Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4415/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(006)-38/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən 35 nömrəli mənzilə həmin binanın 3-cü mərtəbəsində yerləşən və cavabdehə məxsus 38 saylı mənzildən suyun axıdılması nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, suyun axıdılmasına səbəb olmuş nasazlığın aradan qaldırılması üçün 38 saylı mənzilin su qovşağının təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair mülki işin baxılması zamanı iddiaçının verdiyi vəsatətə əsasən Rayon Məhkəməsi Cavabdeh2 əsl Cavabdeh1 ilə əvəz etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, suyun sızması nəticəsində iddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması məqsədi ilə maddi zərərin əvəzi olaraq 500 manat, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 50 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, suyun sızmasına səbəb olmuş nasazlığın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh2 Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermiş, Rayon Məhkəməsi həmin apelyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi iddia ərizəsində cavabdeh kimi adı qeyd edilmiş Cavabdeh2 iddiaçının ərizəsi (bax: iş v. 54) əsasında Rayon Məhkəməsi tərəfindən əsl Cavabdeh1 ilə əvəz edilmişdir (bax: iş v. 58). Belə olan halda qəbul edilməlidir ki, Cavabdeh2 hazırkı iş üzrə tərəf deyil. Lakin Cavabdeh2 bildirir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə onun maraqlarına toxunur. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). MPM-nin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iş üzrə qəbul etdiyi qətnamənin Cavabdeh2 maraqlarına toxunması ilə bağlı müvafiq qərardad qəbul etməmişdir. Qeyd edilən bu hal Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının qeyri-mümkün hesab edilməsi üçün əsas olsa da, Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə görə, elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Lakin Cavabdeh2 verdiyi apellyasiya şikayətdən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilsə də, elektron qaydada deyil, kağız daşıyıcıda tərtib edilərək, onun fotosurəti (“PDF” formatda) elektron kabinetə yerləşdirilməsi qaydasında verilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün bu əsasla da əsaslar yoxdur. Çünki MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361-ci maddəsinin mənasına görə isə, şikayət elektron formada verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263, 264, 363, 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(006)-38/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi şikayət üzrə apellyasiya icraatı (yuxarıda qeyd edilən hər 2 əsasla) qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Cavabdeh2 hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.
Məhkəmə qərarları › İş №2(103)-4415/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4415/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver