviləsi və ipotekaya 1 nömrəli əlavə notariat qaydasında təsdiq olunmadığı üçün əhəmiyyətsiz əqd kimi etibarsız hesab olunmalıdır. Qarşılıqlı iddiaçılar iddia ərizələrində tələblərinin təmin olunaraq, Cavabdeh2 Umudvar qızı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 120.CL. 010914.00001/c saylı ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd saymaqla etibarsız hesab olunması, ünvan 3 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evi üzərindəki ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-3288/2017 saylı qətnaməsinə əsasən, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 161.302,58 manat əsas borc, 34.914 manat faiz borcu, 1.000 manat dəbbə pulu, cəmi 196.222,52 (yüz doxsan altı min iki yüz iyirmi iki manat əlli iki qəpik) manat məbləğində borcun İddiaçı-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh2 Umudvar qızına məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, Cavabdeh2 Umudvar qızına məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2 Umudvar qızı, Cavabdeh1 və Cavabdeh3 həmin evdən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, həmçinin, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda, əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 Umudvar qızına qaytarılması, satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 İddiaçı-nin xeyrinə tutulması, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçıların dəlilinə düzgün hüquqi qiymət verməmişdir. Çünki işdə olan sənədlərdən də görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş 1 nömrəli əlavə, ümumiyyətlə, notariat qaydasında təsdiq edilməmiş, sadəcə 3M/810 reyestr nömrəsi ilə “xx.xx.2014-cü il tarixli, 120.LN.2105.01094.00001 saylı kredit müqaviləsi”nə 1 nömrəli əlavə, 3M/811 reyestr nömrəsi ilə isə “120.CL.010914.00001/C saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi”nə 2 nömrəli əlavə təsdiq olunmuşdur. DƏDRX-nin 4 saylı Ərazi İdarəsində təsdiq edilmiş sənədlər də bunu açıq-aydın göstərir. Bu barədə bankın mövqeyi isə odur ki, həm ipoteka müqaviləsi, həm də ipoteka müqaviləsinə əlavələr birlikdə təsdiq olunmuşdur. Məhkəmə də bankın mövqeyi ilə razılaşmışdır. Hesab edir ki, bu mövqe qanuni hesab edilə bilməz. Çünki ipoteka müqaviləsi, ümumiyyətlə, təsdiq edilməmişdir. Müqavilə təsdiq edilməmişdirsə, yəni sadə yazılı formada bağlanmışdırsa, onun əlavəsi notarial qaydada təsdiq edilə bilməzdi. Bundan əlavə, fərqli tarixlərdə imzalanmış müqavilə və onun əlavəsinin tikilərək birgə təsdiq edilməsinin, hətta əsas müqavilənin özünün ayrıca təsdiq edilməməsi halında onun notarial təsdiq edilmiş hesab edilməsinin mümkünlüyünə məhkəmə qiymət verməmişdir. Digər tərəfdən, məhkəmə məhz tərəflərin xx xxxxxxxx 2014-cü il tarixdə notariat kontorunda qeydiyyat jurnalına imza etmələrini əsas götürərək, hesab etmişdir ki, ipoteka müqaviləsi elə həmin tarixdə təsdiq edilmişdir. Məhkəmənin bu qənaəti də səhvdir. Çünki tərəflər xx.xx.2014-cü il tarixdə notariat kontorunda ipoteka müqaviləsinə 2 saylı əlavənin təsdiq edilməsində iştirak etmiş və bu barədə qeydiyyat jurnalına imza etmişlər. Cavabdeh hesab edir ki, ipoteka müqaviləsi forma tələblərinə əməl edilmədən bağlanıldığı üçün bağlandığı andan əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bundan başqa, məhkəmə bankın nümayəndəsinin ərizəsi əsasında iddia müddətini tətbiq etmişdir. Məhkəmə bu halda da səhvə yol vermişdir. Belə ki, qətnamədən görünür ki, məhkəmə iddia müddətini Mülki Məcəllənin 354.1 və 375.2-ci maddəsinə əsaslanaraq tətbiq etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilən əsaslar üzrə ipoteka müqaviləsini əhəmiyyətsiz əqdlər kateqoriyasına aid etsə də, həmin normanın dispozitiv şərtlərini nəzərə almadan müddətin ötürülməsi qənaətinə gəlmişdir. Çünki məhkəmə iddia müddətinin axımının başlanğıcını xx.xx.2014-cü il tarixdən hesablamışdır. Halbuki, əhəmiyyətsiz əqdin etibarsızlığı haqqında iddia həmin əqdin nəticələrinin tətbiqinin icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən isə görünür ki, bankın iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Hesab edir ki, qarşlılqlı iddia üzrə iddia müddətinin axımının başlanması anı xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə işə baxarkən bank tərəfindən əsas borcun və hesablanmış faizin düzgün olmaması və həddindən artıq yüksək hesablanması, həmçinin ödənilmiş pulun əsas borc, faiz borcu və dəbbə puluna görə silinmə ardıcıllığına riayət edilməməsi və ona görə də həm əsas borcun, həm də faizin məbləği yüksək göstərilməsi barədə onun fikrini heç nəzərə almamış, bu hissədə heç bir araşdırma aparmamış və tələsik qətnamə çıxarmışdır. Hesab edir ki, uzun müddət kredit borcuna görə onun ödənişlər etməsi nəzərə alınaraq, hazırkı borcunun (əsas və faiz) dəqiq məbləği müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və şikayətdə göstərilən əsaslar üzrə ekspert qarşısında suallar qoyulmaqla, ekspertdən əsaslandırılmış rəy əldə edilməli idi. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş yüksək məbləğdə pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırmasını nəzərə almamış və 1000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını qət etmişdir. Hesab edir ki, bu hissədə də məhkəmə qətnaməsi ləğv edilməli və dəbbə pulu hissəsində iddia tamamilə rədd edilməlidir. Bundan başqa, iddiaçı ipoteka predmetinin ilkin satışı qiymətinin 300.000 manat olmasını tələb etmiş və bu barədə cavabdehin razılığı olmadığını bildiyi halda, məhkəmə müstəqil qiymətləndiricidən rəy əldə edib ipoteka predmetinin həqiqi dəyərini müəyyən etməmiş və iddianı olduğu kimi təmin etmişdir. Qətnamədən isə görünür ki, cavabdehin razılığı olmadığı halda, ilkin satış qiymətinin nəyə görə 300.000 manat müəyyən edilməsi barədə məhkəmə öz mövqeyini açıqlamamışdır. Bundan başqa, işdən görünür ki, iddiaçı mübahisəli mənzil açıq hərracda satıldıqdan sonra onun ən gec 1 ay ərzində cavabdehlər həmin evdən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmasını da xahiş etmişdir. Məhkəmə iddianı bu hissədə təmin etsə də, hər hansı maddi hüquq normasına istinad etməmiş və bu tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdir. Hazırki halda iddia tələbinin ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan bir ay sonra mübahisəli evlərin könüllü şəkildə boşaldılmaması halında məcburi qaydada boşaldılması hissəsində qeyri-müəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Ona görə də hesab edir ki, hazırki mərhələdə iddia tələbi yaşayış sahəsı satıldıqdan bir ay sonra oranın boşaldılması hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə bu hala düzgün qiymət verməmiş, hazırki mərhələdə heç bir əsas olmadan, mübahisəli mənzilin boşaldılması barədə əsassız nəticəyə gəlmişdir. Buna görə də qətnamə bu hissədə ləğv olunmalı və iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, cavabdeh qeyd edir ki, iş aiddiyəti üzrə düzgün məhkəmədə baxılmamışdır. Belə ki, bütün cavabdehlərin mübahisələndirilən evdə (Abşeron rayonu ərazisində) yaşamalarına və daşınmaz əmlakın Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq, əsassız olaraq iddia Nərimanov rayon Məhkəməsinə verilmişdir. Odur ki, məhkəmənin qətnaməsi bu səbəbdən də qanunsuz hesab edilərək, ləğv edilməlidir. Həmçinin qətnamədən Cavabdeh2 Umudvar qızı da apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 3288/2017 saylı qətnaməsinin ilk iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsinə dair təmin edilmiş hissəsində ləğv edilərək rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə İddiaçı ilə 120.LN.2105.010914.00001 nömrəli kredit müqaviləsi bağlayaraq bankdan 36 ay müddətinə qaytarmaq şərti ilə illik 21% olmaqla, tikinti-təmir işlərinin aparılması ilə əlaqədar 170.000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə isə mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 120.CL.010914.0001/c saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bildirir ki, Cavabdeh1 bankdan krediti iş qurmaq və ümumi ailə ehtiyacları üçün gəlir əldə etmək məqsədi ilə götürmüşdür. Halbuki, pulu bankdan götürdükdən sonra o, heç bir iş görməmiş, bütün pulu şəxsi məqsədlərlə istifadə edərək xərcləmişdir. Odur ki, Eldənizin iş qurmaq planına inanaraq, əmlakının ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Eldəniz onu aldatmış, pulu ailə ehtiyacları üçün xərcləməmişdir. Bankdan götürülmüş 170.000 manat pulun isə Cavabdeh1 tərəfindən kimə verilməsi bu günədək ona məlum deyil. Odur ki, sonradan Cavabdeh1lə ailə münasibətlərində ciddi problemlər və münaqişələr yaranmış və nəticədə onunla faktiki olaraq ayrılımışdır. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar isə aşağıdakı halları apellyasiya kollegiyasının nəzərinə çatdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair təmin edilmiş hissəsində ləğv edilərək rədd edilməli, qarşılıqlı iddia tələbinin isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin əsaslandırma və sübut olunma baxımından əsassız olması qənaətinə gəlsə də, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Qarşılıqlı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi həmin müqavilənin qanunvericiliklə müəyyən olunmuş forma tələblərinə riayət olunmadan, yəni notariat qaydasında təsdiq edilmədən bağlanılması göstərilmişdir. Birinci instansiya məhkəməsi isə Abşeron rayon 1 saylı Notariat kontoru tərəfindən təqdim edilmiş notariat hərəkətlərinin aparılmasının qeydə alınmasına dair jurnala istinad edərək müəyyən etmişdir ki, ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş və daha sonra DƏDRX-də qeydiyyata alınmışdır. Sözügedən ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsinə dair notariat hərəkətlərinin aparılması ilə bağlı notariat işindən isə görünür ki, tərəflər arasında ipoteka müqaviləsi, ipoteka müqaviləsinə 1 saylı və 2 saylı əlavələr bağlanılmışdır. Lakin həmin sənədlərdən yalnız ipoteka müqaviləsinə 2 saylı əlavə notariat qaydasında təsdiqlənmiş, müqavilənin özü və onun 1 saylı əlavəsi isə notariat qaydasında təsdiq edilməmişdir. Bununla əlaqədar olaraq, qarşılıqlı iddia üzrə cavabdeh bildirmişdir ki, ipoteka müqaviləsinin 2 saylı əlavəsi notariat qaydasında təsdiq olunmaqla, müqavilə və onun 2 nömrəli əlavəsi də notariat qaydasında təsdiq olunmuş hesab edilir (birinci instansiya məhkəməsi də bankın bu mövqeyi ilə razılaşmışdır). Halbuki, qanunvericiliyin tələblərinə əsasən, notariat qaydasında təsdiq edilməmiş müqavilələrə edilmiş əlavə və dəyişikliklərin notariat qaydasında təsdiq edilməsi qadağandır (xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası notariat hərəkətlərinin aparılması qaydası haqqında təlimat, 24-cü bənd). Odur ki, mülki işə baxan məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə hərtərəfli araşdırma aparmadığı üçün ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməməsi, eləcə də müqavilə notariat qaydasında təsdiq edilmədiyi halda, ona edilmiş əlavələrin notariat qaydasında təsdiq edilməsindən ibarət pozuntuları müəyyən edə bilməmişdir. Bununla yanaşı, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmədiyi DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********82 nömrəli məktubuna əlavə edilmiş sənədlərlə də sübut olunur. Belə ki, xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yüklülüyün qeydiyyata alınmasına əsas olan sənədlərin təqdim olunması ilə bağlı DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə sorğu ilə müraciət edilmişdir. Adıçəkilən qurum isə həmin müraciət əsasında RX № ******* seriya nömrəli çıxarışı, 3 səhifədən ibarət olan ipoteka müqaviləsini və 1 səhifədən ibarət olan ipoteka müqaviləsinə 1 nömrəli əlavəni onlara təqdim etmişdir. Həmin sənədlərdən də görünür ki, yüklülüyün qeydə alınması üçün müvafiq orqana təqdim olunmuş ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Hətta müqavilənin notariat qaydasında təsdiq olunmuş 2 saylı əlavəsi ümumiyyətlə, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixli, **********82 nömrəli məktub və ona əlavə edilmiş sənədləri, həmçinin, ipoteka müqaviləsinin 2 saylı əlavəsinin hansı səbəbdən DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim edilməməsi ilə bağlı faktlarla əlaqədar heç bir araşdırma etməmiş və qətnamədə bu məsələlərə münasibət bildirməmişdir. Odur ki, yuxarıdan qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı və Cavabdeh2 Umudvar qızı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi MM-nin 307.7-ci maddəsi və “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinin tələblərinə zidd olaraq notariat qaydasında təsdiq edilmədiyi üçün MM-nin 329.1, 334.1-ci və 337ci maddələrinə əsasən, etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq edərək, qarşılıqlı iddia ərizəsini rədd etməsi ilə əlaqədar isə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş müddət iddiaçı tərəfindən ötürülməmiş və məhkəmə bu barədə səhv hüquqi nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə qətnamədə göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşması əsasında 300.000 manat məbləğində müəyyənolunmuşdur. Halbuki, əmlakın ilkin satış qiymətinin göstərilən məbləği ilə razı deyil və bu barədə birinci instansiya məhkəməsində də hər hansı razılıq verməmişdir. Ümumiyyətlə, əmlakın ilkin satış qiyməti ilə bağlı məsələ məhkəmədə müzakirə olunmamışdır. Çünki iş üzrə müzakirə edilən məsələ ipoteka müqaviləsinin etibarsızlığı və ipotekaya xitam verilməsi ilə bağlı olmuşdur. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ipotekaya xitam verilməsi mübahisələndirildiyi halda, onun əmlakın ilkin satış qiyməti ilə razılaşması məntiqsizdir. Odur ki, əmlakın ilkin satış qiyməti ilə əlaqədar olaraq hesab edir ki, bu qiymət mülkiyyətçini qane etmədiyi üçün Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında yerləşən 22 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi zəruri idi. Çünki tərəflər arasında bağlanılmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri olaraq göstərilən 300000 manat məbləğ həmin əmlakın hal-hazırki real bazar dəyərini ifadə etmir. Belə ki, ipoteka müqaviləsi bağlanılarkən əmlakın qiyməti obyektiv qiymətləndirilməmiş və qiymət “İddiaçı" ASC-nin əməkdaşlıq etdiyi qiymətləndirici şirkət tərəfindən, bankın göstərişlərinə uyğun qoyulmuşdur. Digər tərəfdən ipoteka müqaviləsi 3 il əvvəl, yəni xx.xx.2014-cü ildə bağlanılmış və ipoteka predmeti də həmin vaxt qiymətləndirilmişdir. Lakin hamıya məlumdur ki, son illərdə daşınmaz əmlak bazarında əmlakların qiymətlərində kəskin dəyişikliklər olmuş və bazarda daşınmaz əmlakın qiymətinin artmasında sıçrayış müşahidə olunur. Həmçinin, nəzərə almaq lazımdır ki, 2014-cü ildən sonra ipoteka predmeti olan fərdi yaşayış evində təmir-yaxşılaşdırma işləri aparılmışdır ki, bu da əmlakın qiymətinə təsir edən faktorlardandır. Odur ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında yerləşən 22 nömrəli fərdi yaşayış evinin hazırki real bazar dəyəri 430.000- 450.000 manat civarındadır. Ona görə də ipoteka predmetinin 300.000 manat məbləğində qiymətləndirilməsi onun gələcəkdə dəyər-dəyməzinə satılmasına və ipoteka qoyanın əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb ola bilər. Hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya instansiya məhkəməsində obyektiv həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmalı və mübahisə predmeti olan ipoteka predmetinin dəyəri xüsusi biliyə malik olan ekspert tərəfindən müəyyənləşdirilməlidir. Sonuncu apellyasiya mərhələsində Cavabdeh1 nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə əlavə təqdim edərək, qeyd etmişdir ki, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən, arayışların 2015-ci ildə verilməsini və həmin vaxtdan iddia ərizəsi icraata qəbul edilənədək iki il ərzində cavabdehlərin qeydiyyat ünvanlarının dəyişib-dəyişməməsinə diqqət yetirməmiş və bunu yoxlamamışdır. Cavabdeh1 xx.xx.2016-cı il tarixli, Cavabdeh2 Umudvar qızının xx.xx.2016-cı il tarixli, Cavabdeh3 xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, cavabdehlər Abşeron rayonu, Masazır kəndi, Q.Nəbi küçəsi, döngə 2, ev 22-də qeydiyyatdadırlar. İşə ərazi qaydaları pozulmaqla baxılmışdır. Ərazi aidiyyat qaydalarının pozulması, həm də, iddiaçı tərəfindən məhkəmədən kənar pretenziya qaydasına əməl etməməsinə görə, qətnamə ləğv olunub, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı LPO İddiaçı-nin nümayəndəsi, cavabdehlər Dünyamalıyeva Şəlaİə Umudvar qızı, Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlili olmaqla yanaşı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili olmaqla yanaşı iş materiallarından görünür ki, məhkəmə iddia müddətini Mülki Məcəllənin 354.1 və 375.2-ci maddəsinə əsaslanaraq tətbiq etmişdir. Məhkəmə iddia müddətinin axımının başlanğıcını xx.xx.2014-cü il tarixdən hesablamışdır. Halbuki, əhəmiyyətsiz əqdin etibarsızlığı haqqında iddia həmin əqdin nəticələrinin tətbiqinin icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən isə görünür ki, bankın iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə müddətinin axımının başlanması anı xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Bu halda 1 illik kəsici müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlili olmaqla yanaşı, digər dəlillərdən asılı olmayaraq, maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 120.LN.2105.010914.00001 kredit müqaviləsindən görünür ki, İddiaçı borclu Cavabdeh1 illik 21% olmaqla 170.000 manat məbləğində kredit ayırır, kreditin ödənilmə müddəti xx.xx.2014-xx.xx.2017-ci ildir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 120.CL.010914.00001/c saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ilə ipoteka qoyan Cavabdeh2 Umudvar qızı, borclu Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd edilən əmlak bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120.LN.2105.010914.00001 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə ipoteka qoyulur. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 120.CL.010914.00001/c saylı ipoteka müqaviləsinə 1 saylı əlavədən görünür ki, ipoteka edilmiş əmlak - Cavabdeh2 Umudvar qızına məxsus ünvan 4 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evidir. İpoteka predmeti 300.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evi üzərində ipoteka saxlayan İddiaçı-nin ipoteka hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır və reyestrdə 101 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0,05ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh2 Umudvar qızının adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 1897 saylı ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 həmin tarixə qədər cəmi 17850 manat ödəmiş, həmin məbləğdən 8697,42 manatı əsas borcdan, 9152,58 manatı faiz borcundan silinmişdir. Həmin tarixə ümumi borc 199664,06 manat təşkil edir, arayış tərtib edilən vaxtda borclu 7 ay müddətdir ki, borcdan ödənişlər etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Cavabdeh1 ödənilməyən borcunun 199664,06 manat olması və borcun ödənilməsi tələbini qeyd edilən yazılı xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2017ci il tarixli bildirişdən görünür ki, bank borclu Cavabdeh1a və ipoteka qoуап Cavabdeh2 cəmi 199.664,06 manat borcun ipotekaya yönəldilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əiavə edilmiş ərizədən görünür ki, bank DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasının qeydiyyat jurnalından edilən (notarial qaydada təsdiq edilən) çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə borclu Cavabdeh1, ipoteka qoyan Cavabdeh2, ipoteka saxlayan İddiaçı nümayəndəsi X6, ipoteka müqaviləsini notarial təsdiq olunması barədə hərəkətin aparılması ilə bağlı qeydiyyat jurnalına imza etmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, ipoteka predmeti olan-ünvan 4, ev 22 saylı fərdi yaşayış evinin ipoteka edilməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş ilkin İddiaçı tərəfindən verilmiş ərizə ilə, ilkin iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddianın Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, iddia müddətini ötürdüklərindən qarşılıqlı iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, apellayasiya mərhələsində apellyasiya şikayətinin dəlilinə qiymət verilərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 33701 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxxxxxx 2014cü il tarixli, 120.LN.2105.010914.0001 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2015-ci il tarixə (iddia tarixinə) banka olan əsas borcu 161302,58 manat, faiz borcu 32400,06 manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya maliyyə arayışı və ekspert rəyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 161302,58 manat əsas borc, 32400,06 manat faiz borcu tutulmalıdır. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər bordu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə iləmüəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda, borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu zeyildir. MM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə iləmüəyyənləşdirilir. Bununla yanaşı, Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərəalmalıdır. Kollegiya işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin, aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı-nin iddiasının 3446,54 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu kredit müqaviləsinə müvafiq olaraq 1.000 manat məbləğində pul tutulmalıdır. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Kollegiya hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. MM-nin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. MM-nin 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. MM-nin 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan yaşayış evinin boşaldılması hissəsinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyildir. Lakin iddia ərizəsinin məzmununda mənzildən çıxarılma nəzərdə tutulduğundan həmin hissədə iddia təmin edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı kimi bank İddiaçı-nin cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında“ Qanunda bankın cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək ev özgəninkiləşdiriləcəyi halda, yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, məhkəmə kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı əsasında “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixli, 0949/18/AGB saylı rəyi alınmışdır. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 0949/18/AGB saylı rəyinə əsasən Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evinin bazar dəyəri 320000 manat müəyyən olunmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-965/2019 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********85 saylı rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evinin bazar dəyəri 185000 manat müəyyən olunmuşdur. Kollegiya hesab etmişdir ki, qiymətlər arasında böyük fərq yarandığından, təkrar qiymətləndirmə ekspertizası təyin edilməlidir “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli, 01/21-AM/ƏK saylı rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evinin bazara uyğun likvid qiyməti yanvar 2021-ci il tarixə 390000,0 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli, PR/M-28/2021 saylı rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 390000,0 manat, likvid dəyəri 370000,0 manat təşkil edir. Kollegiya qiymətləndirmə ilə bağlı rəylərə qiymət verərək, hesab edir ki, “xxxx” MMC və “xxxx” MMC-nin rəyləri kifayət qədər əsaslandırılmış, ipoteka predmetinin mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuş, qiymətlər bir-birinə yaxın olmaqla, kəskin fərq müəyyən olunmur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul olunmalı, orta likvid qiymət olaraq 380000,0 manat müəyyən edilməlidir. Kollegiya qiymətləndirmə ilə bağlı “xxxx” MMC-nin rəyinə qiymət verərək, hesab edir ki, həmin rəy digər iki rəylə kəskin fərq yaratmaqla yanaşı, kifayət qədər əsaslandırılmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Kollegiya qiymətləndirmə ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin rəyinə qiymət verərək, hesab edir ki, həmin rəy ipoteka predmetinə baxış keçirilmədən, müqayisəli təhlil aparılmadan, yalnız ərazinin təsviri nəzərə alınmaqla verildiyindən, mötəbər sübut kimi qəbul edilə bilməz. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli vəya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha zox tərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) MM-nin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. MM-nin 329.1-ci maddəsinə əssasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. MM-nin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, butovlukdə muqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə muqayisəsini nəzərə alır. MM-nin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cumlədən muqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı munasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya qarşılıqlı iddianın əsassız olması və aşağıda qeyd edilənlərə görə təmin olunmaması ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçılar tələblərinin əsaslı olmasını məhkəmə çəkişməsi zamanı sübut edə bilməmişlər. Belə ki, qarşılıqlı iddia ipoteka müqaviləsinin notariat qaydada təsdiqlənməməsi ilə əsaslandırılmışdır. Lakin, Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən təqdim edilmiş notariat hərəkətlərinin aparılmasının qeydə alınmasına dair jurnaldan edilən çıxarışdakı qeydlər və imzalarla təsdiq olunur ki, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və daha sonra DƏDRX-də qeydə alınmışdır. Göründüyü kimi, ipoteka müqaviləsinin subyekt tərkibi, iradə ifadəsi, forması, məzmunu ilə bağlı hər hansı qüsur müəyyən olunmur. Buna görə də, qarşılıqlı iddia əsaslandırması və sübut olunması baxımından əsassızdır. Kollegiya həmçinin qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı iddia üzrə müddətinin axımının başlanması anı xx.xx.2017-ci il tarixdən hesablanmalı olduğundan, 1 illik kəsici müddət ötürülməmişdir. Kollegiya apellyasiya şikayətinə əlavəyə qiymət verərək, həmin əlavədə qeyd olunanları əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən, işdə olan sənədlər və iddia ərizəsində cavabdehlərin ünvanları Nərimanov rayonu ərazisi göstərilmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, bank borclu Cavabdeh1a və ipoteka qoуап Cavabdeh2 borcun ipotekaya yönəldilməsi barədə xəbərdarlıqları Nərimanov rayonunda olan ünvan üzrə göndərmiş, bildirişlər həmin ünvandan qəbul olunmuşdur. Bundan əlavə apellyatorlar tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən, sonuncular öz ünvanlarını ünvan 7d etmişlər. Göründüyü kimi, apellyatorlar öz ünvanlarını dəyişdirdikləri halda, bu barədə məlumat verməmişlər. Bundan əlavə, apellyatorlar birinci instansiya məhkəməsində də, ünvanlarını dəyişdirmələri ilə bağlı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya qeyd edir ki, mülki işin xx.xx.2017-ci il tarixdən məhkəmədə olmasını, prosessual qənaət prinsiplərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara əsasən, apellyatorların apellyasiya şikayətinə əlavədə qeyd etdikləri dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan 30 manat dövlət rüsumunun 29,1 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 194 manatı Cavabdeh1, 6 manatı iddiaçı LPO İddiaçı-dən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 242,5 manatı Cavabdeh1, 7,5 manatı LPO İddiaçı-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN: AZ58RBTA********************,VÖEN:**********, Benefisiar bank: “xxxx” ASC Nərimanov filialı, Müxbir hesab: AZ61nabz013501**********6944, FAD:505442; VÖEN:**********, S.W.İ.F.T: RBTAAZ22) keçirilməlidir. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 320 manatın 310,4 manatı Cavabdeh1, 9,6 manatı LPO İddiaçı-dən alınaraq, “Ekspress”xxxx” MMC-nin hesabına (VÖEN **********1, H/h **********406A60, İBAN-AZ98JBBK**********0191406A60, “xxxx” ASC MXD filialı, Kodu 506924, VÖEN **********, M-h-AZ27NABZ013501**********7944, S.W.İ.F.T. BİK JBBK AZ22) keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Umudvar qızı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-3288/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 161.302,58 (yüz altmış bir min üç yüz iki manat əlli səkkiz qəpik) manat əsas borc, 32400,06 (otuz iki min dörd yüz manat altı qəpik) faiz borcu, 1000 (min) manat dəbbə pulu, cəmi 194702,64 (yüz doxsan dörd min yeddi yüz iki manat altmış dörd) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 29,1 (iyirmi doqquz manat on qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Tutulan məbləğ Cavabdeh2 Umudvar qızına məxsus olan ünvan 8 ünvanında mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 380000 (üç yüz səksən min) manat məbləğində müəyyən edilməklə yönəldilsin. Cavabdeh2 Umudvar qızına məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçınə olan borc ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, döngə 2 ünvanında mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2 Umudvar qızı, Cavabdeh1 və Cavabdeh3 həmin evdən çıxmadığı təqdirdə, onlar məcburi qaydada çıxarılsınlar. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 Umudvar qızına qaytarılsın. Satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı-nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 194 (yüz doxsan dörd) manatı Cavabdeh1, 6 (altı) manatı iddiaçı LPO İddiaçı-dən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 242,5 (iki yyüz qırx iki manat əlli qəpik) manatı Cavabdeh1, 7,5 (yeddi manat əlli qəpik) manatı cavabdeh LPO İddiaçı-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN: AZ58RBTA********************,VÖEN:**********, Benefisiar bank: “xxxx” ASC Nərimanov filialı, Müxbir hesab: AZ61nabz013501**********6944, FAD:505442; VÖEN:**********, S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 320 (üç yüz iyirmi) manatın 310,4 (üç yüz on manat qırx qəpik) manatı iddiaçı Cavabdeh1, 9,6 (doqquz manat altmış qəpik) manatı cavabdeh LPO İddiaçı-dən alınaraq, “Ekspress”xxxx” MMC-nin hesabına (VÖEN **********1, H/h **********406A60, İBAN-AZ98JBBK**********0191406A60, “xxxx” ASC MXD filialı, Kodu 506924, VÖEN **********, M-h-AZ27NABZ013501**********7944, S.W.İ.F.T. BİK JBBK AZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-44/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-44/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver