Məhkəmə qərarları › İş №2(103)-4418/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4418/2020

03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4418/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Azərbaycan Kağız və X5” MMC-nin cavabdehlər Aydınov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-130/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Aydınov Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Kağız və X5” MMC cavabdehlər Aydınov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Aydınov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-dən ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR Yük Xüsusi Təyinat markalı nəqliyyat vasitəsinə dəymiş 6 601 (altı min altı yüz bir) manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Azərbaycan Kağız və X5” MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 130/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Aydınov Cavabdeh1 2 665 (iki min altı yüz altmış beş) manat məbləğində pul və 15 (on beş) manat məbləğində dövlət rüsumunun iddiaçı “Azərbaycan Kağız və X5” MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin cavabdeh Aydınov Cavabdeh1 tutularaq, 120 (bir yüz iyirmi) manat məbləğində pulun Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Aydınov Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-130/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəyəri 17000 manat olan avtomobilin təmirinə 7665 manat xərcin çəkilməsi qətiyyən real deyildir. xx.xx.2018-ci il tarixli qüsur aktı ilə Məhkəmə ekspertiza mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyi arasında olan ciddi qiymət fərqi onlar tərəfindən qiymətləndirmənin formal aparılmasının göstəricisidir. Qüsur aktında avtomobilin dəyişdirilən hissələrinin haradan, hansı qiymətə alınması barədə heç bir sənəd iş materiallarında yoxdur. Həmçinin avtomobilin təmirinə çəkilən xərclə əlaqədar elektron-vergi qaiməsi və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsini sübut edən heç bir sənəd yoxdur. Göstərilən qiymətləndirmənin həddindən artıq şişirdildiyinə görə müstəqil ekspert tərəfindən qiymətləndirmənin keçirilməsi və müstəqil ekspert qismində X3 Palatası tərəfindən təqdim olunmuş siyahıdan seçdiyi “xxxx” MMC-nin işə cəlb edilməsi barədə sonuncu iclasda ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə heç bir əsas göstərmədən xahişini yerinə yetirməmiş və ərizəni götürməkdən imtina etmişdir. Maşın Cavabdeh4 MMC-nin mülkiyyətindədir və gördüyü işə görə həmin müəssisə tərəfindən ona maaş ödənilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiriləniddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, xx xxxxx 2017-ci il tarixdə verilmiş AC 869490 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR Yük Xüsusi Təyinat markalı nəqliyyat vasitəsi “Azərbaycan Kağız və X5” MMC-nin mülkiyyətindədir. Nizami RPİ-nin TŞ-nin xx xxxx 2018-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında əks olunmuş Aydınov Cavabdeh1 izahatında o, özü göstərir ki, 2018-ci ilin fevral ayından Cavabdeh4 MMC-də sürücü vəzifəsində çalışır. Cəmiyyətə məxsus Mercedes 1840 yük markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. İş materiallarında olan Nizami rayon DYPŞ-nin xx xxxxxx 2018-ci il tarixli TP1900594 saylı İnzibati tənbeh vermə haqqında Qərarına əsasən cavabdeh Aydınov Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə idarə etdiyi Mercedes 1840 markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. xxxx MMC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli Qüsur Aktına əsasən ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR markalı xüsusi təyinat yük avtomaşınının 11 601 (on bir min altı yüz bir) manat təmir xərci vardır. Cavabdeh4 MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş V-109/19 saylı Arayışdan görünür ki, Cəmiyyət Aydınov Cavabdeh1 adlı şəxslə əmək münasibətlərində olmamış və onunla əmək müqaviləsi imzalamamışdır. Cavabdeh4 MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş VO-111/19 saylı Arayışdan görünür ki, Cəmiyyətin mülkiyyətində ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli № 20652 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “İsuzu NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinin köhnəlmə faizi tətbir edilməklə təxminən 8685 manat müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli № 27529 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2013-cü il buraxılışlı “İsuzu NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8 601 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5071 manat, təmir-bərpa işlərinin qiyməti – 3530 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7 665 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 4 135 manat, təmir-bərpa işlərinin qiyməti – 3 530 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyinə istinad edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli ekspertiza rəyi əsas götürülməklə vurulmuş ziyanın həcmi 7665 manat olduğundan, iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında iddiaçının nümayəndəsinin bildirdiyi kimi Azərbaycan Dövlət Sığorta kommersiya Şirkəti tərəfindən həmin ziyanın 5000 manat məbləğində iddiaçıya sığorta ödənişi həyata keçirilməsi halı nəzərə alınmalı və iddia tələbi qismən təmin edilməli, 2665 manat məbləğində pul cavabdeh Aydınov Cavabdeh1 Azərbaycan Kağız və X5” MMC-nin xeyrinə ödənilməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfinədn iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ikinci dəfə verilən xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülmüşdür. Cavabdeh B.Aydınov Cavabdeh4 MMC-də işləməsini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, həmçinin nə B.Aydınovun idarə etdiyi yük maşını, nə də həmin yük maşınına qoşulan yarım qoşqu Cavabdeh4 MMC-yə məxsus olmamış, əksinə digər cavabdehlərin mülkiyyətində olmuş və həmin şəxslər tərəfindən cavabdeh B.Aydınova etibarnamə verilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Aydınov Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 130/2020 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar