Məhkəmə qərarları › İş №2(103)-4415/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4415/2022

17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4415/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə və iddia tələblərinin artırması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı evin 1 saylı mənzilinə yetirilmiş maddi zərər: təmir xərcləri qismində 90000 manat, mənzilin əvvəlki vəziyyətdə olan bazar dəyəri ilə hazırki bazar dəyəri arasında yaranmış fərqin kompensasiya qismində 370000 manat olmaqla, cəmi 460000 manat pulun; icarə ilə bağlı əldən çıxmış fayda qismində 205000 manat pulun; mənzilin sahəsinin əvəzləşdirilməsi (kirayə haqqı) kompensasiya qismində isə 123000 manat, ümumilikdə 788000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK-dan və Nərimanov Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hazırki mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddiaçının apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən, iddiaçının nümayəndəsi Vəkil1 protokola qeydlər verilməsi ilə bağlı mülki iş materiallarının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, protokola dair qeydlərə baxılması ilə bağlı ərizəyə baxılmasından ötrü mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar