Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-442/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzillərin boşaldılması, mənzildən çıxarma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(004)- 258/2024bsaylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən İddiaçı mülkiyətinə verilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Mübahisə predmeti olan mənzillər hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsusdur. 2.Hazırda cavabdeh həmin mənzillərdə yaşamaqla, mənzillərin qapılarını bağlayaraq açarını özündə saxlamaqla, öz əşyalarını həmin mənzillərə yığmaqla mənzilləri istifadə etməkdədir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı "mənzillərin boşaldılması, mənzildən çıxarma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39, 42 nömrəli mənzildən çıxarılması, Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7, ünvan 6 və ünvan 5indən özünə və ailə üzvlərinə məxsus olan bütün əşyaları çıxararaq mənzili boşaltması, İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyinin qoyulması və həmin mənzilllərin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə, mülki İddiaçı mülki iddiası qismən təmin edilmiş, X3 8.145.400 manat pulun tutularaq mülki İddiaçı ödənilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil, ünvan 3ində yerləşən 1,21641 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı, Az **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Həmin hökm qanuni qüvvəsini almaqla icraya yönəldilmiş və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Qeyd olunan mənzillərin İddiaçı mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlak İddiaçı mülkiyyətində olmasına baxmayaraq, hazırda o, həmin əmlaklardan istifadə edə bilmir və öz mülkiyyət hüququndan irəli gələn hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh, yəni X4 arvadı Cavabdeh iki yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzildə yaşamaqla, həmin mənzildən və paralel olaraq digər əmlaklardan istifadə edirlər. Qeyd olunan daşınmaz əmlakların giriş qapıları bağlı vəziyyətdədir, qapıların açarları cavabdehdə olmaqla, həmin mənzillərdə cavabdehə və ailə üzvlərinə məxsus əşyalar saxlanılmaqdadır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim-Fariz Əlizadə) 04 sentyabr 2024-cü il tarixli, 2(004)-258/2024 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7-dən çıxarılması, Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7, ünvan 4 ünvanında olan mənzillərdən və ünvan 5indən özünə və ailə üzvlərinə məxsus olan bütün əşyaları çıxarılmaqla həmin əmlakları boşaldılması, üzərinə İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyi qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7, ünvan 6 ünvanında yerləşən mənzillər və ünvan 5inin tam boşaldılmaqla İddiaçı istifadəsinə və sahibliyinə verilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, mülki İddiaçı mülki iddiası qismən təmin edilmiş, X3 8.145.400 manat pulun tutularaq mülki İddiaçı ödənilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil, ünvan 3ində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı, Az **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1504/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-143/2024 saylı qərarlarına əsasən, Bakı Ağır Cinayələr Məhkəməsinin sözügedən xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmündən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və hökm qanuni qüvvəsini almışdır. 8.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 31,40 kv/m olan mənzil, ünvan 5i, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 69,27 kv/m olan mənzil İddiaçı mülkiyyətindədir. 9.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən İddiaçı mülkiyətinə verilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Mübahisə predmeti olan mənzillər hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsusdur. Hazırda cavabdeh həmin mənzillərdə yaşamaqla, mənzillərin qapılarını bağlayaraq açarını özündə saxlamaqla, öz əşyalarını həmin mənzillərə yığmaqla mənzilləri istifadə etməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. 10.İddianın təmin edilməsi üzrə məhkəmənin mövqeyi belə əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzillərin iddiaçının mülkiyyətində olması mülki işin mübahisəsiz halıdır. Cavabdeh həmin mənzillərdə qanunsuz olaraq istifadə etməklə iddiaçının ona məxsus olan mülkiyyət hüquqlarını həyata keçirməsinə, mənzillərdən istifadə etməsinə, sahiblik etməsinə maneçilik törədir. Buna görə də iddia tələbi təmin edilməlidir. 11.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin140, 157.2, 152.5, 157.4-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 216-220-cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh hazırda yetkinlik yaşına çatmamış övladları ilə, yəni xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə, ünvan 4 ünvanında yaşayır. İddiaçının tələbi sözügedən əmlakların boşaldılması, ədalət prinsipinə ziddir, cavabdeh və onun yetkinlik yaşına çatmamış iki övladı mənzildən çıxarıldığı təqdirdə onların yaşamaq üçün yeri olmayacaqdır. Həmçinin sözügedən əmlaklar cinayət yolu ilə əldə edilməmişdir, həyat yoldaşına və onun ailəsinə illərdi məxsus olan əmlaklardır. Cavabdeh və övladlarının təqsiri olmadığı təqdirdə, mənzildən çıxarılmağı ədalət prinsipinə ziddir, hüquqa olan inamlarını sarsıdır. Ən azından onların yaşamağı üçün bir mənzil sahibliyində qalmalı idi. Təqsirləndirilən şəxsin əmlakının müsadirə edilməsi ailənin daimi yaşayış yerinin itirilməsi ilə nəticələnirsə, bu, ailənin hüquqlarına ciddi müdaxilə ola bilər. Hətta cinayət əməlinə görə əmlak müsadirə edildikdə belə, ailənin yaşayış hüququ qorunmalıdır, xüsusilə də azyaşlı uşaqların maraqları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında, xüsusilə ailənin yaşayış yeri ilə bağlı məsələlərdə, dövlətlərin balanslı yanaşma nümayiş etdirməsi tələb olunur. Məhkəmə qərarlarında ailənin xüsusilə uşaqların müdafiəsi məsələsi üstün tutulur və məhkəmələrdən, icra orqanlarından insanların yaşayış şəraitinə dair daha humanist yanaşma göstərilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7, ünvan 4 ünvanında yerləşən mənzillər və ünvan 8i cavabdeh tərəfindən tam boşaldılması qərara alınmışdır. Lakin, məhkəmə qətnaməsində yalnız formal hüquq normalarına istinad etmişdir. Konstitusion hüquq normalarını pozmuş, artıq mövcud olan vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Həmin əmlakların hamısının boşaldılması onun və iki azyaşlı övladlarının maddi vəziyyətlərinin ağırlaşması və yaşayış yerlərindən məhrum edilməsi ilə nəticələnir. Birinci instansiya məhkəməsi yalnız Vüsal Axundov və İddiaçı arasında olan münasibətləri nəzərə almış və bunun əsasında Vüsal Axundovun yoldaşı,yəni cavabdeh və iki azyaşlı uşaqları tərəfindən əmlakların boşaldılması tələbini təmin etmişdir. Məhkəmə tərəfindən, ailələrinin yaşayış hüququ qorunmamış, xüsusilə də azyaşlı uşaqların maraqları nəzərə alınmamışdır. Yəni hazırki mülki iş üzrə məhkum və iddiaçı arasında olan münasibətlər deyil, həmçinin məhkumun ailə üzvlərinin maraqları nəzərə alınmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mühakimə ədalət prinsipinin pozulması yolu iləyekunlaşmışdır. Məhkəmə iddiaçı və cavabdeh arasında mövcud olan münasibətlərə hüquqi qiymət verməmiş və qətnaməsində formal hüquq normalarına istinadetmişdir. Birinciinstansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsi, İnsan Hüquqları və Əsas A zadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi və BMT Uşaq Hüquqları Konvensiyasnın 3-cü maddəsinin tələblərini pozmaqla İddiaçı iddia tələbini təmin etmişdir. Həmin normalara əsasən, müsadirə olunan əmlak təqsirləndirilən şəxsə aid olsa da, həmin əmlakın onun yoldaşı vəazyaşlı övladları tərəfindən yaşayış məqsədilə istifadə olunması bu şəxslərin də yaşayış hüququnu nəzərə almağı tələb edir. Təqsirləndirilən şəxsinəmlakının müsadirə edilməsi ailənin daimi yaşayış yerinin itirilməsi ilə nəticələnirsə,bu, ailənin hüquqlarına ciddi müdaxilə ola bilər. Cinayət əməlinə görə əmlak müsadirə edildikdə belə, ailənin yaşayış hüququ qorunmalıdır, xüsusilə dəazyaşlı uşaqların maraqları nəzərə alınmalıdır. Dövlətlər uşaqla bağlı bütün tədbirlərdə uşağın maraqlarının üstün tutulmasını təmin etməlidirlər. Bu prinsiplə bağlı olaraq, ailənin azyaşlı övladlarının yaşayış yerinin itirilməsi onların fiziki və psixoloji rifahını təhlükə altına qoyur. Dövlət orqanları bu hüquq pozuntusunu nəzərə almalı və uşaqların mənafeyinə uyğun həll yolları tapmalıdır. Yasamal Rayon Məhkəməsinin e-2(004)-258/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsindən də göründüyü kimi,birinci instansiya məhkəməsi tərəfindən nə AR Konstitusiyasına, nə də beynəlxalq hüquq normaları araşdırılmamışdır. Qeyd etmək lazımdır ki, hazırki məhkəmə mübahisəsi üzrə artıq vahid məhkəmə təcrübəsi mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə nəzər yetirmək lazımdır. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin Cinayət Məcəlləsinin 32-ci maddəsinin nəzərdə tutduğu əmlakın hamısının müsadirəsi cəzanın məqsədinə uyğun deyildir. Belə ki, əmlakın hamısının müsadirəsi nəinki məhkumun, həmçinin onun himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlarının, yaşlı valideynlərinin, ərinin (arvadının) mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, onların maddi vəziyyətinin ağırlaşmasına səbəb olur. Məhz bunu, eləcə də ədalət və humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikası Ali Soveti 6 noyabr 1991-ci il tarixdə “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş vəalınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Qanun qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasını nəzərdə tutan müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğun olmayan hesab edilmiş və Qərar qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdəolan əmlakının hamısının məcburi qaydada, əvəzsiz olaraq müsadirə edilməsini nəzərdə tutan müddəaları qüvvədən düşmüş hesab edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən AR Konstitusiya Məhkəməsinin mövqeyi də araşdırılmamış və nəticə etibarı ilə qanunsuz qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 16.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 17.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 20.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, buqeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiqolmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 21.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindəntanınan və qorunan hüququdur. 22.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. 23.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 24.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərnəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olabilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 25.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədləriniqətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. 31.Belə ki, iş materillarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 228/2022 saylı hökmünə əsasən İddiaçı mülkiyətinə verilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Mübahisə predmeti olan mənzillər hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsusdur. Hazırda cavabdeh həmin mənzillərdə yaşamaqla, mənzillərin qapılarını bağlayaraq açarını özündə saxlamaqla, öz əşyalarını həmin mənzillərə yığmaqla mənzilləri istifadə etməkdədir. 32.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. 35.Hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (Vindikasiya) təşkil edir. 36.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 37.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 38.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 39.Həmçinin Konstitutsiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 40.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 41.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 42.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, mübahisələndirilən əmlakların iddiaçının mülkiyyətinə verilməsinə dair qüvvədə olan məhkəmə aktı-hökm olmasınabaxmayaraq,həmin əmlaklar hazırda Cavabdeh qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. 43.Cavabdeh hal-hazıradək mənzillərdən çıxmayaraq, həmin mənzilləri təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. 44.Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçının Cavabdeh qarşı iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 46.Kollegiya hesab edir ki, Cavabdeh mülkiyyətçi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, o, iddiaçının ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin mənzilə istifadə hüququ yaranmır. 47.Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. 48.Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. 49.Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 50.Beləliklə, işin müəyyən edilmiş fakitki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(004)-258/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(004)-258/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov