Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4411/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ("xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 may 2023-cü il tarixli qərardadından ilkiniddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ödəniş gününə manat məzənnəsi ilə 30000 ABŞ dolları məbləğində, "xxxx" MMC-dən isə 1827,5 AZN məbləğində pulun, vəkilin hüquqi yardımına görə çəkdiyi 300,00 AZN xərcin, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 250,00 AZN dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada onun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 (vəkili və nümayəndəsi Vəkil2 vasitəsilə) İddiaçı qarşı ("xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəniş gününə uyğun manatın məzənnəsi ilə 42000 ABŞ dolları məbləğində pul vəsaitinin və 305 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli iş üzrə qəbul etdiyi 12 may 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Qərardad ilə razı olmayan iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə qərardaddan şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 may 2023-cü il tarixli qərardadı ilə şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə 02 iyun 2023-cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı RayonMəhkəməsinin e- 2(010)-1924/2023 saylı 23 may2023-cü il tarixli qərardadının ləğv edilməsini və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin qeyri-mümkün hesab edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Lakin iş materiallarından görünür ki, cavabdehin qarşılıqlı iddiası tərəflərə məhkəmə bildirişi və iddia ərizəsinin surəti göndərildikdən 42 gün sonra məhkəməyə təqdim edilmişdir. Həmçinin, məhkəmə tərəfindən qarşlıqlı iddianın icraata qəbul edilməsi MPM-nin 155.2-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir ki, belə olan halda həmin qərardad qanuni hesab edilə bilməz. Ona görə də qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qanuni hesab edilməməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1924/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia tələbi ilə yanaşı Cavabdeh2 (vəkili və nümayəndəsi Vəkil2 vasitəsilə) İddiaçı qarşı ("xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və qarşılıqlı iddia ərizəsi məhkəmənin 12 may 2023-cü il tarixli qərardadı icraata qəbul edilmişdir. İddiaçı tərəf hazırda qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardadın ləğv edilməsini xahiş etsə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1, 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Göründüyü kimi qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirildiyindən, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardaddan isə şikayətin verilməsi halı Mülki Prosessual Məcəllədə göstərilmədiyindən və məhkəmənin hazırki qərardadı işin sonrakı hərəkətinə mane olmadığından Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin qərardaddan şikayət verilməsi mümkün deyil. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, şikayətdə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi üçün əsaslar (iddia ərizəsinin surəti göndərildikdən 42 (qırx iki) gün sonra iddianın verilməsi, hazırki iş üzrə qarşılıqlı və ilk iddia arasında qarşlıqlı əlaqənin olmaması) olmamasını göstərilsə də, göstərilən halların mövcudluğu belə istinad edilən normaların tələbləri qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardaddan şikayət verilməsini nəzərdə tutmur. Həmçinin hazırda mübahisələndirilən qərardad işin sonrakı hərəkətinə mane olmamışdır. Şikayətçinin göstərdiyi əsaslar iş üzrə yekun qərar qəbul edilərkən narazı qalan tərəfin yekun qərardan verdiyi şikayətdə müvafiq olaraq qeyd edilə bilər. Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardaddan qanunvericilkdə şikayət verilməsi nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, e-2(010)- 1924/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4411/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4411/2023
07.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver