Məhkəmə qərarları › İş №2(103)-4401/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4401/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4401/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(008)-1602/2024 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmiş və iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Hazırda Rayon Məhkəməsi sorğu ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamədən iddiaçı tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin apellyasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 11 iyul 2024-cü il tarixli qərardad ləğv edilsin və mülki iş, İddiaçı verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar